SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Apellyasiya Şurasının iclası keçirilib
Mayın 7-də təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunda məsləhətçi vəzifəsinə namizəd Samir Vəliyevin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunda böyük məsləhətçi vəzifəsinə namizəd Fatimə Məmmədovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin təmin olunması və 1 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl