• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binasının əsaslı şəkildə yenidənqurmadan sonra açılışına həsr olunmuş mərasim keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulmuş büstünü ziyarət etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlamış və yeni dərs ili münasibəti ilə təbrik etmişdir. Təhsil nazirinin universitetə gəlişini ADİU-nun fəaliyyətinə olan diqqətin təzahürü kimi dəyərləndirən rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin son illər ərzində qazandığı uğurlardan söhbət açmışdır.
Təhsil naziri Mikayıl Cabbarov ADİU-da olmaqdan məmnunluğunu ifadə etmişdir. Son 20 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini nəzərə çatdıran nazir təhsil sahəsində əldə olunmuş nailiyyətlərin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır.
Müasir dövrdə qloballaşma prosesinin tələblərinə uyğun olaraq iqtisadi uğurun bilik iqtisadiyyatından keçdiyini söyləyən təhsil naziri Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində əsaslı islahatlar yolu tutduğunu qeyd etmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası ilə yanaşı, təhsilin, professor-müəllim heyətinin keyfiyyəti və təhsilalanların bilik səviyyələrinin mühüm roluna toxunan nazir ölkə universitetlərinin tədris imkanlarının genişləndirilməsinin zəruriliyini vurğulamışdır. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində təhsil almasının əhəmiyyəti barədə fikirlərinə istinad edərək bildirmişdir ki, bu baxımdan qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün universitetlər müvafiq dünya təcrübəsindən uğurla istifadə etməlidirlər.
Daha sonra nazir ali məktəblərdə tədrisin müasir tələblər səviyyəsində təşkili, xüsusi istedadlı tələbələrlə iş, ali məktəblərin xərclərinin strukturunda əmək haqqı və məvaciblərin artırılması, insan kapitalının inkişafı, aztəminatlı və akademik nailiyyətləri yüksək olan tələbələr üçün universitetlər tərəfindən təqaüdlərin verilməsi məsələlərinə toxunmuşdur. Ali məktəblərin rəqabət qabiliyyətinin artırılması, məzunların işlə təminatı, ali məktəblərin idarəedilməsi haqqında söhbət açan təhsil naziri, həmçinin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə ölkəmizdə birgə əməkdaşlıq, nəticəyönümlü maliyyələşmə prinsipləri və ali təhsilin inkişafının digər istiqamətləri barədə fikirlərini nəzərə çatdırmışdır.
Sonda təhsil naziri tələbələri maraqlandıran sualları cavablandırmış, bir sıra təklif və tövsiyələrlə çıxış etmişdir.


10 il əvvəl