• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan və Türkiyənin təhsil nazirləri STEAM Mərkəzinin açılışında

Təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla birlikdə Quba şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak ediblər.   Açılış mərasimindən sonra nazirlər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Emin Əmrullayev türkiyəli həmkarına ölkəmizin ümumi təhsil müəssisələrində icra olunan "STEAM Azərbaycan" layihəsi barədə ətraflı məlumat verib.   Daha sonra ölkəmizin təhsil ictimaiyyəti və ekspertlərin iştirakı ilə “Açıq dərs” təşkil olunub.  Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə start götürüb. Təhsil naziri Emin Əmrullayev və milli təhsil naziri Ziya Selçuk təhsil sahəsinin inkişafı ilə bağlı fikirlərini bölüşüb, gənclərə öz tövsiyələrini veriblər. Hər iki nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Təhsil naziri türkiyəli həmkarı ilə Qubada

Təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk ilə birlikdə Quba şəhərini zıyarət edib.    Ziyarət zamanı nazirlər Quba şəhərinin İqriq kəndində yerləşən Türk əsgərinin məzarlarının önünə gül dəstələri qoyublar. Daha sonra nümayəndə heyəti Azərbaycan-Türkiyə qardaşlıq parkını ziyarət edib.   Səfər çərçivəsində nazirlər Quba Soyqırımı Memorial Kompleksində olublar. Türkiyənin milli təhsil naziri Ziya Səlçuka 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilib.

Prezident Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.   Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verərək dedi:   - Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əslində, Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib. 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada qalıb.   Prezident İlham Əliyev: Bu ərazidə?   Emin Hüseynov: Bəli, bu ərazidə qalıb. Məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılmışdır. İkimərtəbəli bina olub. Amma təqdim olunan layihədə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaqdır.   Prezident İlham Əliyev: Şagirdlərin sayı nə qədər olacaq?   Emin Hüseynov: Məktəb 960 nəfər şagird üçündür.   Prezident İlham Əliyev: Əvvəlki məktəbdə nə qədər olub?   Emin Hüseynov: Əvvəlki məktəbdə az olub, 500 nəfər. Amma indi 960 şagird yerlik olacaq. Eyni zamanda, 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır.   Prezident İlham Əliyev: Çox yaxşı.   X X X   Sonra dövlətimizin başçısı məktəbin təməlini qoydu.   Prezident İlham Əliyev: Xeyirli olsun.       https://president.az/

“Muzeylər və Nizami irsi” virtual beynəlxalq proqram yekunlaşıb

Cari ilin 18-26 may tarixlərini əhatə edən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama yekun vurulub. Proqram Təhsil, Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilib.   “Nizami ili” ilə əlaqədar həyata keçirilən “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək olub.   Proqram çərçivəsində Azərbaycan, həmçinin Rusiya və ABŞ-ın aparıcı muzeylərinə onlayn təqdimat və virtual ekskursiyalar təşkil edilib.   Layihə çərçivəsində muzey işçiləri ilə birgə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyalar təşkil olunub. Virtual eksursiyalara məktəblilər və Bakı şəhəri ilə yanaşı respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri qoşulub.   "Muzeylər və Nizami irsi”  “Muzey həftəsi” pandemiya ilə əlaqədar olaraq onlayn formatda həyata keçirilib.   Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" 2015-ci ildən ənənəvi olaraq keçirilir və layihə əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il  mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə "Muzey həftəsi" keçirilir. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib.   Bu il onlayn platformada keçirilən “Muzeylər və Nizami irsi”  proqramına  700-dən çox məktəbli goşulub və 20000-ə yaxın baxış sayı müşahidə edilib.

Məktəbdənkənar təhsil müəssisələrində Respublika günü

26-27 may 2021-ci il tarixlərində məktəbdənkənar təhsil müəssisələrində 28 may - Respublika gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.   Bu istiqamətdə "Üç rəngli Bayrağımız", “Vətənimsən-Azərbaycan!”, "28 may - Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir", “İstiqlalın sabahına qürurla get, Azərbaycan!” adlı "Açıq qapı" günü, onlayn "dəyirmi masa", konsert proqramı keçirilib, Azərbaycan İstiqlal Muzeyinə virtual tur təşkil edilib.   Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə cümhuriyyət tarixi haqqında məlumat vermək, məktəbliləri respublikamızın mədəniyyəti ilə daha yaxından tanış etmək, onlarda Vətənə, bayrağa, xalqa dərin sevgi və rəğbət hissləri aşılamaq, uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.   Tədbirlərdə dərnək rəhbərləri tərəfindən ustad dərsləri keçirilib, dərnək üzvləri tərəfindən rəsmlər çəkilib, uşaqların ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib, Azərbaycan xalq və bəstəkar mahnıları, muğamları ifa olunub, mərkəzlərin rəqs qrupları müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.   Sonda dərnək üzvləri arasında 28 may – Respublika gününə həsr olunmuş intelektual bilik yarışması keçirilib, qaliblər diplomlarla təltif olunub.   Sözügedən tədbirlərə ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərindən 600-ə yaxın məktəbli qatılıb.  

Yerdəyişmə müsabiqəsinin nəticələri elan edilib

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişmə müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələri açıqlanıb.   5 may tarixindən start verilən müsabiqənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.   Elektron yerləşdirmə zamanı 1841 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlər şəxsi səhifələrinə müvafiq sənədləri yüklədikdən sonra sənədlərin yoxlanılması prosesi həyata keçiriləcək. Müsabiqə iştirakçılarına sənədləri şəxsi səhifələrinə yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

“Qalib müəllim” müsabiqəsinin mükafatlandırma mərasimi

Mayın 27-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.    Mərasimdə təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk iştirak edib.    Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Vətən müharibəsi qəhrəmanlarının tanıdılması baxımından bu cür müsabiqələrin təşkilinin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.    Daha sonra çıxış edən Türkiyənin milli təhsil naziri Ziya Selçuk iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açıb. Ziya Selçuk belə bir tədbirdə iştirakı üçün məmnunluq hissi keçirdiyini dilə gətirib və hər kəsə uğurlar arzulayıb.    Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Münsiflər heyətinin seçiminə əsasən, 5 qalib müəyyənləşib. Belə ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev I yer, Laçın rayon C.Quliyev adına Çorman kənd ümumi orta məktəbinin Uşaq birliyi rəhbəri Türkan Nəsibova II yer, İctimai Televiziyanın böyük redaktoru Samirə Sultanova III yer, Azərbaycan Televiziyasının (AzTV) müxbiri Elnur Ələkbərov IV yer, "Kanal 35" televiziyası və “Naxçıvanın səsi” radiosunun müxbiri Əzim Cəfərli isə V yerə layiq görülüb.    Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılması olub. Müsabiqəyə ümumilikdə 55 videohekayə göndərilmişdi.   

Təhsil naziri Türkiyə milli təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.   Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.   Mayın 27-də təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Emin Əmrullayev qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib.   Öz növbəsində Türkiyənin milli təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.   Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.

Türkiyənin milli təhsil naziri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində

Mayın 27-də Türkiyənin  milli təhsili naziri Ziya Selçuk  təhsil naziri Emin Əmrullayev ilə birgə Qəbələ Dövlət Peşə Mərkəzini ziyarət edib.    Mərkəzdə dərslərin gedişi ilə tanış olan qonağa burada tədrisin təşkili üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Birgə müzakirələr zamanı iki ölkə arasında peşə təhsili sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.    Görüş zamanı 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində birgə atılacaq addımlar istiqamətində bir sıra məsələlər müzakirə edilib.   Tərəflər yaxın zamanda Azərbaycanda Türkiyənin təcrübəsi əsasında iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını və Qəbələ Dövlət Peşə Mərkəzinin də bu tərəfdaşlığa daxil edilməsinin regionların inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.   Türkiyənin milli təhsil naziri Ziya Selçuk Mərkəzdə tələbələr üçün yaradılan imkanların artırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.   Görüşün sonunda qonağa tələbələrin əl işi, milli simvola çevrilmiş Xarı bülbül xatirə hədiyyəsi təqdim edilib.

Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.   Türkiyəli naziri salamlayan Prezident İlham Əliyev dedi:   -Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək.   Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir.   Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır.   Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz.   Bir daha xoş gəlmisiniz.   X X X   Türkiyənin milli təhsil naziri Ziya Selçuk dedi:   -Hörmətli cənab Prezident. Bizi qəbul etdiyiniz, vaxt ayırdığınız üçün çox təşəkkür edirik. Hörmətli Prezidentimizin, Türkiyə xalqının salamları ilə buraya gəldik və böyük bir sevinclə gəldik. Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik.   Bununla yanaşı, bizim aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz. Biz hamısını həll edərik. Mən bunların texniki tərəfləri ilə Sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edərik. Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik.   Digər məsələlər də həll edilir. Xüsusilə, FETÖ məsələsində Sizin göstərdiyiniz qətiyyət, verdiyiniz dəstək bizim üçün çox mühümdür. O da bizə böyük xoşbəxtlik və sevinc verir. Bunun üçün çox şadıq. Bundan başqa, biz görülməli olan bütün iş və prosesləri qaydasına qoyacağıq, dostlarımızla birlikdə həll edəcəyik və sonra da Sizə məruzə edəcəyik, cənab Prezident. Heç narahat olmayın. Nə lazımdırsa, biz bu işlərin başındayıq, izindəyik, cənab Prezident.   Mən bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi və ehtiramımı bildirirəm.   X X X   Prezident İlham Əliyev: Sağ olun. Mən çox şadam ki, peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik.   Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Əziz Qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti olmuşdur. Azərbaycan 44 gün ərzində ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyuldu.   Ona görə, bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq.   Ziya Selçuk: İnşallah.   X X X   Prezident İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.     https://president.az/  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı