SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 7-də 18 nömrəli Bakı Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib və Dövlət himni səsləndirilib. Şagirdlər hərbi marşla tamaşaçıların önündən keçib və təntənəli surətdə hərbi and içiblər.
Mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin Fəxri fərmanı və döş nişanı ilə təltif olunub.
Sonra şagirdlər ümummilli liderin xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.
Tədbir iştirakçıları şagirdlərin əl işləri və rəsmləri, eləcə də təhsil müəssisəsində yaradılmış müasir maddi-texniki baza ilə yaxından tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl