SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 23-də Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron təhsil” və “1 şagird : 1 kompüter” Respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Hər iki müsabiqə üzrə bütün layihələr onlayn qaydada təqdim edilmişdir. Belə ki, iştirakçılar www.musabiqe.edu.az səhifəsindən qeydiyyatdan keçərək öz işlərini müsabiqəyə göndərmişlər. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilmişdir.
“Elektron təhsil” müsabiqəsinin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır.
“Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunmuşdur.
Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur. Qaliblərlə yanaşı, müsabiqədə fərqlənmiş digər 24 iştirakçıya da müxtəlif hədiyyələr verilmişdir.
“1 şagird : 1 kompüter” müsabiqəsinin əsas məqsədi Təhsil Nazirliyi tərəfindən alınmış 200 ədəd netbukun daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir. Yalnız II-VI siniflərdə dərs deyən müəllimlərin qatıldığı müsabiqəyə 206 layihə təqdim edilmişdir.
Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilmişdir. Ekspert komissiyasının seçimi əsasında ikinci mərhələyə buraxılmış 30 layihədən 9-u qalib gəlmişdir.
Müsabiqədə qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyekotrla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl