SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 5-də Sumqayıtda Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınmış kənd təsərrüfatı texnikasının təqdimat mərasimi keçirilib.
Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 ədəd yeni texnika və avadanlıqdan bölgələrdə yerləşən təhsil müəssisələrində əyani tədris vasitəsi kimi istifadə olunacaq. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.
Ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi prioritet vəzifələrdən biridir. Mövcud şəraitdə kənd təsərrüfatı sahəsinin inkişafında əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəsisslərinin hazırlanması vacib amildir. Eyni zamanda, müasir texnika və avadanlıqlara malik olması ilk peşə-ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq, əlavə maddi gəlir əldə etmək imkanı verir.
Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun odənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə başladığı işləri davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl