• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanı 9 idman növü üzrə 21 idmançı təmsil edir.

Avqustun 16-dan 28-dək davam edən yarışda dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınayır. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda mübarizə aparırlar.
Avqustun 17-də 3 Azərbaycan təmsilçisi –  Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.) və Ceren Özbek (taekvondo-44 kq.) olimpiadanın gümüş medalına layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan komandasının tərkibinə Teymur Məmmədov (sərbəst güləş-63 kq.), İqbal Hacızadə (sərbəst güləş-100 kq.), Leyla Qurbanova (qadin güləşi-52 kq.), Cabbar Nəcəfov (Yunan-Roma güləşi-50kq.), İslambek Dadov (Yunan-Roma güləşi-69 kq.), Səid Quliyev (taekvondo-73 kq.), Gülxanım Yeşildağ (taekvondo-55kq.), Ceren Özbek (taekvondo-44 kq.), Safiyə Polat (taekvondo-49 kq.), Məhəmmədəli Tahirov (taekvondo-91 kiloqramdan ağır), Rüfət Hüseynov (taekvondo-49 kq.), Məsud Yusifzadə (boks-52 kq.), Elvira Həsənova (üzguçülük-sərbəst üsulla), Nazim Babayev (atletika-üçtəkanla tullanma), Behafeta Abreha (qaçış-3000 metr), Yelena Qladkova (atletika-şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.), Ürfan Axundov (atıcı-pnevmatik tapança-10 metr) və Suqraxanım Müqabilzadə (kamandan oxatma) daxildir.


10 il əvvəl