SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanın Batumi şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında iştirak ediblər.
Azərbaycan şahmatçıları 11 gün davam edən çempionatda parlaq uğur qazanıblar.
6 yaş qrupu üzrə keçirilmiş yarışa Avropanın 45 ölkəsindən 989 şahmatçı qatılıb. Şahmatçılarımızdan Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva 18 yaşlı qızlar arasında I yeri, Sumqayıt şahmat məktəbinin yetirməsi Mələk İsmayıl 10 yaşlı qızlar arasında I yeri, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının Şahmat Klubundan Gövhər Beydullayeva 12 yaşlı qızlar arasında II yeri, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin idmançısı Aydan Höccətova 16 yaşlı qızlar arasında III yeri, Naxçıvan şahmat məktəbinin yetirməsi Pərviz Qasımov 14 yaşlı oğlanlar arasında III yeri tutublar.
Nəticədə Azərbaycan şahmatçıları çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, komanda hesabında 2-ci yeri əldə ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl