• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 22-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,  jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq qonaqları salamlayıb.
“PR texnologiyaları” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Press relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda  KİV-lə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunulub.
Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinqi  iştirakçıların diqqətinə çatdırıb.
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının vitse-prezidenti Məqsəd Nurun “Televiziyanın təhsil gözlüyü” mövsuzundakı təqdimatından sonra ali məktəblərin ən fəal media təmsilçiləri Təhsil Nazirliyinin diplomu ilə təltif edilib.
Sonra təqdimatlarla bağlı geniş müzakirələr aparılıb və çoxsaylı   suallar cavablandırılıb. 
Praktik konfrans Bakı Ali Neft Məktəbində davam etdirilib.  II paneldə ilk çıxışı “Sosial media “mediadırmı?”” mövzusundakı təqdimatla Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova edib.
“APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə onlayn medianın üstünlükləri, problemləri və inkişafı barədə danışıb. V.Mahirqızı “Onlayn media: tezbazar, yoxsa...?” adlı təqdimatında onlayn media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu vurğulayıb.
Sonra Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov 90 illik yubileyi münasibətilə Bakı Ali Neft Məktəbi tərəfindən təbrik edilib.
Təhsil eksperti, professor Şahlar Əsgərov, Almaniyada yaşayan məşhur  azərbaycanlı alim Məsud Əfəndiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
"Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda  media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.  


10 il əvvəl