• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Breyn-rinq intellektual yarışının 2014-cü il üzrə çempionu müəyyənləşib.

Yarışın 2014-cü ildə keçirilən son oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyası kubokunun qalibi “Kapital bank” ilə “Bilik kuboku”nun sahibi “Romantik” mübarizə aparıblar.
“Baku Crustal Hall”da baş tutan və AzTV kanalı ilə yayımlanan oyun komandalardan birinin 3 xal toplamasına qədər davam edib. İlin qalibi adı uğrunda mübarizə aparan rəqiblər bir-birinə ciddi müqavimət göstəriblər. Nəticədə ikinci və dördüncü görüşlərdən sonra hesab bərabərləşib: 1:1 və 2:2. Qalibi myəyyənləşdirmək üçün bir sualdan ibarət beşinci görüş keçirilib. Həmin sualı daha tez cavablandıran “Kapital bank” komandası breyn-rinq üzrə 2014-cü ilin Azərbaycan çempionu olub. Qalib komandaya medallar təqdim edilib.
Breyn-rinq intellektual yarışı Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, gənclərin yaradıcı və intellektual inkişafına təkan vermək, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən keçirilib.


10 il əvvəl