• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblilərin Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başa çatıb.

Bu mərhələnin nəticələri 15 gün ərzində elan olunacaq.
Olimpiadalarda Bakı şəhəri üzrə 3473, bölgələrdən 20600 nəfər şagird iştirak edib. IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə  öz biliklərini nümayiş etdiriblər.
Tapşırıqlar münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test sualları formasında tərtib olunub. Rayon (şəhər) mərhələsində Azərbaycan dili, ədəbiyyat və riyaziyyat fənləri üzrə bilik yarışına maraq göstərən şagirdlər daha çox olub. İnformatika və biologiya fənləri üzrə olimpiadalarda isə nisbətən az şagird iştirak edib.
Bu mərhələdə uğur qazanan şagirdlər Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.


10 il əvvəl