SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin qızlardan ibarət U-13 və U-16 futbol komandaları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən keçirilən qızlar arasında ölkə çempionatının finalına vəsiqə qazanıb.
U-13 qızlar liqası 3 yarımqrupda 33 komandanın iştirakı ilə Şərq, Qərb və Şimal zonalarına, U-16 YUNİSEF qızlar liqası 2 yarımqrupda 16 komandanın iştirakı ilə Şərq və Qərb zonalarına bölünərək keçirilib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin U-13 və U-16 komandaları Şərq zonası qrupunda yer alaraq qrupların bütün oyunlarında qalib gələrək finala vəsiqə qazanıblar.
U-13 qızlar liqasının final oyunu aprelin 4-də, U-16 YUNİSEF qızlar liqasının final oyunu isə aprelin 5-də “Bayıl Arena” stadionunda keçiriləcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl