• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 3-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi çərçivəsində görülmüş işlərdən söhbət açıb. Nazir bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq müzakirələr aparılıb və hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu söyləyən təhsil naziri bunun üçün həyata keçiriləcək hazırlıq tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və müvafiq işçi qrupunun yaradılmasının zəruriliyinə toxunub.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və təhsil sahəsindəki qarşılıqlı əlaqələrin əhəmiyyətindən bəhs edib. Peşə təhsili sisteminin yüksək səviyyədə inkişafının sosial-iqtisadi tərəqqi baxımından oynadığı rola toxunan qonaq ölkələrimiz arasındakı əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsində ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanmasının zəruriliyini bildirib. O.Hauzer Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib, layihənin işçi qrupunun yaradılmasından sonra prosesin daha da sürətlənəcəyinə əmin olduğunu söyləyib.
Daha sonra layihənin icrası ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin vaxtında fəaliyyətə başlaması üçün dərsliklərin, tədris proqramlarının hazırlanması, həmin təhsil ocağında çalışacaq müəllimlərin təkmilləşmə kurslarına cəlb olunması ilə bağlı təkliflər səsləndirilib.


10 il əvvəl