• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 23-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Tovuz rayonunun Hacallı kəndindəki Milli Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə olublar.

Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Media nümayəndələri Hacallı kəndindəki Milli Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı və İngilis dili dərslərini izləyib, müəllimlər və kənd sakinləri ilə söhbət ediblər. Məktəbin direktoru Mehriban Rüstəmova Ermənistan silahlı qüvvələri tərəfindən təhsil müəssisəsinin vaxtaşırı atəşə tutulduğu, müəllim və şagirdlərin həyatı üçün real təhlükə yarandığı haqqında məlumat verib. O, tədris ocağının divarlarında, sinif otaqlarında və hətta yazı lövhəsindəki güllə yerlərini göstərərək, belə hallarda şagirdlərin təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərdən söhbət açıb. İşğalçı ölkə hərbi birləşmələrinin heç bir humanitar prinsiplərə sığmayan əməllərinə baxmayaraq məktəbdə şagirdlərin dərsə davamiyyəti pozulmur.
Jurnalistlər 43 illik pedaqoji təcrübəyə malik, Milli Qəhrəman Q.Rzayevin müəllimi Səmayə Hüseynova ilə söhbət ediblər. S.Hüseynova Milli Qəhrəman Q.Rzayev haqqında xatirələrini danışıb, onun məktəb illərində də vətənpərvər hisslərlə yaşadığını bildirib.
Səfərin məqsədi və əhəmiyyəti barədə fikirlərini bildirən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Hacallı kənd tam orta məktəbinin nailiyyətləri və məzunların ali məktəblərə qəbulu göstəricilərini nəzərə çatdırıb. C.Valehov qeyd edib ki, bu təhsil müəssisəsini bitirən məzunların 30 faizindən çoxu müxtəlif universitetlərə, o cümlədən də hərbi ali məktəblərə qəbul olunublar.
Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova bildirib ki, rayon ümumi təhsil müəssisələrinin 40 faizindən çoxu Ermənistanla sərhəd ərazilərdə yerləşir və müntəzəm olaraq düşmən tərəfindən atəşə məruz qalır. Lakin buna baxmayaraq, həmin tədris ocaqlarının normal fəaliyyəti qorunub saxlanılır. Təsadüfi deyil ki, ilbəil rayon məktəbləri nailiyyətlərini artırır və məzunların ali məktəblərə qəbulu göstəriciləri yüksəlir.
Daha sonra media nümayəndələri və digər qonaqlar Qərb bölgəsindəki “N” saylı hərbi hissədə olub, Hacallı kənd tam orta məktəbinin X və XI sinif şagirdlərinin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər. Hərbi hissənin zabit və əsgərləri döyüş silahları və hərbi sursatdan istifadə qaydaları haqqında şagirdlərə məlumat verib, onların tətbiqini əyani şəkildə nümayiş etdiriblər.
Yerli sakinlər Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayıb və belə səfərlərin onlara mənəvi ruh verdiyini bildiriblər.


10 il əvvəl