SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrin uğurla davam etdiyini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdığını qeyd edən təhsil naziri Azərbaycan təhsilində baş verən irəliləyişlər haqqında ətraflı məlumat verib. Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində həyata keçirilmiş yeni fənn kurikulumlarının tətbiqi, məktəbəqədər təhsil kurikulumu layihəsinin hazırlanması, ixtisasartırma, ibtidai sinif müəllimləri üçün yeni kurikulum üzrə keçirilmiş təlimlər, beynəlxalq və milli qiymətləndirmə, təhsili idarəetmə orqanlarında aparılmış struktur dəyişiklikləri, müəllimlərin işə qəbulu qaydaları və Dünya Bankı ilə birgə reallaşdırılan digər layihələrdən söz açıb. Təhsil naziri son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Nazir Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu və bir sıra istiqamətlər üzrə nəzərdə tutulan layihələrin icrasının intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə daim qayğı ilə yanaşdığını bildirən Misir Mərdanov son illərdə 2000-dən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini, tədris ocaqlarının maddi-texniki təchizatının nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını vurğulayıb. Nazir təhsilin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və proqramlar çərçivəsində olduqca əhəmiyyətli işlərin görüldüyünü nəzərə çatdırıb. Təhsil naziri həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alam təhsil sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq təhsil sektorunda həyata keçirilən bütün layihələrin uğurla nəticələndiyini bildirib. Yaxın zamanlarda nəzərdə tutulmuş digər layihələrin də reallaşdırılacağına inamını ifadə edən Əsəd Alam Dünya Bankının bundan sonra da birgə əməkdaşlıq çərçivəsində Azərbaycana hər cür kömək etməyə hazır olduğunu nəzərə çatdırıb. Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın əsas istiqamətləri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
08/07/2015 16:52
Mayın 26-da Təhsil Nazirliyində ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov çıxış edərək qaliblərə təbriklərini çatdırıb, onlara yeni-yeni uğurlar arzulayıblar. Müsabiqədə I, II və III yerlərə layiq görülmüş tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən bu ilin aprelində keçirilmiş ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii-yaradıcılıq festivalına özfəaliyyət kollektivləri və tək ifaçılar qatılıblar. Müsabiqə gənclərin vətənpərvərlik ruhunu yüksəltmək və milli irsimizə bağlılığını artırmaq, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq baxımından mühüm əhəmiyyətə malikdir.
08/07/2015 16:52
Mayın 27-də Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş tələbələrin XVI Respublika fənn olimpiadasının II turunun açılış mərasimi olub.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə mərasim iştirakçılarını 28 May – Respublika günü münasibətilə təbrik edib. Müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin strateji siyasi kursu sayəsində Azərbaycanın indiki inkişaf səviyyəsinə yüksəldiyini vurğulayan nazir ulu öndərin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən söz açıb. Azərbaycanda kifayət qədər istedadlı gənclərin olduğunu bildirən Misir Mərdanov azərbaycanlı tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərində uğurla təhsil aldığını nəzərə çatdırıb. Son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün lazımi şərait yaradıldığını söyləyən nazir ölkə başçısının rəhbərliyi ilə xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlər barədə geniş danışıb, bütün bunların Azərbaycan təhsilinin tərəqqisinə və gənclərə göstərilən qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Təhsil naziri olimpiadanın ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini nəzərə çatdırıb. Misir Mərdanov fənn olimpiadasına marağın ilbəil artdığına diqqət çəkib, I turun nəticələrinə görə olimpiadanın yekun turunda 28 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsindən 684 tələbənin iştirak etmək hüququ qazandığını qeyd edib. Nazir bildirib ki, olimpiadaya Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil müəssisələri də qatılıb. Misir Mərdanov olimpiadanın yekun turunda tələbələrin 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlarını qeyd edib. Təhsil naziri çıxışının sonunda XVI Respublika fənn olimpiadasının keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, bilik yarışına qatılmış tələbələrə uğurlar arzulayıb. Sonra təhsil nazirinin müavini İradə Hüseynova XVI Respublika fənn olimpiadasının təşkilati məsələləri ilə bağlı məlumat verib. Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev, Bakı Slavyan Universitetinin prorektoru Məmməd Əliyev tələbələrin fənn olimpiadasının əhəmiyyəti barədə fikirlərini bildirib və son illər təhsil sahəsində qazanılmış nailiyyətlərdən söz açıblar. Ali məktəb tələbələri belə bir möhtəşəm bilik yarışmasının təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Açılış mərasimindən sonra ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının II turuna start verilib. Onu da qeyd edək ki, olimpiadanın qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən hədiyyələr, pul mükafatları və diplomlar təqdim olunacaq.
08/07/2015 16:52
İyunun 2-də təhsil naziri Misir Mərdanov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən səfir Aleksandr Mişşenko Azərbaycan təhsilinin inkişafı və əldə olunmuş müsbət təcrübə barədə məlumatı olduğunu qeyd edib. Ölkəsinin ali məktəbləri haqqında ətraflı məlumat verən Aleksandr Mişşenko Ukrayna universitetlərinin bir çox ixtisaslar üzrə kadr hazırlığı baxımından qazandığı nailiyyətləri qeyd edib, müvafiq sahədə əməkdaşlığın məqsədəuyğunluğunu önə çəkib. Azərbaycan və Ukrayna ali məktəbləri arasındakı qarşılıqlı əlaqələrə toxunan səfir bu baxımdan Bakı Slavyan Universitetinin rolunu xüsusi olaraq diqqətə çatdırıb. Təhsil işçilərinin qarşılıqlı səfərlərinin təşkili məsələsindən söz açan Aleksandr Mişşenko qeyd olunan istiqamətdə bir sıra təkliflərini irəli sürüb. Azərbaycanda orta təhsil sahəsində aparılan islahatların tədrisin keyfiyyətinin yüksəlməsində özünü büruzə verdiyini vurğulayan qonaq Bakı Avropa Liseyinin iş təcrübəsini xüsusilə təqdir edib, bu tədris ocağının ən yüksək meyarlara cavab verdiyini bildirib. Misir Mərdanov ali məktəblər arasında daha sıx əlaqələrin yaradılması üçün geniş imkanların olduğunu vurğulayıb və azərbaycanlı gənclər üçün Ukrayna universitetlərinin doktorantura pilləsində təhsil imkanlarının yaradılmasının daha məqbul hesab edildiyini önə çəkib. Nazir orta təhsil müəssisələri arasında da əlaqələrin qurulmasının və qarşılıqlı səfərlərin səmərəli olacağını bildirib. Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq təkliflər irəli sürülüb.
08/07/2015 16:52
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə elan olunmuş müsabiqə üçün elektron ərizə qəbulu başlanılıb
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə aşağıdakı ixtisaslar üzrə qəbul olunanların sənəd qəbulunu elan edir: - informasiya texnologiyaları; - mühəndislik; - neft sənayesi; - tibb; - riyaziyyat; - fizika; - biologiya; - kimya; - ekologiya; - kənd təsərrüfatı; - turizm; - mühasibat uçotu. Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət (şərtsiz) almış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd); 7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 9. tərcümeyi-hal (CV) 10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 11. şəxsiyyət vəsiqəsinin surəti 12. ümumvətəndaş pasportunun surəti *Qeyd. 2010-2011-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər. II. Magistratura, ordinatura, aspirantura, elmlər namizədi, rezidentura və elmlər doktoru dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində təhsil alanlar üçün təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə məktubları (xaricdə təhsilin alan və ya işləyənlər üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr və ya elmlər namizədi diplomlarının əlavələrlə birlikdə surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 10. elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı; 11. tərcümeyi-hal (CV) 12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 13. şəxsiyyət vəsiqəsinin surəti 14. ümumvətəndaş pasportunun surəti Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sMüsabiqədə iştirak etmək istəyənlər ənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir. Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır. Müraciət üçün son müddət 20 avqust 2011-ci il. Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00 (daxili: 164; 260; 179) 2011-2012-ci TƏDRİS İLİ ÜÇÜN ELEKTRON ƏRİZƏ
08/07/2015 16:52
İyunun 7-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Junun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Öncə qonaqları səmimi salamlayan nazir onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən söz açan Misir Mərdanov təhsil sahəsində də yaradılmış əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Nazir Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən Bakı şəhərində “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə işlərin artıq yekun mərhələdə olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycanın peşə təhsili sisteminin müasir standartlar səviyyəsində təşkili və yaxın gələcəkdə sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi baxımından yaradılacaq Peşə Tədris Mərkəzinin xüsusi rolu olacağını qeyd edib. Təhsil naziri layihənin əhəmiyyətini və vacibliyini vurğulayaraq müvafiq sahədə aparılan işlərdən razılığını ifadə edib. Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Jun səmimi qəbula, layihəyə göstərilən maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Janq-su Jun koreyalı mütəxəssislərin müvafiq layihənin həyata keçirilməsi üzrə Azərbaycana bir neçə dəfə səfər etdiklərini və inşa ediləcək tədris kompleksi ilə bağlı ətraflı təhlillər aparıldığını qeyd edib. Daha sonra layihənin reallaşdırılması istiqamətində bir sıra müvafiq qurumlarda görüşlər keçiriləcəyini diqqətə çatdıran qonaq çıxışında bununla əlaqədar imzalanacaq müqavilə üzrə məsələlərə də toxunub, lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Təhsil naziri Misir Mərdanov layihənin uğurla həyata keçirilməsinə böyük önəm verdiyini qeyd edərək, göstərilən dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Görüşdə “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin reallaşdırılmasının iki ölkə arasında mövcud olan əlaqələrin inkişafına əlverişli zəmin yaradacağı vurğulanıb, müvafiq layihə üzrə imzalanacaq müqavilə sənədinin əhəmiyyəti nəzərə çatdırılıb.
