• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Müvafiq sahədə görülən işlər və nəzərdə tutulan məsələlərlə bağlı Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədovla görüşüb söhbət etdik.  -Aydın müəllim, Sizcə, ölkəmizin müharibə şəraitində yaşadığı indiki dövrdə təhsilalanların vətənpərvərlik tərbiyəsinin təşkili vəziyyətini qənaətbəxş hesab etmək olarmı? - Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Heç şübhəsiz, bu məsələdə ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni mühüm rol oynayır. Belə ki, bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını,  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Təhsil Nazirliyi həmin fənnin tədrisinin təkmilləşdirilməsi, fənnin imkanları daxilində şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, hərbi-idman oyunlarının kütləviliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir, bu məqsədlə aidiyyəti qurumlarla birgə vətənpərvərlik tərbiyəsi üzrə aktual məsələlərə həsr olunmuş müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin təşkilinə hərtərəfli dəstək göstərir.  Yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə düşər ki, bəzən “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin ümumi təhsil məktəblərində daha aşağı siniflərdən tədris olunması ilə bağlı fikirlər səsləndirilir. Əslində, ümumtəhsil məktəblərində fənlərin hər birinin məhz hansı sinifdən başlanması şagirdlərin yaş, fizioloji, psixoloji və qavrama səviyyəsi nəzərə alınmaqla elmi-pedaqoji cəhətdən əsaslandırılıb müəyyən edilmişdir. Adından da göründüyü kimi, bu fənn şagirdlərin ordu sıralarında hərbi xidmətə çağırış öncəsi hazırlığını təmin etməyə yönəlmişdir və yuxarıda da qeyd etdiyim kimi, təhsilalanların vətənpərvərlik tərbiyəsində onun özünəməxsus yeri vardır. Lakin vətənpərvərlik duyğularının aşılanması, gənclərin bu ruhda tərbiyəsi yalnız bu fənnin vəzifəsi deyildir.  -Yəni Siz demək istəyirsiniz ki, gənclərin vətənpərvərlik tərbiyəsi kimi mühüm bir vəzifənin yükünü yalnız bir fənnin üzərinə qoymaq düzgün deyildir? -Əlbəttə, gənclərin vətənpərvərlik tərbiyəsini yalnız bir fənnin tədrisi ilə məhdudlaşdırmaq fikri reallıqdan uzaqdır. Belə ki, bütün fənlərin tədrisində, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar vardır. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün əsl həyat, tərbiyə məktəbidir.  -Aydındır. Lakin yenə də “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi ilə bağlı məsələlərə qayıtmaq istərdim. Məsələn, problemlərə toxunsaq, yaxşı olardı.   - Şübhəsiz, fənnin tədrisi ilə bağlı müəyyən problemlər mövcuddur. Hazırda fənnin maddi-tədris bazasının daha da təkmilləşdirilməsi, kadr heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər nəzərdə tutulmuşdur və ardıcıllıqla həyata keçiriləcəkdir. Məktəblərdə fənn üzrə nümunəvi dərslərin təşkili də diqqət mərkəzindədir. Bu, qabaqcıl pedaqoji təcrübənin aşkara çıxarılması və yayılmasında xüsusi əhəmiyyət kəsb edir. Ötən dərs ilində Bakı şəhərinin bir neçə məktəbində belə dərslər keçirilmiş və KİV-lərdə geniş işıqlandırılmışdı. Növbəti tədris ilində də həmin dərslərin təşkili davam etdiriləcəkdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, müharibə iştirakçıları ilə təhsilalanların mütəmadi görüşləri keçirilir, məktəblilərə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının həyatı və qəhrəmanlıqları barədə ətraflı məlumatlar verilir.  -Təhsil Nazirliyi tərəfindən bu sahədə digər dövlət qurumları ilə əməkdaşlq hansı səviyyədədir? -Təhsilalanların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin əhəmiyyətini, eləcə də ilkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsirini nəzərə alaraq, aidiyyəti təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turniri, “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur. Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Könüllü  Hərbi Vətənpərvərlik Texniki-İdman Cəmiyyəti Respublika Şurası və Respublika Veteranlar Şurası ilə işgüzar əlaqələri mövcuddur.  -Məktəblilərin vətənpərvərlik tərbiyəsinin səmərəliliyini artırmaq üçün daha hansı tədbirlər nəzərdə tutulur? -Ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərsin “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunması qərara alınıb. Vacib məqamlardan biri kimi növbəti dərs ilindən etibarən məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların daha sistemli şəkildə hərbi hissələrə aparılması nəzərdə tutulur. Əsas məqsəd hərbi hissələrdəki müasir silah və hərbi texnikalarla şagirdləri tanış etmək, onlardan istifadə qaydaları barədə məktəblilərə ətraflı məlumatlar vermək və əsgərlik xidməti barədə təsəvvürlərini genişləndirməkdən ibarətdir. Eyni zamanda şagirdlərin hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimlərində iştirakı da planlaşdırılır.   Bu il də yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Quba rayonunda “Şahinlər” hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib. Artıq 9-cu ildir ki, davam edən bu layihə çərçivəsində məktəblilərə xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən hərbi dərslər keçirilir, şagirdlər hərbiçilərlə görüşür, əsgər həyatı ilə tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi vərdişlərə yiyələnir və hərbi hissələrə səfərlər edirlər. Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir bu ay Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaqdır. Düşərgədə uşaqların təlim-tərbiyəsi ilə rayonun orta məktəblərində çalışan fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı, Daxili Qoşunların nümayəndələrindən ibarət qrup düşərgəyə təhkim olunub və onlar burada aparılacaq hərbi hazırlıq və digər tədbirlərin təşkilində yaxından iştirak edəcəklər.

Müəllimlik bir missiyadır

  Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə    Biz bu müsahibəni çoxdan gözləyirdik. Əvvəlcə, mən müsahibəni apreldə - daha dəqiq desək, Mikayıl Cabbarovun təhsil naziri kimi fəaliyyətə başlamağının birinci ildönümündə aparmaq istəyirdim. Lakin ezamiyyələr, buraxılış imtahanları və digər cari məsələlər bu fikrimi üç ay təxirə saldı. Buna baxmayaraq, bu da problem yaratmırdı, çünki ünvanlayacağım sualların aktuallığı hələ də qalmaqda idi.  Əlbəttə ki, son illər ərzində Azərbaycanda təhsil ilə bağlı vəziyyət çox mürəkkəb idi. Elə görünürdü ki, hətta təhsili olmayan hər kəs asanlıqla təhsil sistemində qüsurlar aşkar edə bilər. Milli təhsil sistemini tənqid etmək, demək olar ki, adi hala çevrilmişdi. Tənqidin və tənqidçilərin nə qədər obyektiv olduğunu, eyni zamanda tunelin sonunda işığın görünüb-görünməməsini araşdırmağa çalışdım. Biz üç saat danışsaq da, bütün məsələlərə toxuna bilmədik. Buna baxmayaraq, əminəm ki, bunun davamı olacaq və ən geci 1 il sonra nazirdən yenidən müsahibə götürə biləcəyəm.  - Cənab nazir, artıq bir ildən çoxdur ki, təhsil naziri kimi fəaliyyət göstərirsiniz. Bu müddət ərzində hansı işləri görməyi bacardınız? - Etiraz etmirsinizsə, cavabı iki hissəyə bölməyi təklif edirəm. Birincisi, bu sahədə görülən və bütün Azərbaycanı əhatə edən tədbirlər geniş anlamda Təhsil Nazirliyi və burada çalışan komanda tərəfindən həyata keçirilmişdir. Mən başlıca olaraq cənab Prezident tərəfindən 2013-cü ilin oktyabrında təsdiqlənmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan danışmaq istərdim. Mövcud strategiya aşağıdakı istiqamətləri əhatə edir:1. Müəllim. 2. Məzmun. 3. İdarəetmə. 4. İnfrastruktur. 5. Resurslar - mövcudluğu və əlverişliliyi. Strategiya - Azərbaycan qanunvericiliyində geniş məzmunlu bir sənəddir. Mənim fikrimcə, strategiyada ilk dəfə olaraq  Azərbaycan Respublikasında təhsilin vəziyyəti çox ətraflı və dəqiq təsvir olunmuşdur. Təhsil, daha  geniş desək, təhsil ictimaiyyəti qarşısında duran  məsələlər strategiyada emosional kolorit olmadan, çox peşəkar şəkildə təqdim olunmuşdur. Strategiya əsasında fəaliyyət planı hazırlanaraq, artıq hökumətə təqdim olunub. Hal-hazırda sənəd baxılma və təsdiqolunma mərhələsindədir. Əgər strategiya "nə etməliyik" sualına  cavab axtarırsa, fəaliyyət planı "necə etməliyik" sualına cavabdır.  İkinci daha konkretdir- tələbələr, valideynlər, müəllimlər üçün son 15 ayda hansı tədbirlər görülüb?  İlk olaraq, görülən iş məzunlara attestatın verilməsi ilə bağlı məsələnin həll olunmasıdır. Hələ üç il əvvəl 11-ci sinfi bitirən dörd nəfərdən biri attestat ala bilmirdi.  Bu da onların təhsilin növbəti pillə və səviyyələrinə inteqrasiyasına, eləcə də işədüzəlmə prosesində çətinliklər yaradırdı. Belə ciddi problem haqqında heç də bütün vətəndaşların məlumatı yox idi.  - Bildiyimə görə, Siz islahatları Bakı şəhərindən başladınız.  - Bəli, ona görə ki, ölkə üzrə təhsilalanların, demək olar ki, üçdə biripaytaxtdadır. Rayon təhsil şöbələrindən fərqli olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi birbaşa  Təhsil Nazirliyinə tabe olduğundan biz daha çox səlahiyyətliyik. (Müsahibə 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalanmasından əvvəl götürülüb). Ötən müddətdə  yeni tədris ilindən təyinat alacaq onlarla  məktəb idarəedənləri hazırlanmışdır. Neqativ halların qarşısının alınması məqsədilə tədbirlər gücləndirilmişdir. Biz ümumi təhsil müəssisələrində "təmir pulu", "bayram pulu" anlayışları adı altında pul yığımlarının qarşısını aldıq və ya minimuma endirdik.  Təsərrüfat ehtiyaclarının ödənilməsi üçün məktəblərə aylıq maliyyə vəsaiti ayırdıq.  Onlarla məktəb təmir olundu. Biz müəllimin orta dərs yükünü qaldırdıq ki, bu da müəllimlərin gəlirlərinə, müəllim-şagird nisbətinə təsir etdi. Biz 1:8 müəllim-şagird nisbətindən 1:12 müəllim - şagird nisbətinə doğru gedirik. Bu hal hələ ki beynəlxalq standartdan aşağı olsa belə, eyni zamanda irəli atılmış böyük addımdır. Bununla yanaşı, biz müəllimlərin işə qəbulu ilə bağlı olan, onların bir bölgə məktəbindən digərinə keçirilməsi kimi məsələni həll etdik. Hal-hazırda bu sistem bütünlüklə  elektron formada mərkəzləşdirilmişdir. 2014-cü ildə bütün müəllimlər üçün bir məktəbdən digərinə keçmək məqsədilə mərkəzləşdirilmiş elektron imkanı reallaşdırdıq. Bu, Azərbaycanın ümumi təhsil  sistemində çalışan 150 min müəllimin hər birinin peşəkar inkişafı və iş şəraitində öz əksini tapan real nailiyyətdir.  - Buna baxmayaraq, bir çoxları  islahatların nəticələrinin o qədər hiss olunmadığından danışırlar. - Təhsil sistemi qərarın verilməsi və onun həyata keçirilməsi arasında müəyyən zamana ehtiyac olan bir sahədir. Axı bu gün gördüyümüz və kökü Sovet İttifaqının dağılması dövrünə gedib çıxan mənfi stereotiplər, həyat səviyyəsinin aşağı düşməsinə səbəb olan sosial-iqtisadi dəyişikliklərlə əlaqədardır. Bu da öz növbəsində dəyərləndirmə şkalasının dəyişməsində öz əksini tapmalı idi. Müəllim peşəsinin nüfuzu getdikcə aşağı düşdü. Bunun ardınca müəllim peşəsindən digər səmtlərə doğru axın başladı. Bu nəinki ölkədən kənara, eyni zamanda təhsil sistemindən başqa sistemlərə, qısamüddətli də olsa, hissolunan bir axın idi.  - İyun ayında müəllimlərin ilk sınaq qiymətləndirilməsi keçirildi... - Bakı şəhərində müəllimlərin sınaq qiymətləndirilməsi müstəqil ölkə tarixində ilk dəfə keçirilən bir tədbir idi. Biz qəbul etməliyik ki,  bu ana qədər müəllim ordusunun keyfiyyət göstəriciləri - ixtisas biliyi, metodika və onun tətbiqi, psixoloji durumunun hansı səviyyədə olması haqqında dəqiq təsəvvürümüz yox idi. Təkmilləşdirmə ilə bağlı müvafiq təlimlərin həyata keçirilməsi, dərs yükünün bölgüsü və s. ilə bağlı verdiyimiz qərarlar bəzi aspektlər nəzərə alınmadan verilirdi. Daha doğrusu, müayinə etmədən bu və ya digər xəstəliyi müalicə etməyə çalışırdıq. Hal-hazırda isə biz müəllimlər haqda daha çox məlumatlıyıq.  - KİV-də müəllimlərin sınaq qiymətləndirməsinə əsasən onlardan 14,4 faizinin aşağı, 67,4 faizinin qənaətbəxş və 18,2 faizinin isə yüksək nəticə göstərməsi barədə informasiya verildi. Bəs Sizin bu qiymətləndirmə ilə bağlı şəxsi təəssüratınız necədir? Bundan sonra hansı tədbirlər görüləcək? - Sınaq qiymətləndirməsinə qədər müəllimlər haqda bildiklərimiz yalnız anket məlumatları idi. Onların nə zaman anadan olduqlarını, hansı ali təhsil müəssisəsini bitirdiklərini və nə qədər stajlarının olması barədə məlumatları bilirdik. Eyni zamanda biz müəllimlərin harada işləməsi, nə qədər dərs yükünün ayrılması, təkmilləşdirilmə təlimlərinə göndərilib-göndərilməməsi və hansı keyfiyyətlərin təkmilləşdirilməsi ilə bağlı qərar qəbul etməli idik. Sonra nə olacaq? Bundan sonra pedaqoqların peşəkar inkişafı ilə əlaqədar onlarda bütün keyfiyyətlərin təkmilləşməsinə xidmət edəcək lazımi qərarlar veriləcək.  - "Qeyri-qənaətbəxş nəticələr" nə deməkdir? - Bu o deməkdir ki, bu müəllimlər məktəbdə işləmək üçün uyğun deyillər. Heç də çətin olmayan bir qiymətləndirmədə onlar 40 maksimum baldan 50 faizini belə toplaya bilməyiblər. Bəs onlar diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən işdən azad olunacaqlar? Xeyr. Biz bu haqda əvvəl də bildirmişdik. Bəs müəllimlərin peşəkarlığının  təkmilləşdirilməsi üçün imkan yaradılması məqsədilə sınaq qiymətləndirməsinin nəticələri nəzərə alınacaq? Sözsüz, bu belə olacaq.  - Test üç bölmədən ibarət idi: ixtisas biliyi, müasir təlim metodikası ilə bağlı biliklər və müəllimin psixoloji durumu. Psixoloji durum hansı vəziyyətdədir? - Mən deyərdim ki, müxtəlif. Biz yenə də nəyəsə əsaslanmalı idik. Valideynlərin hər hansı bir müəllimin bu peşəyə uyğun olmaması ilə bağlı  şikayət etməsi halları çox idi. Əgər bacarırsansa, get aydınlaşdır! İndi isə bizdə ayrı-ayrı vəziyyətlərdə həqiqəti üzə çıxarmağa imkan verməsə də, hər hansı bir müəllimin sinfə daxil olmasına psixoloji durumunun imkan verib-verməməsi haqqında ilkin ümumi fikir yaradan obyektiv ölçü mexanizmimiz var. Bu amil qərar qəbuletmədə çox vacibdir və təhsilalanların  psixoloji durumuna və təhsilin keyfiyyətinə birbaşa olaraq təsir edir.  - Siz elektron işə qəbul barədə qeyd etdiniz. Bu necə həyata keçirilir? - Yetərincə sadə şəkildə. Siz nə vaxtsa viza almaq üçün elektron formada anket doldurmusunuz?  - Bəli. - Eyni forma tətbiq edilir. Təhsil Nazirliyinin saytında ölkə üzrə 3000 vakant yer barədə məlumat yerləşdirilir. Minimum tələblərə cavab verən, yəni müəllim işləməyə imkan verən diploma sahib olan və müəllim işləmək istəyən hər bir şəxs anket doldurur. İmtahanlar ayrı-ayrı fənlər üzrə eyni gündə keçirilir. Cari ildə imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin iki korpusunda eyni zamanda keçirildi. İmtahan elektron formadadır. Test imtahanı üç bölmədən ibarətdir: ixtisas biliyini, məntiqi düşüncə qabiliyyətini və metodika üzrə bilikləri yoxlayan test sualları. Nəticələr imtahan bitən kimi məlum olur. Namizəd nə qədər bal toplaması və nə qədər toplamalı olduğu barədə məlumat alır. Biz əvvəlcədən maksimum  35 baldan şəhər məktəblərində işləmək üçün keçid balının 28, kənd məktəblərində işləmək üçün isə keçid balının 21 olmasını bildiririk. İkinci turda - müsahibədə namizədlərin kommunikativ bacarıqları qiymətləndirilir. Lazımi bal toplamış namizədlər şəffaflığın qorunması məqsədilə  Təhsil Nazirliyindən, dövlət orqanlarından və məktəblərdən olan üzvlərdən təşkil olunmuş komissiyalar ilə müsahibədə iştirak edirlər.  - Çox adam təhsil sistemində işləməyə çalışır? - Keçən il 3000 vakant yer üçün 18000 iddiaçı  müraciət etmişdi. İmtahan nəticələrinə əsasən biz 1281 nəfəri işə qəbul etdik. Qeyd edək ki, biz keçid balını aşağı salmadıq və tələblərimizi sadələşdirmədik. Öz ixtisasını heç "dörd"  səviyyəsində bilməyəni işə qəbul etməyin nə mənası var?!  - İşə qəbulda mərkəzləşdirilmiş sistem  korrupsiyanın qarşısını aldı. Amma hər halda bizim şübhələnmədiyimiz problemlər də var? - Məsələn, saxta diplomlar faktı. Ola bilər ki, bu problem bilavasitə təhsil sisteminə aid deyil, amma bizim göstəricilərimizə təsir edən indikator rolunu oynayır. Bu sistem pedaqoji təhsili olmayan şəxslərin məktəbə işə düzəlməsinə, şagirdlərimizə  "dərs keçməsinə" şərait yaradırdı. Buradan ritorik bir sual meydana çıxır: öz peşəkar fəaliyyətini cinayət ilə - saxta diplomla başlayanlar təhsilalanlara, gənclərimizə nə öyrədə bilərlər?!  - Nə qədər saxta diplom satılmışdır? - Dəqiq rəqəm deyə bilməyəcəm, təxminən bir neçə min. Hal-hazırda bu məsələ ilə bağlı istintaq davam edir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi müəyyənləşdirdilər. Amma bilirik ki, əsasən respublikanın rayonlarında 2000 belə saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır. Biz həmin adamları adbaad tanıyırıq. Əldə olan bütün məlumatları, o cümlədən saxta diplom satan şəxslər barədə məlumatı da Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında təhsilin idarəetməsində olanlar da var idi. Səhv etmirəmsə, bu barədə Baş Prokurorluq artıq ictimaiyyəti məlumatlandırmışdır. Hansı səbəbdən bu bizim üçün vacibdir? Biz hələ də belə "müəllimlərin" qəbulunun qarşısını kəsə bilməmişiksə, nədən danışa bilərik? Çirklənmə mənbəyini aradan qaldırmasaq, suyu necə təmizləmək olar ki? Bu gün müəllimlərin işə qəbulu üçün mərkəzləşmiş sistemin, diplomları yoxlayan bazanın, çoxpilləli və şəffaf seçimin olması bu sistemdə olan dəyişikliklərin dönməz olacağına təminat verir. - Müəyyən olunan "saxta müəllimlər" işlərinə davam edəcəklər? - Yaxşı terminə görə təşəkkür edirəm! Bəli, onlar hələ də işlərinə davam edirlər. Birincisi, qanunu pozmuş olsalar da, 2000 "saxta müəllim"in işdən qovulması eyni sayda  işçinin birdən işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin təhsil prosesindən  çıxarılmasıdır ki, bu vəziyyətdə onları dərhal əvəz etmək mümkün deyil. Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə işləyək, yoxsa, yox?  Onların çoxu kənd məktəblərində çalışır. Nəhayət, onların arasında yalanın qurbanı olan, tələbə olduqlarına ürəkdən inanaraq dərslərdə, imtahan sessiyalarında iştirak edən, adlarına xüsusi olaraq jurnal açılan, qeydlər olan şəxslər də var. Bununla yanaşı, onların bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstərmişlər. Və ancaq sənədlərin yoxlanması nəticəsində məlum olmuşdur ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməmişdir... Dərhal olmasa da, təhsil sistemini belə hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq bu proses başlamışdır. - Biz hələ də orta məktəbdən danışırıq. - Bəli, mən təhsilalanların böyük hissəsini əhatə etdiyi üçün daha çox ümumi təhsil sistemindən danışdım. Lakin digər sahələrdə, məsələn, ilk peşə-ixtisas təhsili səviyyəsində  müəyyən dəyişikliklər mövcuddur. Azərbaycanın insan resurslarının perspektivli gələcəyinə  inanıram. Lakin hal-hazırda biz daha çox digər ölkələrdən olan mütəxəssislərin xidmətindən istifadə edirik. Bu niyə baş verir? Əvvəla, ona görə ki, bazarın tələblərinə uyğun olan ixtisaslara qəbul planı yox idi. Daha doğrusu, biz sovet sisteminə sadiq qalaraq, son 25 ildə iqtisadiyyatda olan dəyişiklikləri, yeni sahələrin yaradılmasını və digərlərinin aktuallığını itirməsi faktını özümüzdən uzaqlaşdırmışdıq. İlk dəfə olaraq, 2014-cü ildə Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələri üçün bazarın tələblərinə uyğun qəbul planı hazırladı. İkinci səbəb: tədrisin keyfiyyəti. Bu halda peşəkar standartın nə olması anlamı meydana çıxır. Məsələn, avtomobil mexaniki ixtisası üzrə təhsil alan çoxdan istehsalatdan çıxmış avtomobilləri təmir etməyi bacarmalı idi.  Müasir avtomobillər haqqında heç bir məlumat isə yoxdur. Proqramlar ciddi şəkildə köhnəlmişdi. O səbəbdən biz, qeyd edim ki, heç vaxt görülməmiş böyük bir tədbir həyata keçirdik. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində 200 yeni standart hazırlanmışdır. Hələ də 2000 standarta ehtiyac vardır. Eyni zamanda, başa düşürük ki, işəgötürənlərin fikrini öyrənmədən yeni standartların hazırlanması düzgün deyil. Buna görə də bütün dövlət idarələrinə və özəl şirkətlərə sorğular göndərmişik... Hal-hazırda təkcə ilk peşə-ixtisas təhsilində deyil, bütün sahələr üzrə peşəkar standartlara yenidən baxılır. Qaranlıq qalan bir məsələni də qeyd edim. 15 ay ərzində belə demək mümkünsə, "zəbt olunmuşlar"ı geri qaytarmaq üçün böyük işlər görüldü. Onlarla təhsil müəssisəsinin ərazisi  zəbt olunmuşdu. Hal-hazırda həmin obyekt və ərazilər yenidən təhsil müəssisələrinin tabeliyinə qaytarılmışdır. Eləcə də külli miqdarda oğurlanmış tədris vəsaitləri yerinə bərpa edilmişdir. Belə desək, 10 kompüter olmalı olduğu halda, yerində heç biri yox idi. Bu gün isə hər şey öz yerinə qaytarılmışdır. İnternat müəssisələrinin, idman məktəblərinin, kollec və ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının işdən azad olunması aysberqin yalnız görünən tərəfi idi. Lakin mən daha çox təhsil sistemində: idarəedənlər, müəllimlər və təhsilalanlar arasında əhvali-ruhiyyəni dəyişə bildiyimiz üçün fəxr edirəm. Bəli, insanlar istəyir ki, hər şey burada, indi  və  tezliklə  baş versin. Biz də bunu etmək istəyirik. Harada mümkün deyilsə, biz səbəblərini aydınlaşdırmağa çalışırıq. Bu gün biz işə yalnız  müasir peşəkar standartlara cavab verən müəllimləri qəbul edirik. Bəs qəbuldan sonra tez bir zamanda nəticəni görə bilərik?! Əlbəttə ki, xeyr. Müəllim əvvəlcə sinfə daxil olmalıdır, şərti olaraq onun şagirdi məzun olmalıdır... - Müəllimlərin aşağı əməkhaqqı alması da cəmiyyətdə müzakirələrə səbəb olur. Məktəbdəki pul yığımları, korrupsiya halları və təhsilin keyfiyyətinin aşağı olması da onunla əlaqələndirilir. Müəllimlərin əməkhaqlarının artırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması müzakirə obyektidirmi? - Bu məsələnin bir neçə aspekti var. Birincisi, müəllimlərin hal-hazırkı əməkhaqqı aşağıdırmı? Əgər nəzərə alsaq ki, ölkədə orta aylıq əməkhaqqı 400 manatdan artıqdır, o zaman müəllimin orta aylıq əməkhaqqısı onun orta dərs yükü baxımından, çox aşağıdır. İkincisi, müəllim nə qədər işləyir? Bu tez-tez müzakirədən kənarda qalan sualdır. Başqa ixtisas sahibləri və xarici ölkə müəllimləri ilə müqayisədə Azərbaycanda müəllimlərin orta dərs yükü çox aşağıdır.  Bizdə müəllimin orta dərs yükü həftədə 18 saata bərabərdir. Amma nə siz, nə də mən həftədə 18 saat işləmirik. Hətta elə müəllimlər var ki, onların dərs yükü 6 və ya 4 saatdır. Biz çıxış yolunu nədə görürük, hansı tədbirlər həyata keçiririk? Dərs yükünün optimallaşdırılması yolu ilə biz minimal tələblərə cavab verməyən müəllimləri sistemdən kənarlaşdırırıq. Razılaşın ki, kobud desək, öz ixtisasını belə bilməyən müəllimin əməkhaqqını artırmaq məntiqsizdir. Bu zaman müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sertifikatlaşdırma imtahanlarının keçirilməsi ilə bağlı sual meydana çıxır.  Nəzəri olaraq, dövlətin müəllimlər üçün şəffaf imtahan keçirməsi çox asan olardı: "Sabah gəl imtahana, əgər keçə bilsən, əməkhaqqın artacaq, keçə bilməsən, əvvəlki əməkhaqqın qalacaq". Bu tədbiri bir neçə ölkədə həyata keçiriblər. Eləcə də bizi həmişə müqayisə etməyə sevdikləri Gürcüstanda. Mən əvvəlcə hazırlaşmağa imkan vermədən müəllimləri yeni proqram üzrə qiymətləndirməyi o qədər də ədalətli saymıram. Biz əvvəlcə onları təkmilləşdirmə kurslarına dəvət edəcəyik. Təlimlərin sonunda isə sertifikatlaşdırma  imtahanları keçirəcəyik. Sertifikat almış müəllimlərin əməkhaqları, əlbəttə ki, artacaqdır. Başqa bir məsələ. Təhsil sahəsində əməkhaqqı artırılmasa, düşünürəm ki, bu sahəyə gənc, istedadlı kadrların axınını təmin edə bilməyəcəyik. Hal-hazırda təhsil sistemində çalışan yaxşı kadrları da burada saxlamaq mümkün olmayacaq. Biz çoxlu istedadlı müəllimlərin məktəbə gəlməsində və davamlı olaraq işləməsində maraqlıyıq.  Lakin səbəb-nəticə əlaqəsi baxımından illüziyaya qapılmaq lazım deyil: müəllimlərin əməkhaqlarının artırılması akademik göstəricilərin yaxşılaşmasında sıçrayış yaratmayacaq. Ümumiyyətlə, təhsil sistemində irəliləyiş sıçrayışla deyil, tədricən, yavaş-yavaş olur. Bakı şəhəri üzrə müəllimlərin vəziyyətini tədqiq etdikdən sonra bu günün reallıqlarına uyğun olaraq, müəllimin əməkhaqqının nə qədər artırılması və nə qədər vəsaitə ehtiyac olması  ilə bağlı hesablama apararaq nəticələri Maliyyə Nazirliyinə təqdim etmişik. - Belə çıxır ki, bir tərəfdən dərs yükü yenidən paylanacaq, digər tərəfdən isə müəllimlərin əməkhaqları artırılacaq? - Doğrudur. Bu iki faktorun kombinasiyası olacaq: Dərs yükünün optimallaşdırılması və saathesabı əməkhaqqının artırılması yolu ilə. Sadəcə, bu gün məktəbdə iş saatla deyil, dərs yükü ilə hesablanır. Dərs yükü - həftədə 12 saatdır. - Akademik saatlar - dərslər nəzərdə tutulur? - Bəli. - Mənə həmişə maraqlı olub: Əgər mən dərs zamanı şagirdlərdən nəsə soruşuramsa, deməli, mən işləyirəm. Əgər mən müəllimlər otağında əyləşib yoxlama yazı işlərini yoxlayıramsa, deməli, işləmirəm? - Əla sualdır! İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin böyük bir qismində müəllimin iş saatları dərs və dərsdənkənar hissələrə ayrılır. Dərsdənkənar saatlara dəftərlərin yoxlanılması, valideynlərlə görüş və  s. daxildir. Bizim qanunvericilikdə bu nəzərdə tutulmur. Belə hesab edək ki, akademik saat tam saat deyil. Hər saatdan qalan 15 dəqiqə toplananda 12 saatdan 3 saat edir ki, bu da dərsdənkənar işlərə sərf oluna bilər. Amma istənilən halda heç bir ölkədə 12 saatdan ibarət belə az dərs yükü yoxdur.. Onu da deyim ki, hər kəs müəllimin səviyyəsi ilə təhsilin səviyyəsi arasında əlaqə axtarır. Müəllimin səviyyəsindən o qədər çox asılı olmayan sosial mühitlə təhsil səviyyəsi arasında səbəb-nəticə əlaqəsi mövcuddur. Gəlin sosial-iqtisadi vəziyyəti ölkə üzrə orta göstəricidən fərqli bir yaşayış məntəqəsinin məktəbinə ən yaxşı müəllimləri göndərək. Bu o anlama gəlirmi ki, iki ildən sonra bu  məktəbdə akademik göstəricilər dəyişiləcək? Beynəlxalq təcrübə göstərir ki, xeyr. Təcrübə göstərir ki, akademik göstəricilərin artmasına daha çox sosial mühit təsir edir. Çünki hər şey dəyərləndirmə şkalasından, şagirdin  ailəsinin, qohumlarının, onun əhatəsinin təhsilə olan münasibətindən başlayır. Sosial kontekstin dəstəyi olmadan güclü müəllim faktoru kifayət etmir. Bu səbəbdən də bizim işimiz təkcə təhsil sisteminin optimallaşdırılmasından deyil, müəyyən mənada dəyərlər sisteminin yaxşılaşdırılmasından ibarətdir. - Əlbəttə ki, şagirdin valideynləri və özü anlamalıdır ki, təhsil almaq vacibdir. Reallıqda bu necədir? - Hər il də aparacağımızı planlaşdırdığımız bir sosial sorğu keçirmişik. Biz soruşuruq: "Sizin fikrinizcə, həyatda uğur əldə etmək təhsil ilə bağlıdır?" Rəqəmləri indi deməyəcəyəm, amma cavablar bizi çox narahat etdi. Başqa bir statistika. ABŞ-da valideynlərin 87 faizi məktəbəqədər yaşlı övladına kitab oxuyur. 37 faizi isə bunu gündəlik edir. Bizim statistikamıza baxın: 34 faiz ailələrdə uşaqlar üçün kitab yoxdur! Avropa İttifaqı ölkələrində uşaqların 90 faizdən çoxu məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib. Amma bizdə sadəcə 16,5 faiz təşkil edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məktəbəqədər təhsilin kütləvi olaraq genişləndirilməsi istiqamətində gördüyü tədbirləri böyük əhəmiyyətə malik addım hesab edirəm. - Daha çox uşaq bağçaları? - Bəli, kommunikativ və sosial vərdişlər uşaqlara ilkin olaraq orada öyrədilir. Bizim uşaq məktəbə gedərkən o, məsələn, hollandiyalı uşaqdan geri qalır. Məktəbə uşaq bağçasından gedən hollandiyalı uşağın inkişaf və cəmiyyətlə bağlı məlumatı olur.  Bizim məktəblinin 2-3 ayı onun məktəbə, kollektivə öyrəşməyə, intizama sərf olunur. Bizim üçün kiçik görünən faktlar sonradan akademik göstəricilərdə öz əksini tapır. Təcrübədə məktəbəqədər və ibtidai sinif müəllimlərinin əsasən aşağı balla universitetlərə qəbul olması məlumdur. Baxmayaraq ki, bir valideyn kimi deyərdim ki, məktəbəqədər uşağın təlimi yüksək peşəkarlıq tələb edən çətin bir prosesdir.  Təhsil sistemində olan bütün problemlərlə yanaşı, valideynlərin və ictimaiyyətin uşaqların təhsildə uğur qazanmaları üçün məsuliyyət daşımasını kənara qoymaq heç də düzgün deyil. Vətəndaşlar təhsil sisteminin effektiv işləməsini tələb etmək hüququna malikdirlər və tələb də etməlidirlər. Eyni zamanda biz də öz məsuliyyətimizi qəbul etməliyik. -  Bu ilin yazında  müəllimlərin etik davranış qaydaları qəbul edildi. Bu nəyə görə lazım idi? - Müəllim mənə təkcə, məsələn, riyaziyyatı öyrədən bir şəxs deyil. Müəllimlik mənə görə bir missiyadır. O, bizim uşaqlarımıza həyatı tanış edən bir insandır.  Müəllimlər üçün etik davranış qaydalarının olması deyil, olmaması suallar yaratmalı idi. Bu məsələyə idealizm, romantizm adı verilsə də, müəllimin cəmiyyətdəki  rolunu yadına salmaqda yanlış bir məqam yoxdur. - Bəli, bu doğrudan maraqlı məsələdir. Lakin belə məsələlər daha çoxdur... - Biz "fast-food" konsepsiyasının üstünlük təşkil etdiyi, hamının "burada və indi" şüarı ilə yaşadığı yüksək templi informasiya əsrində yaşayırıq. Bir məsələni vurğulayaraq onun nəticəsini gözləyirlər. Amma bizim islahat proqramımız birtərəfli deyil. Bu sadəcə, müəllimin etik davranış qaydalarını yaratmaq, dərs ilinin müddətini uzatmaq, 12 illik dərs sisteminə keçmək, müəllimlərin dərs yükünü və əməkhaqlarını artırmaq, "gəlin bu fənn üzrə dərslik yaxşı olsun" demək deyil. Bütün xəstəliklərin çarəsi olan eliksir kimi bir qərar verməyə çalışmaq səhv addımdır. Problem tək ola bilər, amma onun həlli üçün 10 müxtəlif sferada 10 addım atmaq lazımdır. Gəlin təhsilin keyfiyyəti məsələsini götürək. Son illərdə Azərbaycanda 2700 məktəb  binası tikilib və əsaslı təmir olunub. Bunu etmədən XXI əsrin standartlarına cavab verən təhsil prosesini yoluna qoymaq mümkün deyil. Bəs bu təhsilin keyfiyyətinin artmasına kifayət edirmi? Xeyr, təmir olunmuş məktəbə gedən müəllim elə həmin müəllimdir. Deməli, eyni zamanda müəllimin də səviyyəsini qaldırmaq lazımdır. Bəs təkmilləşdirmə kursunu bitirmiş və yüksək əməkhaqqı alan müəllim vəsaitlərlə yaxşı təchiz olunmuş sinifdə yeni dərsliklər olmadan keyfiyyətli dərs keçə bilərmi? Əlbəttə ki, xeyr. - Gəlin tədris sisteminin vaxtının uzadılması mövzusuna toxunaq. - Baxın, məni məntiqi əlaqəsizlik təəccübləndirir. Bir tərəfdən insanlara maraqlıdır ki, 12 illik ümumi  təhsil sistemi nəyə lazımdır, o biri tərəfdən isə məktəbi bitirdikdən sonra öz təhsillərini ali təhsil müəssisələrində, kolleclərdə, ilk peşə-ixtisas təhsili məktəblərində davam etdirməyə çalışırlar. Çox hallarda öz zəhmətləri ilə qazandıqları pul hesabına... - Mən şəxsən əleyhinə deyiləm, bu beynəlxalq təcrübəyə əsaslanır. - Bəli. Biz qlobal iqtisadiyyat sistemində yaşayırıq.  