SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 25-dən avqustun 7-dək 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbuluna dair test imtahanları keçiriləcək.
Test imtahanlarının keçirilmə vaxtı barədə məlumat və iştirakçılar üçün “Yaddaş” hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndərilmişdir. İyulun 25-də Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə imtahan keçiriləcək. Bu fənn üzrə 296 vakant yerə 2589 namizəd iştirak edir. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ünvanında yerləşən əsas korpusunda keçiriləcək. Test imtahanına 1 saat vaxt verilir. Bu müddət ərzində namizəd ixtisas üzrə ümumi təhsil proqramını əhatə edən 25, məntiqdən, fənnin tədrisi metodikası və təlim strategiyalarının hər birindən 5 olmaqla, 35 sualı cavablandırmalıdır. İmtahan başa çatdıqdan sonra monitorda düzgün cavabların sayı qeyd olunur. İmtahanın gedişi videolentə alınır. Qaydaları pozan (mobil telefondan, əlavə vəsaitlərdən, başqasının monitorundan istifadə edən, imtahanın gedişinə mane olan) şəxslər imtahandan xaric olunacaq və nəticəsi ləğv ediləcək. Test imtahanlarından uğurlu nəticə əldə edənlər üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilmişdir.
08/07/2015 16:52
2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu davam etməkdədir.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya aşağıdakı ilk 41 namizəd barədə müsbət qərar vermişdir: Abbasova Nərmin Müstəcəb qızı Ağabalayev Əbülfəz Eyyub oğlu Babayev Toğrul Fizuli oğlu Babayev Baba İlqar oğlu Bayramov Tural Etibar oğlu Cəbrayılov Ağasəf Elşad oğlu Əhmədov Tural Bahadur oğlu Ələsgərov Abbas Arzu oğlu Ələskər-zadə Riyad Füzuli oğlu Əliyev Ruslan Əlövsət oğlu Əliyeva Gülnar Mutavil qızı Əzimli Hünər Babək qızı Fərhadlı Bəhruz Elman oğlu Fərhadov Tural Sərhad oğlu Hacıyev Fuad Arif oğlu Həsənalıyeva Gültəkin Akif qızı Həşimov Cəlal Rövşən oğlu İmanlı Fərid Zahid oğlu İsgəndərova Fatma İsgəndər qızı İsmayılzadə Nicat Rəhimulla oğlu Məhərrəmli Məhəmməd Mirqalib oğlu Məmmədov Şahlar Şahmar oğlu Məmmədov Arzu Ruslan oğlu Məmmədov Rüstəm Nizamiyeviç Məmmədov Ceyhun Qalib oğlu Məmmədova Günel İlqar qızı Mikayılov Nurlan Şamil oğlu Nəzərli Nicad Emil oğlu Novruzov Tural Zöhrab oğlu Orucov Nəriman Zakir oğlu Pənahov Fərhad Aydın oğlu Qarayeva Vüsalə Arif qızı Rəcəbov Pərviz Mübariz oğlu Rzayev Fərhad Mühəndis oğlu Rzayev Saleh Valeh oğlu Salmanzadə Fuad Səməd oğlu Səttərov Fəxri Rasim oğlu Tağıyev Anar Yusif oğlu Vəlizadə Pərviz Elşən oğlu Yolçuyev Nihad Qüdrət oğlu Zeynallı Fidan Natiq qızı Azərbaycan Respublikasının Təhsil Nazirliyi adları qeyd olunan şəxsləri təbrik edərək, onların xarici ali təhsil müəssisələrini yüksək akademik göstəricilərlə başa vuracaqlarına və əldə etdikləri bilik və bacarıqlardan ölkəmizin davamlı inkişafı naminə səmərəli istifadə edəcəklərinə ümid edir. Digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkəmizin “qara qızıl”ının insan potensialının gücləndirilməsinə yönləndirilməsi istiqamətində ən önəmli təşəbbüslərdən biri olmaqla yanaşı, dövlətin gənc kadrların formalaşdırılması məqsədilə onların xaricdə təhsilinə böyük məbləğdə vəsait yatırılması yönündə dünyada mövcud olan nadir layihələrdən biridir.
08/07/2015 16:52
İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər, əsasən yaşadıqları rayonlarda ümumtəhsil məktəblərində işlə təmin olunma, bir təhsil müəssisəsindən digərinə köçürülmə, məktəb binalarının təmiri, təhsil haqqından azad olunma, xaricdə təhsil, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil və digər məsələlərlə əlaqədar olmuşdur. Həmçinin, yerli təhsili idarəetmə orqanları rəhbərlərinin fəaliyyəti barədə vətəndaşların şikayətləri ilə bağlı müvafiq araşdırmalara başlanılmışdır. Qəbulda 149 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir.
08/07/2015 16:52
İyulun 29-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olmuşdur.
Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilmişdir. Görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilmişdir. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər. Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilmiş, nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının rəhbərlərinə tapşırıqlar verilmişdir. Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur.
08/07/2015 16:52
İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili cənab Volfqanq Mössinger ilə görüşlər keçirmişdir.
Hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilmişdir.
08/07/2015 16:52
Avqustun 3-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk 41 tələbə ilə görüşmüşdür.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulamış və dövlətimizin gənclərə göstərdiyi etimadı tam şəkildə doğruldacaqlarına ümidvar olduğunu bildirmişdir. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan təhsil naziri onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Mikayıl Cabbarov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulmuşdur. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan təhsil naziri hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir qeyd etmişdir ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk 41 tələbə təhsilini Böyük Britaniya (14 nəfər), Türkiyə (9 nəfər), Kanada (6 nəfər), İsveçrə (6 nəfər), Avstraliya (2 nəfər), Fransa (1 nəfər), Litva (1 nəfər), İsveç (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (16 nəfər), magistratura (16 nəfər), rezidentura (8 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində davam etdirəcəklər. Onu da qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 15 avqust tarixilərini əhatə edir. Avqustun 2-ə qədər 828 nəfər elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan keçmişdir. Sənədləri qaydasında olmadığı üçün qəbul olunmayan 80 nəfər sənədlərini müvafiq qaydada tamamladıqdan sonra 15 avqust tarixinə qədər yenidən Təhsil Nazirliyinə müraciət edə bilərlər. Artıq 374 namizədlə müsahibələr aparılmış və onlardan 93-ü müsahibə zamanı müsbət rəy ala bilməmişdir. Sənədləri qəbul olunmuş namizədlərlə müsahibələr davam etməkdədir. Ötən illərdən fərqli olaraq, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur. Dövlət Proqramına sənəd vermiş digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə də mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 namizəd barədə müsbət qərar vermişdir.
Həmin tələbələr təhsilini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompüter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarəedilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər. Azərbaycan Respublikasının Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların dövlətimiz tərəfindən göstərilən yüksək etimadı doğruldacaqlarına, təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümid edir. Qeyd edək ki, 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu 15 avqust 2013-cü il tarixinə kimi davam edəcəkdir. