• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 30 sentyabr 2013-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilmişdir. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 19 oktyabr 2013-cü il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qeyd edək ki, Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək 30 sentyabr 2013-cü il tarixli qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 19 oktyabr 2013-cü il tarixində qəbul ediləcəklər. 19 oktyabr 2013-cü il tarixində keçiriləcək qəbul haqqında əlavə məlumat veriləcəkdir.

Sentyabrın 27-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Təhsil, audiovizual və mədəniyyət məsələləri üzrə İcraçı Agentliyinin Tempus üzrə sektor müdiri cənab Klaus Haupt ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan ali məktəblərinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təhsil proqramlarında iştirakı və yeni Erasmus+ proqramı çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Azərbaycan Respublikası təhsil nazirinin 1 oktyabr 2013-cü il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.

Belə ki, təhsil nazirinin qəbulu 8 oktyabr 2013-cü il tarixinə keçirilmişdir. Qəbulda iştirak etmək üçün vətəndaşlar 4, 5 və 7 oktyabr 2013-cü il tarixlərində saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında  və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər. Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.

Sentyabrın 27-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 119 tələbə ilə görüşmüşdür.

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulamış, azərbaycanlı gənclərin seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə etmişdir. Təhsil naziri bildirmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Nazir Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırmışdır. Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barəsində müsbət qərar qəbul olunmuşdur. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Oktyabrın 1-də Qobustan Regional Təlim Mərkəzinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, yerli və xarici neft şirkətlərinin nümayəndələri, xarici ölkələrin ali məktəblərinin və qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak etmişlər. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Qobustan Regional Təlim Mərkəzində 15 ixtisas üzrə ilkin mərhələdə 350, növbəti tədris ilindən isə 400-dən çox şagird təhsil ala biləcək. Mərkəzdə şagirdlər üçün 1 illik təhsil müddəti ərzində 10 ay nəzəri biliklərin tədris edilməsi və 2 aylıq təcrübə kurslarının təşkili nəzərdə tutulmuşdur.

Oktyabrın 2-də 18 nömrəli Bakı Peşə Liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası üzrə “BOSCH” Resurs Mərkəzinin açılış mərasimi keçirilmişdir.

Təhsil Nazirliyinin və “BOSCH” şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılması və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılması, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və  kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və “BOSCH” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının və Almaniyanın dövlət himnləri səsləndirilmişdir. Təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirmişdir ki, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar lazımdır. Ölkənin potensialının və inkişaf tempinin çox yüksək olduğunu söyləyən nazir Azərbaycanda müxtəlif ixtisaslar üzrə müasir dövrün tələblərinə cavab verən peşəkarların hazırlanmalı olduğunu qeyd etmişdir. Peşə təhsilinin inkişafının ölkəmiz üçün mühüm əhəmiyyətindən söhbət açan təhsil naziri həm daxili iqtisadi tələblər, həm də gələcəkdə regional əmək bazarları üçün Azərbaycanda peşəkar kadrların hazırlanmasının zəruriliyi haqqında fikirlərini nəzərə çatdırmış və respublikamızın bu sahədə regional mərkəzə çevrilməsinin mümkünlüyünü bildirmişdir. Bütün bunlara nail olmaq üçün ən müasir və yeni texnoloji yeniliklərin, təcrübələrin Azərbaycanın peşə hazırlığı sahəsinə tətbiqi yollarından bəhs edən nazir Təhsil Nazirliyinin həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı sayəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini vurğulamışdır. Dünyanın inkişaf etmiş ölkələrinin əsas üstünlüyünün məhz bilikdən, peşəkar kadr məsələlərinə yetirilən diqqətdən qaynaqlandığını nəzərə çatdıran təhsil naziri insan kapitalının elm kapitalına çevrilməsinin zəruriliyi barədə fikirlərini bildirmişdir. Nazir məhz bu məqsədlərə nail olmaq üçün ölkə başçısı cənab İlham Əliyevin hər zaman təhsilin inkişafına, həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunmasına diqqət göstərdiyini nəzərə çatdırmışdır. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili sahəsində Azərbaycanla əməkdaşlıq edən bütün qurumlara təşəkkürünü bildirən nazir onu da qeyd etmişdir ki, ölkəmizdə peşəkar kadrların hazırlanması istiqamətində həm ölkə, həm də xarici şirkətlərlə səmərəli əlaqələr yaradılmışdır. Resurs Mərkəzinin fəaliyyəti üçün “BOSCH” şirkətinin standartları əsas götürülmüş, təmirlə yanaşı, təchizat məsələlərinə də diqqət yetirilmiş, zəruri texniki avadanlıqlar quraşdırılmış, internet xətləri çəkilmiş, nəzəri və təcrübi təlim otaqları yaradılmışdır. Mərkəzdə ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərini, digər liseylərin müəllim və tələbələrini, eləcə də “BOSCH” şirkəti ilə əməkdaşlıq edən müəssisə və təşkilat nümayəndələrini təlimdən keçirmək mümkündür. Resurs Mərkəzi müdavimlərinin yekun bilik və bacarıqları müvafiq qiymətləndirmə üsulu ilə yoxlanılaraq adları “BOSCH” şirkətinin xüsusi məlumat bazasına yerləşdiriləcək və onlara rəsmi sertifikatlar veriləcəkdir. Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə yönəlmişdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.

Oktyabrın 2-də 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə tədris emalatxanası açılmışdır.

Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, “Eldar studio” şirkətinin rəhbəri Eldar Məmmədov, təhsil müəssisəsinin kollektivi və şagirdlər iştirak etmişlər. Təhsil Nazirliyi və “Eldar studio” şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılmış tədris emalatxanasında “Bərbər” ixtisası üzrə müasir tələblərə cavab verən mütəxəssislər hazırlanacaqdır. Tədris emalatxanası yeni texnologiyalar və avadanlıqlarla təchiz edilmiş və şagirdlərin öz ixtisaslarını mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradılmışdır. Emalatxananın dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınmışdır. Yekun imtahan zamanı şagirdlərin əldə etdikləri bilik və bacarıqların yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqlarının yoxlanılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə yönəlmişdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.

Oktyabrın 3-də “JW Marriott Absheron” otelində 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransında təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak etmişdir. Təhsil nazirinin müavini bildirmişdir ki, Təhsil Nazirliyinin rəsmi dəstəyi, "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə təşkil edilmiş 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi regionda təhsil sektoruna həsr olunmuş ən böyük tədbirdir. Sərgidə Təhsil Nazirliyinin ənənəvi və yeni layihələr təqdim edəcəyini söyləyən nazir müavini bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsinin xüsusilə əlamətdar olduğunu qeyd etmişdir. Təhsil nazirinin müavini Təhsil Nazirliyinin dəstəyi ilə gerçəkləşməsi nəzərdə tutulan "Sağlam Təhsil – Sağlam Millət" Layihəsinin də sərgi iştirakçıları arasında maraq doğuracağına əminliyini ifadə etmişdir. Bununla əlaqədar Bakıda ilk dəfə olaraq məşhur pedaqoq-novator Bazarnıy Vladimir Filippoviçin rəhbərliyi ilə seminar keçiriləcək. O, təhsil müəssisələrində sağlamlığın inkişafı və təhsil prosesi zamanı məktəblilərin potensialını üzə çıxaran öz yaratdığı unikal sistemi barədə təqdimatla çıxış edəcək. Nazir müavini sərgidə şagirdlər, tələbələr və məzunların yeni təhsil və karyera imkanları əldə edəcəyini, tələbə və məzunların işəgötürən qurumlarla əlaqə qurması üçün əlverişli imkan olacağını nəzərə çatdırmışdır. Nazir müavini sərgi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər” adlı “Dəyirmi masa”nın keçiriləcəyi haqqında məlumat vermişdir. Təhsil nazirinin müavini çıxışında qeyd etmişdir ki, müasir dünyada təhsilin inkişafının mühüm cəhəti onun qloballaşmasıdır. Bu cəhət inteqrasiya proseslərinin mövcudluğunu, dövlətlər arasında ictimai həyatın müxtəlif sahələrində intensiv qarşılıqlı əlaqələri əks etdirir. Bununla da təhsil milli prioritet kateqoriyasından dünya prqioritetləri kateqoriyasına çevrilir. Sadaladığımız meyllər Azərbaycanda elm və təhsil sisteminin əsas istiqamətlərini müəyyənləşdirməlidir. Bu baxımdan bu gün Təhsil Nazirliyinin də yaxından dəstəyi ilə gerçəkləşən 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi özünün missiyası ilə əlamətdardır. Bu missiya onunla bağlıdır ki, qlobal dünyada Azərbaycanın strateji inkişaf yolu innovasiya və təhsili - biliklər iqtisadiyyatına transformasiya etməkdir. Ancaq bunun üçün ali təhsilin sənaye ilə, işgüzar aləmlə sıx ünsiyyəti, əməkdaşlığı lazımdır. Bu sərgidə Azərbaycanın ali təhsil müəssisələri ilə işgüzar sferanın əməkdaşlığı bizə ali təhsilimizin gələcək inkişaf trendləri haqqında daha pozitiv düşünməyə imkan verəcək. XXI əsrin ilk illərindən ictimai inkişafı təmin edən dəyər prioritetlərinin dəyişməsi meylinin daha aydın göründüyünü bildirən nazir müavini demişdir ki, bəşəriyyətin növbəti əsrə transformasiyası ilə üst-üstə düşən inkişaf təkcə insan fəaliyyətinin və onun müvafiq təşkili vasitələrinin dəyişməsini şərtləndirmir, eyni zamanda təhsildə innovasiyanı da zərurətə çevirir. Buradan çıxan nəticə odur ki, XXI əsrin universiteti insanları öz ixtisaslarını daim təkmilləşdirməyə imkan yaratmalıdır. Bunu doğuran hipotezlərdən başlıcası odur ki, biliklər cəmiyyətində sadəcə olaraq universitet məzunu olmaq yetərli deyildir. Formal, informal təhsilin təşviq edilməsi, müvafiq problemləri həll edə bilən, daha doğru həllər ortaya qoymaq bacarıqları yeni əsrin universitet məzununun əsas keyfiyyəti olmalıdır. Mətbuat konfransının sonunda təhsil nazirinin müavini jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

2013-2014-cü tədris ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumi təhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.

Bu iş dövlət büdcəsindən ayrılmış müvafiq vəsait hesabına Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir.

Oktyabrın 3-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə işçi səfərdə olan Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaitkus və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ikitərəfli əlaqələrin genişləndirilməsi, ali təhsil müəssisələri arasındakı münasibətlərin inkişafı və tələbə mübadiləsi məsələləri müzakirə edilmişdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı