SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 6-da təhsil naziri Misir Mərdanov “Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki, satış üzrə meneceri Mətin Tunç ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra “Tomson Röyters” Agentliyinin fəaliyyətinə ölkəmizdə böyük maraq olduğunu vurğulayıb. Nazir bu agentliklə əməkdaşlığın yaradılmasının Azərbaycanda elmin inkişafı və onun beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyəti olacağına inamını ifadə edib. Misir Mərdanov mövcud istiqamətdə əlaqələrin yaradılması təklifini irəli sürərək bu işin müvafiq qurumlarla birgə aparılmasının məqsədəuyğunluğunu vurğulayıb.
“Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təmsil olunduğu agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən qonaq deyib ki, “Tomson Röyters” Agentliyinin məlumat bazasından dünyanın 100-dən artıq ölkəsində istifadə edilir. Devid Horki onu da əlavə edib ki, dünyanın nüfuzlu universitetlərinin reytinqinin müəyyənləşdirilməsində də məhz bu agentliyin məlumat bazasına istinad edilir. Qonaq bu bazada impakt faktoru olan elmi jurnalların, beynəlxalq konfranslar və patentlər barədə məlumatların yer aldığını diqqətə çatdırıb. Eyni zamanda Devid Horki birgə əməkdaşlığın yaradılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını bildirib.
“Tomson Röyters” Agentliyinin satış üzrə meneceri Mətin Tunç Türkiyə Respublikasında 2001-ci ildən başlayaraq bu sahədə müvafiq iş aparıldığını deyib və qeyd olunan agentliyin məlumat bazasından istifadənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yüksək elmi potensialın olduğundan söz açan qonaq ölkəmizdə elm və texnologiyanın inkişafına verilən önəmdən danışıb.
Sonra təhsil naziri Misir Mərdanov “Tomson Röyters” Agentliyinin məlumat bazasından istifadə edilməsi hüququnun əldə olunması üçün müvafiq layihə sənədinin hazırlanmasının və bir sıra qurumlarla birgə həmin layihəyə baxılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə “Tomson Röyters” Agentliyinin məlumat bazasından gələcəkdə istifadə istiqaməti və imkanları barədə fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl