• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 11-də Təhsil Nazirliyində Bakı şəhərinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyalarının (VMA) fəal üzvləri ilə görüş keçirilib.

Görüşdə Təhsil Nazirliyi aparatının rəhbərliyi və şöbə müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov VMA üzvləri ilə vaxtaşırı keçirdiyi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda ölkəmizin təhsil sistemində həyata keçirilən islahatların, eləcə də bu sahədə çalışanların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməkdir. Bu baxımdan məktəb-valideyn münasibətlərinin qarşılıqlı əməkdaşlığa əsaslanmasının vacibliyini vurğulayan təhsil naziri son illər müvafiq sahədə bir sıra zəruri addımlar atıldığını, qabaqcıl dünya təcrübəsinin öyrənilərək tətbiq olunduğunu diqqətə çatdırıb.
Hazırda ölkəmizdəki 4500-dən artıq ümumtəhsil məktəbinin 1480-də Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyət göstərdiyini vurğulayan Misir Mərdanov bir sıra təhsil ocaqlarında məktəb direktorlarının VMA-ların işinə açıq müdaxilə etməsindən təəssüfləndiyini bildirib. Təhsil naziri nəzərə çatdırıb ki, VMA-ların əsas məqsədi valideynləri məktəblə daha sıx əməkdaşlığa cəlb etmək, müəllimlərin seçilməsində, dərs bölgüsündə, dərs cədvəlinin tərtibində, məktəbə şagirdlərin qəbulunda təhsil ocaqlarına yardımçı olmaqdır.
Sonra IX və XI siniflərdə buraxılış imtahanları ilə bağlı valideynlərin qaldırdıqları və Milli VMA tərəfindən ümumiləşdirilmiş təkliflərə münasibət bildirən nazir qeyd edilənlərin həlli vacib məsələlər olduğunu diqqətə çatdırıb. Misir Mərdanov, həmçinin bir sıra VMA üzvlərinin buraxılış imtahanlarına nəzarətçi qismində cəlb olunması təklifini irəli sürüb və bu istiqamətində Milli VMA ilə birlikdə iş aparılması üçün nazirliyin müvafiq şöbəsinə tapşırıqlarını verib.
Təhsil naziri ölkənin bir sıra ümumtəhsil məktəblərində fəaliyyət göstərən VMA-ların fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırıb. Misir Mərdanov fəal VMA üzvləri olan valideyn və müəllimlərin bir qrupunun Təhsil Nazirliyinin Fəxri fərmanları və «Qabaqcıl təhsil işçisi» döş nişanları ilə təltif olunduğu haqda məlumat verib. Sonra nazir təltif olunanların adlarını açıqlayıb, layiq görüldükləri mükafatları onlara təqdim edib.
Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova çıxış edərək, onların təklifinə diqqətlə yanaşıb növbəti dəfə valideynlərlə görüşə vaxt ayırdığı üçün təhsil nazirinə minnətdarlığını bildirib. Artıq ikinci ildir ki, VMA üzvü olan valideynlərin orta məktəblərin buraxılış imtahanlarında iştirak etdiyini söyləyən T.Şərifova bunu imtahanların obyektiv keçməsi, imtahan rəhbərləri və nəzarətçilərin öz işlərinə daha məsuliyyətlə yanaşması baxımından müsbət dəyərləndirib.
Tədbirdə «Zəngi» liseyinin VMA-nın prezidenti Vüqar Rəhimzadə, Bakıdakı 18 nömrəli məktəbin VMA üzvü Elxan Qasımov, 190 nömrəli məktəbin VMA-nın prezidenti Ələkbər Məmmədov və başqaları çıxış edərək belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda VMA-ların gördükləri işlərdən söz açılıb, təklif və tövsiyələr səsləndirilib.


10 il əvvəl