SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul etmişdir.
Qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, bir ali, orta ixtisas və ya ümumtəhsil məktəbindən digərinə köçürülmə, məktəb binalarının təmiri, ali təhsil müəssisələrində təhsil haqqından azad olunma, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalmış şəxslərin təhsillərinin başa vurulması və digər məsələlərlə əlaqədar müraciətlər etmişlər.
96 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmışdır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl