• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 26-nda təhsil naziri Mikayıl Cabbarov Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti” mövzusunda “Dəyirmi masa”nın açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçılarını salamlayan təhsil naziri ölkəmizin sürətli inkişafının davamlılığının təmin edilməsində insan kapitalının rolundan danışmışdər. Təhsil naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına çevrilməsi” fikrinin fəaliyyət proqramı kimi qəbul edildiyini vurğulamışdır.
Təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanlarının ölkənin rəqabətliliyinə birbaşa təsir etdiyini bildirən nazir bunun milli təhlükəsizlik məsələsi kimi qəbul edilməli olduğunu söyləmişdir. Təhsil naziri qeyd etmişdir ki, təhsil sistemi mütəxəssisləri mövcud imkanlar səviyyəsində deyil, tələb olunan səviyyədə hazırlamalıdır.
Daha sonra nazir təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil pillələri üzrə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, təhsil sahəsində müasir qiymətləndirmə sisteminin yaradılması məsələlərindən söhbət açmışdır. Peşə təhsilinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsinin zəruriliyinə toxunan təhsil naziri müəllim hazırlığının keyfiyyətinin artırılmasının, nəticəyə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sisteminin tətbiqinin nəzərdə tutulduğunu bildirmişdir.
Azərbaycanda həyata keçirilən təhsil islahatlarının gedişi barədə qonaqlara məlumat verən nazir dünyanın istənilən ölkəsində təhsilin ən həssas və əhəmiyyətli sahələrdən biri olduğunu nəzərə çatdırmışdır. Təhsil naziri bütün dünyada təhsil sahəsi üzrə qarşıya çıxan problemlərin əksər hallarda oxşarlığını nəzərə alaraq, “Dəyirmi masa” iştirakçılarını yalnız problemləri deyil, həmçinin, onların mümkün həlli yollarını da müzakirə etməyə, müvafiq təklif və tösiyələrini bir-biri ilə paylaşmağa çağırmışdır.


10 il əvvəl