08/07/2015 16:52
2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri məlum olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.01.2008-ci il tarixli Kollegiya qərarına, Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin «Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi» altkomponentinin icra planına əsasən 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, ilk növbədə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlər (365 yer) müəyyənləşdirilib, elektron ərizə forması, hər bir müəllimin müvafiq göstəriciləri və onların qiymətləndirilmə meyarları hazırlanıb, müəllimlərin işə qəbulu üzrə yeni reqlamentlər təsdiq olunub. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə Müsabiqə Komissiyası yaradılıb. Nazirliyin internet saytında açılan «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsində Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər, elektron ərizə forması və müəllimlərin işə qəbulu ilə bağlı reqlamentlər yerləşdirilib. Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2 147 müəllim elektron ərizə verib. Ən çox ərizə ingilis dili (570 nəfər), ibtidai sinif (467 nəfər), Azərbaycan dili və ədəbiyyat (235 nəfər), riyaziyyat (189 nəfər) ixtisasları üzrə daxil olub. Müsabiqənin birinci mərhələsində təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib. Bu mərhələdə ixtisası, sənədləri reqlamentlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin sentyabrın 10-u, 11-i, 16-sı və 18-də keçirilən ikinci mərhələsində 1044 nəfər iştirak edib. İxtisaslardan və iştirakçıların sayından asılı olaraq namizədlərlə müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilən keçid balını toplayan müəllimlər ixtisasları üzrə seçdikləri məktəblərə işə qəbul olunublar. Onu da qeyd etmək lazımdır ki, nəticələr hər bir fənn üzrə müsabiqə keçiriləndən bir saat sonra namizədlərə elan edilib. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı Nazirliyin internet saytında və Azərbaycan təhsil portalında yerləşdirilib, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Nazirliyin müvafiq məktubları göndərilib. Onu da qeyd edək ki, yaxın vaxtlarda Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə yeni müsabiqə elan ediləcəkdir. 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri
08/07/2015 16:52
İyunun 10-da Təhsil Nazirliyində “Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat dinlənilib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bu yaxınlarda Bakıda keçirilmiş YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasının əhəmiyyətindən söz açıb. Nazir Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasının YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirildiyini bildirib. Azərbaycana gəlmiş YUNESKO-nun baş direktor müavini, Sosial və Humanitar Sektorun rəhbəri xanım Pilar Alvares-Lason ilə Təhsil Nazirliyində keçirilmiş görüşdə müzakirə olunmuş məsələləri nəzərə çatdıran Misir Mərdanov son zamanlar AMEA-nın İnsan Hüquqları İnsitutunun rəhbərliyi və müvafiq sahə üzrə məşğul olan əməkdaşları ilə Azərbaycanda bioetikanın tədrisinin təşkili məsələləri barədə dəfələrlə müzakirələrin aparıldığını qeyd edib. Nazir bildirib ki, bioetikanın tibbi və sosial-humanitar elmlərin tədrisində əhəmiyyətini nəzərə alaraq bir sıra ali məktəblərdə müvafiq kafedraların yaradılması, doktorantura səviyyəsində bioetikanın yeni ixtisas kimi təsdiq olunması nəzərdə tutulur. “Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat-məruzə ilə çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosunun rəhbəri Vüqar Məmmədov bioetikanın insanın təbabət və biologiya, yeni texnologiyaların tətbiqi sahəsindəki fəaliyyətinin mənəvi tərəfləri haqqında elm olduğunu söyləyib. 