• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 21-də Xaçmaz rayonunda akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Təhsil Nazirliyinin şöbə müdirləri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Xaçmaz, Abşeron, Quba, Siyəzən, Qusar, Şabran, Xızı rayon təhsil şöbələrinin rəhbərləri, metodistlər və məktəb direktorları iştirak ediblər.
İlk öncə təhsil naziri Misir Mərdanov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Təhsil naziri və qonaqlar rayonun mərkəzində yeni istifadəyə verilmiş Uşaq-Gənclər Şahmat Məktəbinə gəlib, tədris ocağı ilə yaxından tanış olublar.
Sonra konfrans iştirakçıları 8 nömrəli məktəbin qarşısında ucaldılmış akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyub, təhsil müəssisəsinin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb, tədris ocağındakı akademik Zərifə Əliyeva muzeyində olublar. Daha sonra qonaqlar məktəbin riyaziyyat müəllimləri Rəna Nurullayevanın VII sinifdə, Umgülsüm Fətullayevanın isə I sinifdə apardıqları "açıq dərs"lərdə iştirak ediblər.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə gedən dinamik inkişaf prosesindən bəhs edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirən nazir, son illər ərzində bölgələrdə yeni məktəblərin tikilməsinin təqdirəlayiq hal olduğunu bildirib.
Misir Mərdanov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində təhsilimiz yüksək inkişaf mərhələsinə qədəm qoyub. Yeni fənn kurikulumlarının tətbiqi və qarşıda duran bir sıra digər məsələlərdən danışan nazir görülən işlərin davamlı olduğunu, gələcəkdə daha yüksək nailiyyətlərin qazanılacağını vurğulayıb.
Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Elmlər Akademiyyasının müxbir üzvi Vaqif Abbasov və başqaları son illər respublikada aparılan təhsil islahatları haqqında fikirlərini bildiriblər.


10 il əvvəl