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 29 namizədin siyahısı: 1. Abdullayev Murad Nizami oğlu 2. Abuzərli Fərid Zaid oğlu 3. Ağayev Rauf İbrahim oğlu 4. Bağırov Rasim Fikrət oğlu 5. Balayev Bəhruz Süleyman oğlu 6. Cavadov Əsgər Telman oğlu 7. Cəfərli İlkin İdris oğlu 8. Cəfərli Nicat Etibar oğlu 9. Cəmilov Rüstəm Məhəmməd oğlu 10. Əhmədova Natəvan Tofiq qızı 11. Əzizov Bəhruz Qüdrət oğlu 12. Hacıyev Cəlal Cümşüd oğlu 13. Həsənli Eldar Elgiz oğlu 14. Məmmədli Azər Adilxan oğlu 15. Musayev Kənan Mehman oğlu 16. Mustafaoğlu Abbas Faxrəddin oğlu 17. Puçaxov Nurlan Süleyman oğlu 18. Qara Əli Seyfəddin oğlu 19. Quliyev Alim Məqsəd oğlu 20. Quliyev Toğrul Emin oğlu 21. Rəsulova Nigar Tofiq qızı 22. Səfərova Vüsalə Faiq qızı 23. Süleymanlı Fərahim Məzahir oğlu 24. Teymurov Emil Kamal oğlu 25. Vəliyev Azad Əhliman oğlu 26. Vəliyeva Tinatin Tariyel qızı 27. Vəlizadə Fizuli Azad oğlu 28. Xəlilov Rəşad Bədrəddin oğlu 29. Xəlilov Şahin Rövşən oğlu
08/07/2015 16:52
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcəklər. Əsas məqsədi azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək olan Dövlət Proqramına qəbul olunmuş tələbələri təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq. Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrin ölkəmizə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacağına, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklərinə əminliyini ifadə edir. Qeyd edək ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaqdır. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın barələrində müsbət qərar verdiyi daha 24 namizədin siyahısı: 1. Abdullayev Əli Ceyhun oğlu 2. Ağayev Vüqar Rakif oğlu 3. Bayramov Elşən Arif oğlu 4. Bayramov Orxan Asəf oğlu 5. Cəfərov Ramin Muxtar oğlu 6. Cəfərova Leyla Fərhad qızı 7. Əhmədov Əli İsmayıl oğlu 8. Əliyev Ayxan Elxan oğlu 9. Əsgərov İlkin Siyavuş oğlu 10. İbrahimli Rəşid Rahid oğlu 11. İbrahimov Nicat Fuad oğlu 12. İsgəndərov Ceyhun Cəlal oğlu 13. İslamova Xədicə İlham qızı 14. İsmayılov Elçin Aydın oğlu 15. İsmayılov Orxan Qalib oğlu 16. Kərimova Yemən Nizami qızı 17. Mahmudova Fidan Əfqan qızı 18. Mehdiyev Qismət Qiymət oğlu 19. Mustafayeva Könül Ceyhun qızı 20. Qəribli Mahir Toğrul oğlu 21. Şabanov Sənan Çingiz oğlu 22. Sadıqova Nigar Adil qızı 23. Xəlilli Toğrul Azər oğlu 24. Xəlilli Aytac Nazim qızı
08/07/2015 16:52
2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə imtahanlar artıq başa çatmışdır.
Qeyd edək ki, bu tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilmişdir. Vakant yerlərə elektron ərizə verənlərin sayı 18782 nəfər olmuşdur. İyulun 25-dən avqustun 7-dək keçirilən imtahanlarda ümumilikdə 15030 nəfər iştirak etmişdir. İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdır. Test imtahanlarını uğurla başa vuran namizədlər 12-16 avqust 2013-cü il tarixlərində təşkil olunan müsahibədə iştirak edə bilərlər. Bu barədə onların hər birinin şəxsi səhifəsinə məlumat göndərilmişdir. Müsahibənin proqramı isə Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilmişdir. Müsahibə mərhələsi başa çatdıqdan sonra boş qalan vakant yerlərə keçid balı toplamış, lakin işə qəbul olunmamıış şəxslərə 19-21 avqust tarixlərində əlavə yerləşdirmədə iştirak etmək imkanı veriləcəkdir. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola biləcəklər. Hər bir namizədin uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçməsi mümkündür.
08/07/2015 16:52
Avqustun 13-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş 53 tələbə ilə görüşmüşdür.
Görüş zamanı nazir tələbələri təbrik edərək, onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləmişdir. Mikayıl Cabbarov qeyd etmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan təhsil naziri hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulamışdır. Gənclərə Azərbaycanla daim sıx əlaqə saxlamağı tövsiyə edən nazir onların hər birinin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirmişdir. Təhsil naziri gənclərin seçdikləri ixtisaslar üzrə hərtərəfli biliklərə yiyələnməsinin əhəmiyyətinə toxunmuş, onların yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə etmişdir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı