• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fənn müsabiqələrinin final mərhələsi keçiriləcək

Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçiriləcək.    Müsabiqənin final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə ölkə üzrə 33 mərkəzdə təşkil olunacaq. Ümumilikdə 4624 şagird bu mərhələdə iştirak hüququ qazanıb.   Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Əyani tədris qismən bərpa olunub

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.    Bu gündən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.    Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.     Bundan başqa, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.     Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

Daha 4 peşə ixtisası üzrə səriştələr qiymətləndiriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi mobil telefonların təmiri ustası, qənnadçı-şirniyyatçı, bərbər və  plastik boru qaynaqçısı ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı təqdim edir.   Belə ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurs, dərnək, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə biliklərə yiyələnmiş mobil telefon ustaları, qənnadçı-şirniyyatçılar, saç ustaları və qaynaqçılar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.   Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatı müvafiq keçiddən əldə edə bilərlər. İmtahanlarda iştirak üçün artıq  qeydiyyatdan keçmək də mümkündür.   Qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom  təqdim ediləcək.

PISA-2022 tədqiqatının pilot mərhələsi yekunlaşıb

19 aprel 2021-ci il tarixindən başlayan PISA-2022 beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi başa çatıb. Sözügedən mərhələ Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilib. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 2800-dən çox şagird, 1100-dən çox müəllim və 63 məktəb direktoru  iştirak edib. Proses pandemiya şərati nəzərə alınaraq təşkil edilib. Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkili nəzərdə tutulur.   Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 2018-ci ildə PISA-da iştirak edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Tədqiqat 2018-ci ildən başlayaraq kompüter əsaslı həyata keçirilir.   PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. 

Lütfi Zadə adına məntiq olimpiadasının finalçıları

V sinif şagirdləri arasında təşkil edilən Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.   Nəticələrə əsasən, şagirdlərin 20 faizi final mərhələsində iştirak hüququ qazanıb. Finalçıların siyahısı ilə aşağıda təqdim olunan keçid vasitəsilə tanış ola bilərsiniz.   Qeyd edək ki, 8 may 2021-ci il tarixində ölkə üzrə 107 mərkəzdə V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi təşkil edilib.   Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.   Lütfi zadə adına məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazananlar

Sabahdan bu bölgələrdə əyani tədris qismən bərpa olunur

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.    Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.     Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.     Bundan başqa, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.    Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

I sinfə şagird qəbulu davam edir

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.   Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 09:00-dan etibarən yenidən akivləşdirilib.   Qeyd edək ki, www.mektebeqebul.edu.az elektron portalı bayram günlərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.   Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.   Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vətəndaşlara dəstək məqsədilə və müraciətlərin operativ cavablandırılması üçün yeni xidmətlər təqdim olunub. Belə ki, nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib və birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp https://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) yaradılıb. Həmçinin, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni 146-0 nömrəsi aktivləşdirilib. Vətəndaşlar qeyd edilən xidmətlər vasitəsilə birinci sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.

Prezident Qəbələnin Nic qəsəbəsindəki 1 saylı orta məktəbdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonunda səfərdə olublar.   Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəliblər.   Məlumat verilib ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.

Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Təhsil” kuboku yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn “Təhsil” kuboku başa çatıb.   Yarış Təhsil Nazirliyi, Milli Məclisin Gənclər və İdman Komitəsi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilib.   Tornelo portalı üzərindən onlayn təşkil olunan yarışda 24 ölkədən 190 şahmatçı iştirak edib.  Yarışa beynəlxalq reytinq əmsalı 2300-dən yuxarı olan 21 şahmatçı  qatılıb.   Yarışda I yerə Özbəkistan təmsilçisi Cavahir Sindarov,  II yerə Azərbaycan təmsilçisi Xəzər Babazadə, III yerə Hindistan təmsilçisi Raunak Sadvani layiq görülüb.   Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin müddətində şahmatçıların asudə vaxtlarının səmərəli təşkili, şahmatçıların müasir texnologiyalardan istifadə etməklə oyun təcrübəsinin artırılmasından ibarət olub.

Mühəndislik ixtisasları üzrə ikili diplom proqramı

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına növbəti qəbul prosesinə start verilir.   İkili diplom proqramı Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektronika mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.   Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, istehsalat təcrübəsində iştirak xərcləri  “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.   Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavr) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır.   Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı