SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 8-də Təhsil Nazirliyində xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1997-ci ilin aprelindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub. Misir Mərdanov 2004-cü ildən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) istiqamətində Təhsil Nazirliyinin gördüyü işlərdən söz açıb, ayrı-ayrı illər üzrə statistik məlumatları nəzərə çatdırıb.
2004-cü ildən ötən dövrdə xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş 6982 müraciətdən 5637-nin müsbət həll edildiyini vurğulayan nazir yeni hazırlanan sistemin nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından üstün cəhətlərinə toxunub. Təhsil naziri “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin vətəndaşlar üçün geniş müraciət imkanları açdığını, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət etdiyini bildirib.
Sonra xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi təqdim olunub, sistemin imkanları barədə ətraflı məlumat verilib.
Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin işinin səmərəli təşkili üçün müvafiq təklif və tövsiyələr səsləndirilib, müraciətlərə baxılması üzrə elektron xidmətin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacağına əminlik ifadə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl