• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılmışdır.

İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatmışdır. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunmuşdur.
Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olmuşdur.
Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha cox olmuşdur. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınmışdır.
İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyul 2013-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur.
21-23 iyul 2013-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcəkdir.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcəkdir. Universitetdə lokal şəbəkə qurulmuş və serverə qoşulmuşdur. 2 imtahan otağında 240 kompüter yerləşdirilmiş, mühafizə və təhlükəsizlik təmin edilmişdir.
Müəllimlərin işə qəbulu üzrə test imtahanları 25 iyul - 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcəkdir. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaqdır.
Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaqdır.


10 il əvvəl