Şirkətlər kimi ölkələr də rəqabət aparır. Ölkələr insan resursları sahəsində rəqabət aparırlar. 11 illik təhsil sistemində oxumuş gənc azərbaycanlı universitetə qədər 14 il təhsil almış gənc hollandiyalı ilə necə rəqabət aparacaq?! Digər tərəfdən, bizim tədris ili də Hollandiya ilə müqayisədə qısadır. - Dərs ili də uzadılacaq? - Bizdə dərs ilinin müddəti 32 həftədir. Bu çox az müddətdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində orta standart 38 həftədir, bəzi digər ölkələrdə isə 41 həftədir. Aydın məsələdir ki, dərs  ilini qısaltmaqla deyil, uzatmaqla uşağa lazımi materialı öyrətmək daha asan olar. Dərs ilinin 34 həftə olması gündəlik dərslərin sayında və məktəbli çantasının çəkisində də özünü göstərəcək. Eyni zamanda istənilən müəllim təsdiq edə bilər ki, 3 ay yarım davam edən tətildən qayıdan uşağın iki-üç həftəsi onun may ayında qazandığı  biliyi bərpa etməyə sərf olunur. Təmayülləşmə haqqında da danışmaq lazımdır. Dünya getdikcə daha da mürəkkəbləşir, daha çox məlumat toplanır. Məsələn, məzun Azərbaycanın və ya Böyük Britaniyanın istənilən ali məktəbində humanitar ixtisas üzrə qəbul olur. Əgər o, son 3 ilini texniki və humanitar fənlərin öyrənilməsinə sərf edibsə, bu zaman onun qəbulolma şansı bu illər ərzində yalnız humanitar elmlər üzrə təmayülləşən şəxslə müqayisədə azdır. Beləliklə, 12 illik  ümumi təhsil sisteminə keçid təmayülləşməyə geniş imkan yaradacaq. Mən bir daha qeyd edirəm ki, təhsil sistemində sıçrayışlar baş vermir...    Vyaçeslav Sapunov.   "Azərbaycan müəllimi" qəzetinin 15 avqust 2014-cü il tarixli sayında dərc olunub.  (Davamı "Azərbaycan müəllimi" qəzetinin növbəti sayında)  

Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub.

Qeyd edək ki, SABAH qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Musabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub. Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib. SABAH qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.   SABAH qrupuna qəbulun nəticələri

Avqustun 18-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 52 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış 19 sentyabr 2003-cü il tarixli, 3769AZ nömrəli kredit sazişi əsasında icra olunan Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixi vəziyyətinə son auditi həyata keçirilib.

Audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb. Qeyd edək ki, “Baker Tilly Azerbaijan” MMC ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb. Auditorlar Layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və Layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər. “Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan Layihənin yekun Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair aşağıdakı məzmunda Auditor rəyi verib: “Bizim rəyimizcə, Layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları, bütün əhəmiyyətli aspektlər baxımından Layihənin 15 oktyabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir.”

Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanı 9 idman növü üzrə 21 idmançı təmsil edir.

Avqustun 16-dan 28-dək davam edən yarışda dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınayır. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda mübarizə aparırlar. Avqustun 17-də 3 Azərbaycan təmsilçisi –  Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.) və Ceren Özbek (taekvondo-44 kq.) olimpiadanın gümüş medalına layiq görülüblər. Qeyd edək ki, Azərbaycan komandasının tərkibinə Teymur Məmmədov (sərbəst güləş-63 kq.), İqbal Hacızadə (sərbəst güləş-100 kq.), Leyla Qurbanova (qadin güləşi-52 kq.), Cabbar Nəcəfov (Yunan-Roma güləşi-50kq.), İslambek Dadov (Yunan-Roma güləşi-69 kq.), Səid Quliyev (taekvondo-73 kq.), Gülxanım Yeşildağ (taekvondo-55kq.), Ceren Özbek (taekvondo-44 kq.), Safiyə Polat (taekvondo-49 kq.), Məhəmmədəli Tahirov (taekvondo-91 kiloqramdan ağır), Rüfət Hüseynov (taekvondo-49 kq.), Məsud Yusifzadə (boks-52 kq.), Elvira Həsənova (üzguçülük-sərbəst üsulla), Nazim Babayev (atletika-üçtəkanla tullanma), Behafeta Abreha (qaçış-3000 metr), Yelena Qladkova (atletika-şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.), Ürfan Axundov (atıcı-pnevmatik tapança-10 metr) və Suqraxanım Müqabilzadə (kamandan oxatma) daxildir.

Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli, 279 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilib.

Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaqdır. Məlumat üçün bildirək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaqdır. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir. Ötən dərs ilində Təhsil Nazirliyi tərəfindən bu məsələyə daha diqqətlə yanaşaraq kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edir. Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əmək haqqına əlavə ödəniləcəkdir. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər. Təhsil Nazirliyi müəllimlərin fəaliyyətinin stimullaşdırılması, səriştəli və peşəkar müəllimlərin işə qəbul edilməsi, xüsusilə kənd məktəblərində pedaqoji kadrlara ehtiyacın tam aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməkdədir. Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumi təhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb. Qərarın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər ölkənin ümumi təhsil müəssisələrində vakansiyaların azalmasına, müəllim-şagird nisbətinin optimallaşdırılmasına, müəllimlərin sosial rifahının daha da yaxşılaşdırılmasına müsbət təsir edib. Hazırda müəllimlərin işə qəbulu sahəsində tətbiq edilən qaydalar şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, ölkədə ən çevik qəbul mexanizmi hesab edilə bilər. Belə ki, İKT-nin və elektron xidmətlərin geniş tətbiqi vasitəsilə həyata keçirilən bu mexanizmin (elektron ərizə, elektron, imtahan, elektron yerləşdirmə, elektron məlumatlandırma) tətbiqi hər bir iştirakçıya imkan verir ki, imtahan nəticəsi ilə imtahan başa çatan kimi auditoriyadan çıxmamış tanış olsun. Həmçinin, nəticələr dərhal müəllimin “Şəxsi səhifəsi”nə göndərilir. Yəni müəllim imtahan verdiyi gün hansı məktəbə işə qəbul olunduğu və ya nə üçün müsabiqədən keçə bilməməsi barədə məlumatlandırılır. Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ilin iyul ayında keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən olmayıb. Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə aparılan sistemli işin, tətbiq edilən yeni mexanizm və stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, hazırda kənd məktəblərində pedaqoji kadrlara ehtiyac minimuma enib və son müsabiqədən sonra ölkə üzrə vakant müəllim yerlərinin sayı ümumi müəllim sayının 1 faizindən də aşağıdır. Halbuki, 7 il əvvəl ölkənin kənd məktəblərində 10 min müəllimə ehtiyac müəyyən edilmişdir. Hazırda ölkənin ümumi təhsil məktəblərində 143451 nəfər müəllim çalışır.     "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər, təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə yeniliklərin tətbiq olunması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapan başlıca prioritetlərdir.

Bu prinsiplər məktəb idarəedənlərin üzərinə yeni vəzifələr qoyur. Dövlət Strategiyasına uyğun olaraq, Təhsil Nazirliyi ötən ilin noyabrında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması üzrə təlimlərə başlayıb. Təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak ediblər. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir. Təlimlər zamanı təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub. Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təlimlərdən keçmiş 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb.

Avqustun 20-də Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirədə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilər iştirak etmişlər. Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov ötən dərs ilinin əlamətdar hadisələrlə yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların uğurla davam etdirildiyini bildirmişdir. Ötən dərs ilində təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıran nazir bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğulamışdır. Məktəbəqədər təhsilin əhəmiyyətinə toxunan təhsil naziri bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə diqqət çəkmişdir. Nazir təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirmişdir. Daha sonra müşavirədə çıxış edən məruzəçilər 2013-2014-cü tədris ilinin yekunları, ümumi təhsil məktəbləri məzunlarının buraxılış imtahanlarında göstərdiyi nəticələrin müqayisəli təhlili, Respublika fənn olimpiadalarının təşkili, müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu, Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər və məktəb direktorlarının təyin olunması prosesi, növbəti tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər. Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatların dərin ictimai rəğbətlə qarşılandığını və cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, ötən dərs ilində təhsilin bütün pillələri üzrə yekun göstəricilər və həyata keçirilən islahatların ilkin nəticələri bunu deməyə əsas verir. Təhsil naziri, həmçinin, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaqdır. Nəticə etibarı ilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi sayəsində yerlərdə təhsilin idarəedilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq. Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edir. Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində xüsusi işçi qrupun yaradıldığını söyləyən nazir bununla bağlı Fəaliyyət Planının hazırlandığını nəzərə çatdırmışdır. Fəaliyyətdə keçmişə deyil, gələcəyə baxmağın zəruriliyini önə çəkən təhsil naziri qarşıya qoyulmuş vəzifələrin təhsil sisteminin real inkişafına yönəldiyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Müşavirədə, o cümlədən, regional idarələrin formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran vəzifələr, digər dövlət orqanları ilə fəaliyyətin koordinasiyası  və digər məsələlər ətraflı müzakirə olunmuşdur.

Avqustun 20-də Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Səid Quliyev taekvondo idman növü üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, avqustun 16-dan 28-dək davam edən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi 9 idman növü üzrə 21 idmançı təmsil edir. Avqustun 17-də 3 Azərbaycan təmsilçisi –  Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.) və Ceren Özbek (taekvondo-44 kq.) gümüş medal qazanıblar. Azərbaycan komandasının tərkibinə Teymur Məmmədov (sərbəst güləş-63 kq.), İqbal Hacızadə (sərbəst güləş-100 kq.), Leyla Qurbanova (qadin güləşi-52 kq.), Cabbar Nəcəfov (Yunan-Roma güləşi-50kq.), İslambek Dadov (Yunan-Roma güləşi-69 kq.), Səid Quliyev (taekvondo-73 kq.), Gülxanım Yeşildağ (taekvondo-55kq.), Ceren Özbek (taekvondo-44 kq.), Safiyə Polat (taekvondo-49 kq.), Məhəmmədəli Tahirov (taekvondo-91 kiloqramdan ağır), Rüfət Hüseynov (taekvondo-49 kq.), Məsud Yusifzadə (boks-52 kq.), Elvira Həsənova (üzguçülük-sərbəst üsulla), Nazim Babayev (atletika-üçtəkanla tullanma), Behafeta Abreha (qaçış-3000 metr), Yelena Qladkova (atletika-şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.), Ürfan Axundov (atıcı-pnevmatik tapança-10 metr) və Suqraxanım Müqabilzadə (kamandan oxatma) daxildir. Yarışlarda dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınayır. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda mübarizə aparırlar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı