SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 20-də Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə ərizə qəbulu başa çatmışdır.
Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılmış komissiyalar avqustun 5-dən Nəsimi rayonundakı 42 nömrəli məktəbdə fəaliyyət göstərir. Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur.
Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olmuşdur. Avqustun 20-dək müsahibədən keçirilmiş 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmişdir.
Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır. Bu il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulmuşdur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl