• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 8-də İsmayıllı rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü tədris ilinə həsr olunmuş sentyabr konfransı keçirilib.

Konfransda təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucov konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Rayon təhsili haqqında statistik məlumatları nəzərə çatdıran R.Orucov son illər rayonda tikilən yeni məktəblər, 2011-2012-ci dərs ilində əldə olunanan uğurlar, kadrlara olan ehtiyac, şagirdlərin fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə iştirakı, qəbul imtahanlarındakı göstəricilər və sair məsələlər barədə ətraflı məlumat verib.
Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək respublikamızda həyata keçirilən təhsil islahatlarından, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açıb. N.Ələkbərov son illər rayonda aparılan quruculuq işlərindən danışıb, respublikamızın digər bölgələrində olduğu kimi İsmayıllıda da infrastrukturun yenilənməsinin, yeni yolların çəkilməsinin və müasir tələblərə cavab verən sosial obyektlərin inşa olunmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Misir Mərdanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarından söz açıb, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər imzalanmış Dövlət Proqramlarının əhəmiyyətinə toxunub. Dövlət tərəfindən təhsilə ayrılan maliyyə vəsaitlərinin ilbəil artırılmasını yüksək dəyərləndirən nazir Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya olunduğunu bildirib.
Misir Mərdanov respublika üzrə təhsil sahəsindəki bir sıra statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb. Son illər İsmayıllı təhsilində əldə olunanan uğurları yüksək qiymətləndirən nazir rayonun təhsil sahəsindəki nəticələrinin digər rayonlarla müqayisədə daha yaxşı olduğunu qeyd edib. “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində rayon pedaqoji ictimaiyyətinin fəal iştirakını təqdirəlayiq hal kimi səciyyələndirən Misir Mərdanov qazanılan uğurların davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Təhsil naziri əldə olunan nailiyyətlərlə yanaşı, mövcud olan problemlərə də toxunub, qarşıda duran vəzifələrlə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.
Daha sonra tədbirdə digər şəxslərin çıxışları dinlənilib.


10 il əvvəl