SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə qalibi məlum olub.
“Baku Crystal Hall”da təşkil olunan və AzTV telekanalı ilə yayımlanan oyunda əvvəlcə yarışın oktyabr ayı üzrə finalında oynayacaq 4-cü komanda müəyyənləşdirilib. Bu oyunun qalibi oktyabr ayının əvvəlki yarışlarının qalibləri olan “Nar Mobile”, “Allians” və “Aypara” ilə mübazirə aparmalı idi.
Dördüncü rəqibi müəyyənləşdirmək üçün finala çıxmayan komandaların təmsilçiləri arasında şans oyunu keçirilib. Bu qarşılaşmada “Ağdaş” komandasının üzvü qalib gəlib və komandasına ayın final oyununda iştirak etmək fürsəti qazandırıb.
Final mərhələsinin ilk seçim görüşündə “Ağdaş” və “Allians” qarşılaşıb. “Allians” 5-3 hesabı ilə rəqibini üstələyib. İkinci seçim mübarizəsində isə “Nar Mobile” və “Aypara” gərgin oyun nümayiş etdiriblər. “Nar Mobile” bir xal fərqi ilə rəqibindən üstün olduğunu təsdiqləyib.
Finalda “Nar Mobile” və “Allians” qarşılaşıb. Hər iki final görüşü 5-1 hesabı ilə birincinin xeyrinə başa çatıb. Bununla, “Nar Mobile” oktyabr ayının qalibi olub və “Bilik Kuboku”nun finalında oynamaq hüququ qazanıb.
“Breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcəklər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl