SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb.
Əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb. Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər. Bununla, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. SABAH qruplarında ixtisasların sayı da artaraq, 33-dən 37-yə yüksəlib. Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.
08/07/2015 16:52
Dekabrın 25-də 6 saylı Bakı Peşə Liseyinin 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sahib Rüstəmov toplantı iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, bugünkü fəaliyyətindən danışıb. Ötən 40 il ərzində təhsil ocağını 58 000 məzunun bitirdiyini və onların ölkəmizin iqtisadiyyatının inkişafında fəal iştirak etdiklərini vurğulayan natiq hazırda liseydə 630 şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 124 müəllim və texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov yubiley münasibətilə təhsil ocağının pedaqoji kollektivini təbrik edib, onlara yeni uğurlar arzulayıb. Peşə təhsilinin ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə inkişaf yoluna qədəm qoyduğunu qeyd edən nazir onu da bildirib ki, 90-cı illərdə bu təhsil ocaqlarının bağlanma təhlükəsi yaranmışdı. Nazir ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra peşə təhsilinin inkişafına yenidən təkan verilməsini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nazir, həmçinin Prezident İlham Əliyevin tövsiyə və sərəncamlarına uyğun olaraq ayrı–ayrı rayonların iqtisadi xüsusiyyətləri və müvafiq tələblər nəzərə alınmaqla həmin rayonlarda peşə məktəblərinin tikiləcəyini açıqlayıb, buna misal olaraq İsmayıllı və Qəbələ rayonlarında tikilən peşə məktəblərini qeyd edib. Mərasimdə 6 saylı Bakı Peşə Liseyinin direktoru və bir neçə müəllim nazirliyin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib. Sonda tədbir iştirakçılarına yubiley mərasimi üçün hazırlanmış konsert proqramı təqdim olunub.
08/07/2015 16:52
Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 12 yanvar 2015-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7, 8 və 9 yanvar 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.
Əmrə əsasən, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
08/07/2015 16:52
Məktəb direktorları üçün təlim kursları təşkil olunacaq.
Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə YUNİSEF və Xəzər Universiteti tərəfindən “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” kursu keçiriləcək. Təlimlər yeddi moduldan ibarət olmaqla üç ay davam edəcək. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunacaq. Bundan əlavə, iştirakçılardan gələcəkdə Xəzər Universitetində magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər üçün beş (ECTS) kredit veriləcək. Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər. Ətraflı məlumatı Xəzər Universitetinin www.khazar.org rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri yekunlaşıb.
Yanvarın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirdə həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Riyaziyyat fənni üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıtın 34 məktəbi təmsil olunub. Bu məktəblər VI, VII və VIII siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə bilik yarışına qatılıb. Fizika, kimya və biologiya fənn müsabiqələrində Bakı və Sumqayıt şəhərləri üzrə 29 məktəbdən 261 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, məktəblər VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə təmsil olunub. Fizika-riyaziyyat və informatika, Kimya və biologiya təmayüllü liseylərdə 3 mərhələdə keçirilən müsabiqələrdə ümumilikdə 531 şagird iştirak edib.
08/07/2015 16:52
2014-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 154226 müraciət daxil olub.
Belə ki, Telefon Məlumat Mərkəzində 60856 zəng (2013-cü illə müqayisədə 4,7 dəfə çox) və Kommutator xidmətində 35000-ə yaxın zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 58370 vətəndaşa xidmət göstərilib. Vətəndaşlar əsasən, ali təhsil (8668 müraciət), beynəlxalq əməkdaşlıq və xaricdə təhsil (7883 müraciət), ümumi təhsil (8054 müraciət), orta ixtisas və ilk peşə-ixtisas təhsili (1544 müraciət), eləcə də digər məsələlərlə (32221 müraciət) bağlı müraciət edib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlər əsasən, sorğu xarakterli olub. Onların əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 11848 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 531 müraciət, teleqram və məktub vasitəsilə 167 müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 13359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Şikayətlərin qeydiyyatı proqramında isə 404 müraciət qeydiyyata alınıb və araşdırılması üçün müvafiq şöbələrə, idarələrə, sektorlara göndərilib.
08/07/2015 16:52
Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır.
Yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir. Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda Müəllimlərin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub. Qeyd olunan qruplar Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” əmrlərinə əsasən, yaradılıb.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 12 yanvar 2015-ci il tarixinə nəzərdə tutulmuş Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbulu vaxtında dəyişiklik edilib.
Belə ki, təhsil naziri Mikayıl Cabbarov 26 yanvar 2015-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 22 və 23 yanvar 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. 12 yanvar 2015-ci il tarixinə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 26 yanvar 2015-ci il tarixində qəbul ediləcəklər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi çərçivəsində təlimlərə start verilib.
Təlimlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq təşkil edilib. Layihə çərçivəsində ilkin olaraq Şəki, Gəncə və Şəmkirdə “Sağlam həyat tərzi” mövzusunda təlimlər keçirilib. Təlimlərdə 30 məktəbdən 150-yə yaxın şagird iştirak edib. Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov tərəfindən aparılan təlimlərdə interaktiv tədris metodlarının köməyi ilə şagirdlərə ilkin biliklər verilib, onlar sağlam həyat tərzi barədə məlumatlandırılıblar. Növbəti təlimlər Bakı, Sumqayıt və Lənkəran şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri üçün keçiriləcək. Layihənin növbəti mərhələsində məktəblilər debat təlimlərində və daha sonra debat turnirlərində iştirak edəcəklər. Debat turnirlərində uğurlu nəticə göstərən şagirdlər və qalib komandalar mükafatlandırılacaqlar. Ümumilikdə, “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsinin məqsədi debat-təhsil metodologiyası vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan və təhsil alan şagirdlər arasında sağlam həyat tərzi üzrə maarifləndirmə işlərinin aparılmasıdır.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı