• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda keçirilən 1-ci SABAH Forumu işini başa çatdırıb.

Oktyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda keçirilən 1-ci SABAH Forumu işini başa çatdırıb. 2 gün davam edən forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib.  Forumun ikinci günü tələbələr üçün "ustad dərsləri" keçirilib. Tanınmış ictimaiyyət nümayəndələri “Karyera inkişafı”, “Liderliyə layiqsənmi?”, “Sən də bir brendsən” və “Vaxtına sahib çıx” mövzularında məruzələrlə çıxış ediblər. Bundan sonra Təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb. Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirirlib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi və bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib.  Daha sonra tədbir idman və əyləncə xarakterli yarışlarla davam etdirilib.Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də tədbirdən bəhs edən film nümayiş etdirilib.

Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərinin nəzərinə!

20 oktyabr 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Laçın,  Füzuli və Xocavənd rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16 və 17 oktyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Oktyabrın 14-də Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində nümunəvi çıxışlardan ibarət qala-konsert keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkil etdiyi tədbirdə məktəbin yetirmələri idman, həmçinin akrobatika gimnastikası üzrə müxtəlif nümunəvi nömrələrlə bacarıqlarını göstəriblər.         Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və idman ictimaiyyətinin nümayəndələri gənc gimnastların çıxışlarını izləyiblər. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə müasir idman infrastrukturunun yaradılmasında dövlət başçısı İlham Əliyevin böyük qayğısını qeyd edib. Son illər Azərbaycanda gimnastika idman növünün sürətlə inkişaf etdiyini və idmançılarımızın müxtəlif mötəbər yarışlarda qələbələr qazandığını xatırladan təhsil naziri bu uğurların əldə olunmasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın uğurlu çıxışı haqda danışıb. “Bakı-2015” birinci Avropa Oyunlarında da idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə ümidvar olduğunu söyləyən Altay Həsənov paytaxtla yanaşı, bölgələrimizdə də idman komplekslərinin yaradıldığını xatırladıb.   1966-cı ildən fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində hazırda 5-16 yaşında 700-yə yaxın şagird məşq edir. Xüsusi olaraq gimnastika təlimləri üçün qurulan məktəb Azərbaycanda bu formatda olan yeganə təhsil müəssisəsidir. Məktəbin yetirmələri arasında dünya və olimpiya çempionları var.  Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində  gimnastika yarışları da keçiriləcək. Hazırda Azərbaycan yığma komandası yeni istifadəyə verilmiş Milli Gimnastika Arenasında məşqlərini davam etdirir.

Oktyabrın 16-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunmuş təhsil işçilərini təbrik edib. Nazir bu sərəncamın ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bir daha bariz nümunəsi olduğunu bildirib.Mikayıl Cabbarov təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi motivasiyasının vacib olduğunu vurğulayıb. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən nazir inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində işlər görüldüyünü nəzərə çatdırıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu bir il ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov qarşıda duran işlərin həyata keçirilməsində müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.                       Görüşdə müəllimlərdən bir neçəsi çıxış edərək təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində daha səylə çalışacaqlarını qeyd ediblər.            Fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə ikinci seçim oyunu keçirilib.

“Baku Crystal Hall”da təşkil olunan və AzTV telekanalı ilə yayımlanan oyun seçim xarakteri daşıyıb və oktyabr ayı üzrə ikinci finalçını müəyyənləşdirib. Yarışlara qatılmış 30 komandadan 4-nün mübarizə apardığı bu oyun iki seçim və iki final görüşündən ibarət olub. İlk seçim görüşündə “Allians” və “Göyçay” komandalarının üzvləri biliklərini sınayıblar. Daha güclü olan “Allians” 5-1 hesabı ilə rəqibini sıradan çıxarıb. İkinci seçim görüşündə “Gəncə” və “Mərdəkan” komandaları mübarizə aparıblar. Gəncəlilər 3 xal fərqi ilə rəqiblərini üstələyiblər. Final çərçivəsində “Allians” və “Gəncə” komandaları 2 dəfə qarşılaşıblar. Hər 2 oyunda “Allians” qələbəyə layiq olduğunu nümayiş etdirib. İlk oyunu 5-4, ikincini 7-2 hesabı ilə udan “Allians” bununla, oktyabr ayının finalında oynamaq hüququ qazanıb. Qeyd edək ki, oktyabr ayının ilk finalçısı “Nar Mobile” komandasıdır.  “Bilik Kuboku” uğrunda breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. Xatırladaq ki, sentyabr ayının qalibi “Kapital bank” olub. “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər. 

Xaricdə təhsil imkanları gənclərin intellektual potensialının üzə çıxarılmasına xidmət edir.

 

Qazanılan hər bir uğur məsuliyyət hissini daha da artırır

Təhsil televiziyasının yaranması vacibdirmi?

 

Oktyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar rayonuna səfər edib.

Təhsil naziri səfər çərçivəsində rayonun Hil kəndində tikilən ümumi orta təhsil müəssisəsində inşaat işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, Hil kəndində fəaliyyət göstərən 187 şagird yerlik ümumi orta məktəbin binası yenidən inşa olunmaqdadır. Artıq yeni tikilmiş məktəbdə son tamamlanma işləri başa çatmaq üzrədir. Həmçinin, nazir Hil kəndində fəaliyyət göstərən 720 şagird yerlik tam orta məktəbin tədris şəraiti ilə tanış olub. Təhsil müəssisəsinin nailiyyətləri pedaqoji kollektivin üzvləri ilə müzakirə edilib və bir neçə sinifdə dərs prosesi izlənilib. Daha sonra təhsil naziri Qusar şəhərindəki Olimpiya İdman Kompleksində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib. Vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 63 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarovun Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbulu başlayıb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı