SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 20-də Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Səid Quliyev taekvondo idman növü üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, avqustun 16-dan 28-dək davam edən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi 9 idman növü üzrə 21 idmançı təmsil edir. Avqustun 17-də 3 Azərbaycan təmsilçisi – Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.) və Ceren Özbek (taekvondo-44 kq.) gümüş medal qazanıblar.
Azərbaycan komandasının tərkibinə Teymur Məmmədov (sərbəst güləş-63 kq.), İqbal Hacızadə (sərbəst güləş-100 kq.), Leyla Qurbanova (qadin güləşi-52 kq.), Cabbar Nəcəfov (Yunan-Roma güləşi-50kq.), İslambek Dadov (Yunan-Roma güləşi-69 kq.), Səid Quliyev (taekvondo-73 kq.), Gülxanım Yeşildağ (taekvondo-55kq.), Ceren Özbek (taekvondo-44 kq.), Safiyə Polat (taekvondo-49 kq.), Məhəmmədəli Tahirov (taekvondo-91 kiloqramdan ağır), Rüfət Hüseynov (taekvondo-49 kq.), Məsud Yusifzadə (boks-52 kq.), Elvira Həsənova (üzguçülük-sərbəst üsulla), Nazim Babayev (atletika-üçtəkanla tullanma), Behafeta Abreha (qaçış-3000 metr), Yelena Qladkova (atletika-şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.), Ürfan Axundov (atıcı-pnevmatik tapança-10 metr) və Suqraxanım Müqabilzadə (kamandan oxatma) daxildir.
Yarışlarda dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınayır. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda mübarizə aparırlar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl