SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 3-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Kollegiya iclasında “İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının icrası”, “2008-2011-ci illərdə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri”, “2010-2011-ci dərs ilində keçirilən buraxılış imtahanlarının və Milli qiymətləndirmənin yekunları”, “2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı”, “2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili” və digər məsələlər müzakirə edilib.
Kollegiya iclasında təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov “İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində görülmüş işlər, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri, mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanları və Milli qiymətləndirmənin yekunları, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı, 2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili, ümumtəhsil məktəblərinin istiliklə təminatı, yaş senzi ilə əlaqədar həyata keçirilmiş tədbirlər, pedaqoji işçilərinin dərs yükü normalarının müəyyənləşdirilməsi, dərslik hazırlığı, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, tam orta təhsilin təmayüllər üzrə təşkili və bir sıra digər məsələlərdən bəhs edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl