SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 25-də Təhsil Nazirliyində Yaponiyanın təhsil sistemi ilə tanış olmaq məqsədilə bu ölkəyə səfər etmiş nümayəndə heyətinin təqdimat mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbirin məqsədi barədə qısa məlumat verib.
Sonra nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın elm və təhsil sistemi haqqında təqdimat-məruzə edib, bu ölkədə təhsili idarə etmək üçün Təhsil Şurasının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Təranə Hacıyeva Yaponiyada insanların təhsil almasında heç bir məhdudiyyətin olmadığını, təhsil ocaqlarında ibtidai təhsilin 6, kiçik orta məktəbdə 3, yuxarı orta məktəbdə 3, ali məktəblərdə 4, magistraturada 2 və doktoranturada 2 il davam etdiyini bildirib.
Yaponiyada müəllimlərin məktəblərə işə qəbulunun imtahanla həyata keçirildiyini qeyd edən Təranə Hacıyeva müəllimlərin bir məktəbdə maksimum 6 il işləməsinə icazə verildiyini, onların beş ildən bir ixtisasartırma kursundan keçirildiyini diqqətə çatdırıb. Şöbə müdiri Yaponiyada ibtidai siniflərdə şagirdlərlə iki müəllimin məşğul olduğunu, bu siniflərdə bir dərs saatının 45, yuxarı siniflərdə isə 50 dəqiqə davam etdiyini və tədris ilinin 11 ay, yəni 3 semestrdən ibarət olduğunu bildirib.
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın təhsil ocaqlarında məktəblə valideyn arasında sıx əlaqənin mövcudluğu haqqında da məlumat verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl