• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.
Konfransı giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq iştirakçıları salamlayıb, təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik edib.
Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev rayon məktəblərinin fəaliyyətindən danışıb və ali məktəblərə qəbul imtahanlarında ayrı-ayrı məktəblər üzrə abituriyentlərin göstərdiyi nəticələri diqqətə çatdırıb. T.Əliyev qeyd edib ki, ötən dərs ilində rayon üzrə orta məktəbi bitirən məzunların 45 faizi ali məktəblərə qəbul olunub.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Şuşa rayon təhsil müəssisələri ilə əlaqələrindən söz açıb və BSU-da oxuyan tələbələrin gələcəkdə bu məktəblərdə pedaqoji təcrübə keçmələrinin nəzərdə tutulduğunu qeyd edib.
Baş nazirin müavini, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın rayonlarına, o cümlədən Şuşa rayon təhsil işçilərinə göstərilən dövlət qayğısından danışıb.
Təhsil naziri Misir Mərdanov Şuşa rayon təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibəti ilə təbrik edib və yeni dərs ilində onlara daha böyük uğurlar arzulayıb. Misir Mərdanov Şuşa rayon məktəblərində təhsil islahatlarının həyata keçirilməsi baxımından mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiq edildiyini nəzərə çatdırıb. Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının təzahürü kimi səciyyələndirən nazir ölkəmizin sürətli inkişafı sayəsində daha böyük uğurların qazanılacağına inamını ifadə edib.
Sonra Şuşa rayon təhsil müəssisələrində çalışan bir qrup müəllimə Təhsil Nazirliyinin Fəxri fərmanı və «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı təqdim olunub, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlara Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verilib.


10 il əvvəl