SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ifa üzrə I respublika müsabiqəsinə yekun vurulub.
Qeyd edək ki, Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli, 1698 nömrəli əmri ilə keçirilmiş müsabiqənin kollecdaxili və zona mərhələlərinə yüzlərlə tələbə qatılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında musiqiyə, şeirə olan marağı artırmaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaqdan ibarət olub.
Müsabiqənin respublika mərhələsinin münsiflər heyətində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, uşaq yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri təmsil olunublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl