• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakıdakı 190 nömrəli orta məktəbdə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubilieyi münasibətilə ədəbi–bədii gecə keçirilib.

Mərasimi məktəbin direktoru Afət Bakıxanova açıb. Sonra məktəbin tədris işləri üzrə direktor müavini Qənirə Əmircanova xalq şairinin yaradıcılığından nümunələr təqdim edib. Ədəbi-bədii gecədə şairin şeirləri və tarixi poemaları üzrə səhnələşdirilmiş kiçik parçalar yüksək məharətlə ifa olunub, sözlərinə bəstələnmiş mahnılar dinlənilib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, orta məktəb rəhbərləri xalq şairinin yaradıcılığından söz açıb, yubilyara ən xoş arzularını çatdırıblar.


10 il əvvəl