1993-cü ildən etibarən YUNESKO tərəfindən Bioetika Proqramının reallaşdırıldığını bildirən direktor müavini YUNESKO-nun bioetika kafedralarının fəaliyyəti və vəzifələri barədə geniş məlumat verib. Mütəxəssislər, geniş ictimaiyyət və digər qruplar üçün bioetika üzrə maariflənmənin yüksəldilməsi, bu sahədə universitetlərlə YUNESKO arasında əməkdaşlığın genişləndirilməsi və tədris prosesinin təşkili baxımından müvafiq kafedraların fəaliyyətinin əhəmiyyətini vurğulayan Vüqar Məmmədov Bioetika və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin əsas prinsiplərindən bəhs edib. YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosunun rəhbəri qeyd edib ki, ölkəmizin sürətli iqtisadi inkişafı, regionda lider dövlətə çevrilməsi, yeni texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi Azərbaycanda bioetikanın aktuallığını daha da artırır. YUNESKO-nun MDB üzrə analitik icmalını diqqətə çatdıran Vüqar Məmmədov Azərbaycanda bioetika sahəsində həyata keçirilən işlər haqqında məlumat verib. YUNESKO-nun Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşrinin və bir sıra digər tədbirlərin reallaşdırılmasının nəzərdə tutulduğunu söyləyən direktor müavini bioetika üzrə yeni etik çağırışlar və tədqiqat sahələrinin əhatə etdiyi məsələlərə toxunub. Sonra mövzu ilə bağlı suallara aydınlıq gətirilib, bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparılıb. AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva belə bir səmərəli tədbirin keçirilməsinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Bioetikanı insan hüquqlarının tərkib hissələrindən biri kimi səciyyələndirən millət vəkili İnsan Hüquqları İnstitutu üçün yeni istiqamət olan bu sahənin ölkəmizdə maraqla qarşılandığını nəzərə çatdırıb. Geni modifikasiya olunmuş qida məhsulları, tibbi hüquq və bioetika (transplantologiya) haqqında fikirlərini bildirən direktor bu sahədə müasir dünya təcrübəsindən istifadənin zəruriliyini konkret misallarla önə çəkib. Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, Azərbaycan Tibb Universitetinin dosenti Gülnarə Səfərova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Ədalət Fərəcov ali məktəblərdə bioetikanın tədris olunmasının əhəmiyyətindən söhbət açıb, bunun müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı işinə müsbət təsir göstərəcəyinə əminliklərini ifadə ediblər. Təqdimatın və səsləndirilən digər fikirlərin maraqlı olduğunu bildirən təhsil naziri Misir Mərdanov bioetika sahəsində Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin zəruriliyini vurğulayıb. Müvafiq inkişaf proqramının hazırlanmasını vacib hesab etdiyini söyləyən nazir deyib ki, bioetikanın tədrisinə ali məktəblərdən başlanılsa da, daha sonra bu, bütün təhsil sistemini əhatə edə bilər. Bioetikanı tədris edəcək mütəxəssislərin əlavə təhsil qaydaları çərçivəsində hazırlanmasının məqsədəuyğunluğunu önə çəkən təhsil naziri müvafiq tövsiyələrini verib, növbəti tədris ilinə qədər bu baxımdan görüləcək işləri nəzərə çatdırıb.
08/07/2015 16:52
Ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin yeni elektron versiyası – virtual qəzet oxucuların istifadəsinə verilib.
Artıq istifadəçilər http://www.muallim.edu.az saytına daxil olaraq qəzetə tam görünüşdə baxa, səhifələyə və istədiyi səhifəni böyüdərək oxuya bilərlər. Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni elektron versiya qəzetdəki informasiyalarla tam tanış olmağa, bütün məlumatları izləməyə, ayrı-ayrı məqalə və sənədləri olduğu kimi görməyə imkan verir. Qəzetin saytında materiallar bölmələr üzrə yerləşdirildiyindən məqalələri oxumaq üçün onları tək-tək axtarmaq zərurəti yaranırdısa, yeni virtual qəzetdə bütün səhifələr göz önündədir. Yeni virtual qəzet “Elektron Azərbaycan” Dövlət Proqramı və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Təhsil Nazirliyində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi yaradılıb. Azərbaycanın mətbuat tarixində ilk dəfə belə bir mütərəqqi yeniliyə imza atan “Azərbaycan müəllimi” qəzetinin bu addımı yalnız geniş oxucu auditoriyasının, çoxminli təhsil işçilərinin, şagird və tələbələrin daha rahat informasiya almaq imkanlarının artırılması, təhsil sahəsində həyata keçirilən islahatların, qazanılmış uğurların ictimaiyyətə çatdırılması yollarının genişləndirilməsi məqsədlərinə xidmət edir.
08/07/2015 16:52
İyunun 11-də Təhsil Nazirliyində Bakı şəhərinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyalarının (VMA) fəal üzvləri ilə görüş keçirilib.
Görüşdə Təhsil Nazirliyi aparatının rəhbərliyi və şöbə müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov VMA üzvləri ilə vaxtaşırı keçirdiyi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda ölkəmizin təhsil sistemində həyata keçirilən islahatların, eləcə də bu sahədə çalışanların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməkdir. Bu baxımdan məktəb-valideyn münasibətlərinin qarşılıqlı əməkdaşlığa əsaslanmasının vacibliyini vurğulayan təhsil naziri son illər müvafiq sahədə bir sıra zəruri addımlar atıldığını, qabaqcıl dünya təcrübəsinin öyrənilərək tətbiq olunduğunu diqqətə çatdırıb. Hazırda ölkəmizdəki 4500-dən artıq ümumtəhsil məktəbinin 1480-də Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyət göstərdiyini vurğulayan Misir Mərdanov bir sıra təhsil ocaqlarında məktəb direktorlarının VMA-ların işinə açıq müdaxilə etməsindən təəssüfləndiyini bildirib. Təhsil naziri nəzərə çatdırıb ki, VMA-ların əsas məqsədi valideynləri məktəblə daha sıx əməkdaşlığa cəlb etmək, müəllimlərin seçilməsində, dərs bölgüsündə, dərs cədvəlinin tərtibində, məktəbə şagirdlərin qəbulunda təhsil ocaqlarına yardımçı olmaqdır. Sonra IX və XI siniflərdə buraxılış imtahanları ilə bağlı valideynlərin qaldırdıqları və Milli VMA tərəfindən ümumiləşdirilmiş təkliflərə münasibət bildirən nazir qeyd edilənlərin həlli vacib məsələlər olduğunu diqqətə çatdırıb. Misir Mərdanov, həmçinin bir sıra VMA üzvlərinin buraxılış imtahanlarına nəzarətçi qismində cəlb olunması təklifini irəli sürüb və bu istiqamətində Milli VMA ilə birlikdə iş aparılması üçün nazirliyin müvafiq şöbəsinə tapşırıqlarını verib. Təhsil naziri ölkənin bir sıra ümumtəhsil məktəblərində fəaliyyət göstərən VMA-ların fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırıb. Misir Mərdanov fəal VMA üzvləri olan valideyn və müəllimlərin bir qrupunun Təhsil Nazirliyinin Fəxri fərmanları və «Qabaqcıl təhsil işçisi» döş nişanları ilə təltif olunduğu haqda məlumat verib. Sonra nazir təltif olunanların adlarını açıqlayıb, layiq görüldükləri mükafatları onlara təqdim edib. Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova çıxış edərək, onların təklifinə diqqətlə yanaşıb növbəti dəfə valideynlərlə görüşə vaxt ayırdığı üçün təhsil nazirinə minnətdarlığını bildirib. Artıq ikinci ildir ki, VMA üzvü olan valideynlərin orta məktəblərin buraxılış imtahanlarında iştirak etdiyini söyləyən T.Şərifova bunu imtahanların obyektiv keçməsi, imtahan rəhbərləri və nəzarətçilərin öz işlərinə daha məsuliyyətlə yanaşması baxımından müsbət dəyərləndirib. Tədbirdə «Zəngi» liseyinin VMA-nın prezidenti Vüqar Rəhimzadə, Bakıdakı 18 nömrəli məktəbin VMA üzvü Elxan Qasımov, 190 nömrəli məktəbin VMA-nın prezidenti Ələkbər Məmmədov və başqaları çıxış edərək belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda VMA-ların gördükləri işlərdən söz açılıb, təklif və tövsiyələr səsləndirilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı