SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na keçirilən müsabiqə başa çatıb.
Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Bu tələbələr Harvard Universiteti, Oksford Universiteti, HEC Paris, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər. Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində istər yüksək TQDK göstəricilərinə malik, istər beynəlxalq olimpiada iştirakçıları, istərsə də müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 153 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq imkanı əldə ediblər. Sevindirici haldır ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Ümumilikdə tələbələrin əsasən Türkiyə, Böyük Britaniya və digər ingilis dilli ölkələrdə təhsil almağa üstünlük verdiyi müşahidə olunub. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25 nəfər, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb. Növbəti tədris ili üçün müsabiqə şərtlərinin müəyyən edilməsi istiqamətində hazırlıq işləri davam etməkdədir və işlərin yekunu barədə tələbələr yeni akademik il ərəfəsində məlumatlandırılacaqlar.
08/07/2015 16:52
Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Gələcək - müəllimin əsəridir” mövzusunda elan etdiyi ən yaxşı telesüjet müsabiqəsi davam edir.
Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim olunur. Televiziya kanalları vasitəsilə nümayiş olunan və müsabiqəyə təqdim edilən videosüjetlər Təhsil Nazirliyinin youtube kanalında yerləşdirilir. www.youtube.com/user/tehsilgovaz
08/07/2015 16:52
Bakı Dövlət Universitetinin tələbəsi Yaponiyada təcrübə kursu keçmişdir
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Günel Mirzəyeva Yaponiyadan təcrübə kursundan qayıtmışdır. BDU-dan AzərTAc-a bildirmişlər ki, G.Mirzəyeva Osaka şəhərindəki Yapon Dili Mərkəzində bir il müddətində təcrübə kursu keçmişdir.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb.
Nazirlik hər il olduğu kimi, Qurban bayramı və 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar kəlbəcərli köçkün ailələrin yanında olmaq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb. 1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöldə yaşayan kəlbəcərli ailələrə paylanılıb. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.
08/07/2015 16:52
Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edir.
İki günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Media nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanmış məzunları haqqında məlumat toplayacaq, fədakar əməyi ilə seçilən müəllimlərlə görüşəcəklər. Ümumilikdə, səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradacaq. Bütün bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.
08/07/2015 16:52
Oktyabrın 22-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran İslam Respublikasının Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Mövlaverdi Bakıdakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyada olublar.
Gimnaziyada qonaqları Azərbaycan Respublikası təhsil nazirinin müavini Firidun Qurbanov salamlayıb. Təhsil nazirinin müavini Firidun Qurbanov və gimnaziyanın direktoru Sevda Quliyeva qonaqlara bu təhsil müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hazırda 1164 şagirdin təhsil aldığı gimnaziyanın 47 məzununun hamısı bu il ali məktəblərə qəbul olub. Onlardan 9-u xaricdə təhsil alır. Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Mövlaverdi öz növbəsində İran təhsil sistemi haqqında məlumat verib. Qonaqlar şagirdlərin rəsm işlərindən ibarət sərgiyə baxıb və məktəbin sinif otaqları ilə tanış olublar. İran nümayəndə heyəti şagirdlərin nümayiş etdirdiyi ədəbi-bədii kompozisiyanı xüsusi maraqla izləyiblər.
08/07/2015 16:52
Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası başa çatıb.
İclas Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil Nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edir. Gündəliyə əsasən, iclasda adıçəkilən ölkələrdə Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər və bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların nəticəsi olaraq Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrin sırasına daxil olub. 2013-2014-cü illər üzrə Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində 148 ölkə arasında 39-cu, MDB-yə üzv dövlətlər arasında 1-ci yeri tutub. BMT-nin “İnsan inkişafı haqqında” hesabatında isə ölkəmiz İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlib. Bununla, Azərbaycan insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olub. İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək isə təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından asılıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti ikinci dəfə seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Bu sənəddə milli ali təhsil sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir. Mikayıl Cabbarov tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş verən dəyişikliklərlə tanış edib. Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb. Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir. Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib. Mikayıl Cabbarov bu görüşün region ölkələrində təhsilin sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsiri göstərəcəyinə əminliyini vurğulayıb. Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin və islahatların həyata keçirilməsində göstərdikləri köməyə görə Dünya Bankına, Avropa İttifaqına və digər ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirib. Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasına sabah yekun vurulacaq.
08/07/2015 16:52
Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların və təltiflərin təqdimatına həsr olunub. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dövlət başçısının müvafiq sərəncamları ilə universitetin 107 əməkdaşına Azərbaycanın ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan diqqət və qayğı kimi dəyərləndirib və qeyd edib ki, bu, təhsil işçilərinin əməyinə verilən önəmin təzahürüdür. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirakı, dövlət başçısına BDU-nun fəxri doktoru adının verilməsi, təhsil ocağının çoxlu sayda aliminin dövlət mükafatları ilə təltif edilməsi universitet kollektivinin yaddaşında tarixi hadisə kimi qalacaq. Misir Mərdanov daha sonra ali təhsil sahəsində qarşıda duran vəzifələrdən söz açıb, universitetin həmişə olduğu kimi, bu məsələlərin həllində də digər ali məktəblərə örnək olacağına ümid etdiyini bildirib. Nazir mükafata layiq görülənləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda BDU-nun əməkdaşlarına fəxri adlar və təltiflər təqdim olunub.
08/07/2015 16:52
Oktyabrın 23-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Tovuz rayonunun Hacallı kəndindəki Milli Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə olublar.
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Media nümayəndələri Hacallı kəndindəki Milli Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı və İngilis dili dərslərini izləyib, müəllimlər və kənd sakinləri ilə söhbət ediblər. Məktəbin direktoru Mehriban Rüstəmova Ermənistan silahlı qüvvələri tərəfindən təhsil müəssisəsinin vaxtaşırı atəşə tutulduğu, müəllim və şagirdlərin həyatı üçün real təhlükə yarandığı haqqında məlumat verib. O, tədris ocağının divarlarında, sinif otaqlarında və hətta yazı lövhəsindəki güllə yerlərini göstərərək, belə hallarda şagirdlərin təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərdən söhbət açıb. İşğalçı ölkə hərbi birləşmələrinin heç bir humanitar prinsiplərə sığmayan əməllərinə baxmayaraq məktəbdə şagirdlərin dərsə davamiyyəti pozulmur. Jurnalistlər 43 illik pedaqoji təcrübəyə malik, Milli Qəhrəman Q.Rzayevin müəllimi Səmayə Hüseynova ilə söhbət ediblər. S.Hüseynova Milli Qəhrəman Q.Rzayev haqqında xatirələrini danışıb, onun məktəb illərində də vətənpərvər hisslərlə yaşadığını bildirib. Səfərin məqsədi və əhəmiyyəti barədə fikirlərini bildirən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Hacallı kənd tam orta məktəbinin nailiyyətləri və məzunların ali məktəblərə qəbulu göstəricilərini nəzərə çatdırıb. C.Valehov qeyd edib ki, bu təhsil müəssisəsini bitirən məzunların 30 faizindən çoxu müxtəlif universitetlərə, o cümlədən də hərbi ali məktəblərə qəbul olunublar. Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova bildirib ki, rayon ümumi təhsil müəssisələrinin 40 faizindən çoxu Ermənistanla sərhəd ərazilərdə yerləşir və müntəzəm olaraq düşmən tərəfindən atəşə məruz qalır. Lakin buna baxmayaraq, həmin tədris ocaqlarının normal fəaliyyəti qorunub saxlanılır. Təsadüfi deyil ki, ilbəil rayon məktəbləri nailiyyətlərini artırır və məzunların ali məktəblərə qəbulu göstəriciləri yüksəlir. Daha sonra media nümayəndələri və digər qonaqlar Qərb bölgəsindəki “N” saylı hərbi hissədə olub, Hacallı kənd tam orta məktəbinin X və XI sinif şagirdlərinin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər. Hərbi hissənin zabit və əsgərləri döyüş silahları və hərbi sursatdan istifadə qaydaları haqqında şagirdlərə məlumat verib, onların tətbiqini əyani şəkildə nümayiş etdiriblər. Yerli sakinlər Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayıb və belə səfərlərin onlara mənəvi ruh verdiyini bildiriblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı