• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qələbə Gününə həsr olunmuş “dəyirmi masa”lar

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  9 May - Qələbə Gününə həsr olunmuş onlayn “dəyirmi masa”lar keçirilib.   Məqsəd uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, həlak olan soydaşlarımızın xatirəsinin ehtiramla yad olunması, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıq, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun şanlı qələbəsi haqqında gənc nəsli məlumatlandırmaqdan ibarət olub.   Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan "dəyirmi masa"da Böyük Vətən müharibəsinin iştirakçıları və İkinci Qarabağ müharibəsinin qaziləri iştirak edib.    Tədbirlərdə Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov və iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov haqqında mərkəzin dərnək üzvlərinin hazırladığı videoçarxlar və təqdimatlar nümayiş olunub.    Sonda dərnək üzvləri arasında Qələbə Gününə həsr olunan bilik yarışı keçirilib.   

9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirlər

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 9 May - faşizm üzərində Qələbə Günü ilə əlaqədar cari ilin aprel-may aylarında "Bizim qəhrəmanlar" adı altında silsilə tədbirlər keçirilib.   COVİD-19 pandemiyası ilə əlaqədar onlayn formada keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət olub.   Tədbirlər çərçivəsində Mərkəzin dərnək üzvlərinin ifasında şeir nümunələrindən ibarət videoçarxlar hazırlanıb, gənc rəssamlar arasında 9 May  Faşizm üzərində Qələbə Gününə həsr olunmuş onlayn rəsm müsabiqəsi keçirilib, rəsm əsərlərindən ibarət virtual sərgi təşkil olunub.    Mərkəzin yetirmələri tərəfindən İkinci dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar hazırlanıb.   Qeyd edək ki, hazırlanan videoçarxlar 9 may 2021-ci il tarixdə sosial şəbəkələrdə nümayiş olunacaqdır.

“Əziz Şuşa, sən azadsan” adlı tədbirlər

Təhsil  Nazirliyi  Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!" adı altında tədbirlər həyata keçirilib.   Tədbirlərin məqsədi işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Qarabağın döyünən ürəyi - Şuşanın azad edilməsini qeyd etmək, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik hisslərini aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.   Mərkəzin istedadlı yetirmələri tərəfindən Qarabağın işğaldan azad olunması ilə bağlı "Şuşa", "Azərbaycanım" adlı şeir və mahnı bəstələnib, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" adlı inşa hazırlanıb.   Mərkəzin gənc rəssamlarının "Şuşanın zəfəri" mövzusunda çəkdikləri rəsmlərdən ibarət virtual sərgi və dərnək üzvlərinin hazırladıqları videoçarxlar sosial şəbəkələrdə nümayiş olunub.  

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.   Portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.   Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.

Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi

Mayın 8-də ölkə üzrə 107 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.    Müsabiqədə iştirak üçün  V sinifdə təhsil alan 17 mindən çox şagird müraciət edib.    Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin  irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən  ibarətdir.

“SELFIE” pilot layihəsinin tətbiqinə başlanılır

Azərbaycanda 12 təhsil müəssisəsində beynəlxalq “SELFIE” layihəsinin pilot tətbiqinə başlanılır.   Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və Avropa Təlim Fondu tərəfindən yaradılan “SELFIE” onlayn alətinin tətbiqi təhsil müəssisələrində rəqəmsal texnologiyadan istifadə ilə bağlı boşluqları görmək və daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.   Sözügedən alət təhsil müəssisələrində rəqəmsal texnologiyaların tədris, öyrənmə və qiymətləndirmə proseslərinə daxil edilməsinə, eyni zamanda, təhsilalanların rəqəmsal səriştəsinin inkişafına dəstək olan vasitədir. Alət təhsil müəssisələrində məktəb rəhbərləri, təhsilverənlər və təhsilalanların rəylərini toplamaq üçün sorğular tətbiq edir və sorğular müəyyən dövr ərzində müəssisənin öz rəqəmsal tərəqqisini yoxlayan mövzuları əhatə edir. Nəticədə toplanmış məlumatlar əsasında məktəbin rəqəmsal texnologiyadan istifadəsi üzrə güclü və zəif tərəflərini əks etdirən hesabatların hazırlanması mümkün olur.   Qeyd edək ki, “SELFIE” alətinin Azərbaycan dilində tətbiqi üçün tərcümə işləri aparılıb və alətin sınaqdan keçirilməsi üçün ilkin olaraq 12 təhsil müəssisəsi seçilib. Seçim ümumi və peşə təhsili pillələri üzrə regional balanslaşma, müəssisələrin infrastrukturu, müəssisədə müəllim və şagird sayı meyarları əsasında aparılıb.

Şuşa, sən bizimsən!

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsi yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutub.   Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında 2 yaş qrupunda (7-14, 15-20) xalq (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilib.   Müsabiqəyə 256 ümumtəhsil məktəbi və 35 uşaq-gənclər inkişaf mərkəzindən 400-ə yaxın video daxil olub.   Münsiflər heyəti tərəfindən müəyyənləşdirilən qaliblər və fəal iştirakçılar Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.   Qeyd edək ki, müsabiqənin məqsədi böyüməkdə olan gənc nəsli Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarət olub.

Əyani tədris qismən bərpa olunur

Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.    Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.    Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.     Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.    Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

Apellyasiya Şurasının iclası keçirilib

Mayın 7-də təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunda məsləhətçi vəzifəsinə namizəd Samir Vəliyevin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunda böyük məsləhətçi vəzifəsinə namizəd Fatimə Məmmədovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin  təmin olunması və 1 nəfərin  şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı