SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Hövsan Olimpiya İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) ağır atletika üzrə Respublika birinciliyi keçirilib.
Birinciliyin məqsədi fevral ayında keçiriləcək respublika yarışında iştirak edəcək “Təhsil” RİM-in yığma komandasının tərkibini müəyyənləşdirmək, Təhsil Nazirliyinin tabelyində fəaliyyət göstərən ağır atletika bölmələri ilə yaxından tanış olmaqdan ibarətdir.
16-17 və 13-15 yaşlı yeniyetmələr arasında keçirilən yarışda Təhsil Nazirliyinin tabelyində fəaliyyət göstərən idman məktəblərinin ağır atletika bölmələrindən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışda 13-15 yaşlı yeniyetmələr arasında I yeri 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM), II yeri 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin (İOEUGAM), III yeri “Təhsil” RİM-n Lənkəran filialının komandası tutub. 16-17 yaşlılar arasında isə I yeri 5 nömrəli İOEUGAM-ın, II yeri Goranboy Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” RİM-in Gəncə filialının yetirmələri qazanıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl