SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Əziz Şuşa, sən azadsan” adlı tədbirlər
Təhsil Nazirliyi Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!" adı altında tədbirlər həyata keçirilib.
Tədbirlərin məqsədi işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Qarabağın döyünən ürəyi - Şuşanın azad edilməsini qeyd etmək, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik hisslərini aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.
Mərkəzin istedadlı yetirmələri tərəfindən Qarabağın işğaldan azad olunması ilə bağlı "Şuşa", "Azərbaycanım" adlı şeir və mahnı bəstələnib, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" adlı inşa hazırlanıb.
Mərkəzin gənc rəssamlarının "Şuşanın zəfəri" mövzusunda çəkdikləri rəsmlərdən ibarət virtual sərgi və dərnək üzvlərinin hazırladıqları videoçarxlar sosial şəbəkələrdə nümayiş olunub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl