SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların və təltiflərin təqdimatına həsr olunub.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dövlət başçısının müvafiq sərəncamları ilə universitetin 107 əməkdaşına Azərbaycanın ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan diqqət və qayğı kimi dəyərləndirib və qeyd edib ki, bu, təhsil işçilərinin əməyinə verilən önəmin təzahürüdür.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirakı, dövlət başçısına BDU-nun fəxri doktoru adının verilməsi, təhsil ocağının çoxlu sayda aliminin dövlət mükafatları ilə təltif edilməsi universitet kollektivinin yaddaşında tarixi hadisə kimi qalacaq. Misir Mərdanov daha sonra ali təhsil sahəsində qarşıda duran vəzifələrdən söz açıb, universitetin həmişə olduğu kimi, bu məsələlərin həllində də digər ali məktəblərə örnək olacağına ümid etdiyini bildirib. Nazir mükafata layiq görülənləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda BDU-nun əməkdaşlarına fəxri adlar və təltiflər təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl