• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 19-da Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Gəncə Humanitar Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.
İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üzrə Akkreditasiya komissiyasının sədri Fəxriyyə Kərimova bu təhsil müəssisəsində tədrisin təşkili vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələri ilə tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə məlumat verib.
Gəncə Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Aybəniz Əhmədova bu təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim edib. O, kollecin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün komissiyanın təklif və tövsiyələrini diqqətə çatdırıb.
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Gültəkin Əliyeva iclas iştirakçılarını kollecin ümumi fəaliyyəti və komissiyanın gəldiyi qənaətlə tanış edib.
Sonra hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.
İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsi məsələsinə toxunub.
Akkreditasiya komissiyasının iclasında hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə cavab verdiyi nəzərə alınaraq, onların fəaliyyəti “kafi” qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.


10 il əvvəl