SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da Təhsil Nazirliyində ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov çıxış edərək qaliblərə təbriklərini çatdırıb, onlara yeni-yeni uğurlar arzulayıblar.
Müsabiqədə I, II və III yerlərə layiq görülmüş tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən bu ilin aprelində keçirilmiş ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii-yaradıcılıq festivalına özfəaliyyət kollektivləri və tək ifaçılar qatılıblar. Müsabiqə gənclərin vətənpərvərlik ruhunu yüksəltmək və milli irsimizə bağlılığını artırmaq, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq baxımından mühüm əhəmiyyətə malikdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl