SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 14-də Sumqayıtda Təbiət elmləri təmayüllü gimnaziyada riyaziyyat və fizika fənləri üzrə Olimpiadaya Hazırlıq Mərkəzinin açılışı mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.
Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev hazırlıq mərkəzinin məqsədi, işin təşkili və perspektiv gözləntilər barədə məlumat verib. O, bildirib ki, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsi sahəsində aparılan sistemli iş nəticəsində bu prosesə IX, X və XI sinif şagirdləri ilə yanaşı, VII və VIII sinif şagirdləri də cəlb olunub.
Təhsil Nazirliyinin tövsiyəsinə əsasən, işçi qrup yaradılmaqla Sumqayıt şəhərindəki ümumtəhsil məktəblərinin ən yaxşı oxuyan, riyaziyyat və fizika fənlərinə marağı olan 473 şagirdi arasında perspektivli uşaqları seçmək üçün şəhər üzrə monitorinq keçirilib. Monitorinqə riyaziyyat üzrə 147 nəfər VII sinif şagirdi, 143 nəfər VIII sinif şagirdi qatılıb. Fizika fənni üzrə isə VII və VIII siniflərdən 183 nəfər seçimlərdə iştirak edib. Monitorinqin nəticəsinə əsasən riyaziyyatdan 26, fizikadan 28 ən yüksək bal toplamış şagird müəyyənləşdirilib və həmin şagirdlər Olimpiadaya Hazırlıq Mərkəzinə daxil edilib.
Mərasimdə çıxış edən valideynlər Təhsil Nazirliyinin istedadlı uşaqların müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri təqdir etdiklərini bildiriblər. Onlar məktəblilərin daha yüksək səviyyədə təhsil alması üçün üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklərini vurğulayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl