• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Təhsil” kuboku keçiriləcək

8-9 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan 64-xanalı dama üzrə beynəlxalq onlayn “Təhsil” kuboku turniri təşkil ediləcək.    Turnir Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi, Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.   11 turdan ibarət və www.playok.com internet portalı üzərindən keçiriləcək yarışda dünyanın müxtəlif ölkələrindən 17 yaşadək damaçılar iştirak edəcək.   Beynəlxalq turnirdə ilk 5 yerə layiq görülmüş damaçılar pul mükafatı və diplomla mükafatlandırılacaqlar.   Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, pandemiya dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarətdir. 

“Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb

Mayın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.   Tədbiri giriş nitqi ilə açan müsabiqənin işçi qrupunun sədri, təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və xoşbəxt gələcəyi naminə danılmaz xidmətlərindən söz açıb.     Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini xatırladıb. Təhsil naziri qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.   Tədbirdə iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə də öz növbəsində müsabiqə qaliblərini təbrik edib və tədbirin təşkilinə görə təşəkkür edib.   Sonda qalib şagirdlər öz təəssüratlarını bölüşüblər.   Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb.   “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Apellyasiya müsahibələri keçirilir

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək müvafiq komissiya tərəfindən uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunur. Namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçirilir.   Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya prosesi 7-8 may tarixlərini əhatə edəcək. Onlayn müsahibələrdə apellyasiya komissiyası tərəfindən namizədlərin müvafiq bilik və bacarıqları yoxlanılacaq.   Qeyd edək ki, müraciətlər əsasında 195 namizəd apellyasiya müsahibəsinə dəvət olunub.

“BİR” könüllülər təltif edilib

Mayın 7-də 2020-ci il - “Könüllülər ili” çərçivəsində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllünün təltifetmə mərasimi keçirilib.   Mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev könüllülük fəaliyyətinin tələbələrə qazandırdıqlarından danışıb. Nazir bildirib ki, könüllülük fəaliyyətinin gənclərimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi sevindirici bir haldır.         Təhsil naziri sonda “BİR” tələbə-könüllüləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.   Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov öz növbəsində könüllük fəaliyyəti əsasında qazanılan bilik və bacarıqların şəxsiyyət kimi formalaşmaqda mühüm rol oynadığını vurğulayıb.   Sonda könüllülərə sertifikatlar təqdim olunub.   Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. BİR könüllü olmaq istəyən tələbələr https://konullu.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.  

Peşə təhsili üzrə teledərslərin 7 may cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 7 may tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Liderlik üzrə tanınmış amerikalı mütəxəssis “Yeni Çağırışlar”da

7 may saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı təhsildə liderlik üzrə tanınmış amerikalı mütəxəssis, Indiana Dövlət Universitetinin fəxri professoru, bestsellər müəllifi Tod Vitaker olacaq. Tod Vitaker ilə təhsildə effektivlik və liderlik barədə danışılacaq.   Tod Vitaker motivasiya, təhsil liderliyi və effektivlik üzrə Amerikanın ən qabaqcıl mütəxəssislərindən biri, 50-dən çox kitabın müəllifidir.  Tod Vitaker ali təhsil sahəsində karyerasına başlamadan öncə məktəbdə riyaziyyat müəllimi, basketbol məşqçisi və müdir işləyib.   Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.    “Yeni çağırışlar”da dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus,  dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim Toni Vagner,  Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu, Toronto Universitetinin fəxri professoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan qonaq olub.

Tələbələrin və təhsil müəssisələrinin nəzərinə!

Nazirlər Kabinetinin 4 may 2021-ci il tarixli müvafiq qərarı ilə “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarın əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.   Qərara əsasən, 2020-2021-ci tədris ilinin ikinci yarımili sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək. Bu tələbələrin sayının 15 500 – 16 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manatın ayrılması nəzərdə tutulur.

Xarici diplomların tanınması üçün müraciət daha da asanlaşır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşların istifadə rahatlığı üçün daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.   Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların tanınma üzrə daha da rahat  müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.

“Sağlam təhsil – sağlam millət” layihəsinin beynəlxalq konfransda təqdimatı keçirilib

Beynəlxalq Texnologiya, Təhsil və Elm Cəmiyyətinin (ISTES) təşkilatçılığı ilə humanitar, sosial və təhsil elmləri üzrə beynəlxalq konfrans keçirilib. Konfransda 22 ölkədən (ABŞ, Yunanıstan, Ukrayna, Tayvan, Azərbaycan, Albaniya, Türkiyə, İsveç, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Xorvatiya, Qətər, Malayziya, Portuqaliya, Filippin, Yeni Zelandiya, Fransa, İsrail, Sinqapur, İspaniya, Braziliya, Mərakeş) 100 nəfərə yaxın iştirakçı təmsil olunub.   Sözügedən konfransda məruzəçi qismində Azərbaycanı Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsinin sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova təmsil edib. Nigar Şahhüseynbəyova layihənin təqdimatı ilə yanaşı “Dayanaqlı təhsilin multidisiplinar inkişafı” mövzusunda məqaləsi ilə çıxış edib. Təqdimatda layihə çərçivəsində keçirilən monitorinqlərin nəticələri uğurlu təcrübə kimi paylaşılıb.   Konfrans Niderlandın aparıcı elmi-analitik “Elsevier” şirkətinin “Scopus” və “Thomson Reuters” şirkətinin “Web of Science” platformasının dəstəyi ilə keçirilib.   Qeyd edək ki, ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam təhsil–sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.   7 may saat 17:00-da baş tutacaq təlim proqramı “Mərkəzi Bank və pul siyasəti” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində ABŞ-ın İllinoys Universitetinin iqtisadi siyasət ixtisası üzrə magistratura pilləsindən məzun Elçin Güləliyevdir. Təlimdə iştirak etmək üçün müvafiq link    https://cutt.ly/7bvAWKI vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı