• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili müəssisələrində daimiləşmə üzrə müsahibə mərhələsi

Peşə təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılıb.   İki gün davam edəcək müsahibədə müvafiq fənlər üzrə ümumilikdə 32 ümumtəhsil fənn müəllimi iştirak edir. Sözügedən mərhələ üzrə yaradılan müsahibə komissiyasının tərkibi Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsili müəssisələrinin rəhbərləri, hər bir ümumtəhsil fənn üzrə mütəxəssis və psixoloqdan ibarətdir.  Müsahibələr onlayn formatda təşkil edilir.    Seçim zamanı müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədrislə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi, müsahibədə uğur qazanmış müəllimlərlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılması nəzərdə tutulur.   Qeyd edək ki, cari tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilib və müəllimlərin işə qəbulu imtahanı nəticələrinə əsasən, müvafiq namizədlər peşə təhsili müəssisələrində vakansiyalar üzrə yerləşdirilib.  Lakin pandemiya şəraiti ilə əlaqədar olaraq, sözügedən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkili baş tutmamışdı. 

“Qalib müəllim” müsabiqəsinin qalibləri müəyyənləşib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb. 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqə çərçivəsində ümumilikdə 55 videohekayə təqdim edilib.    Mayın 25-də müsabiqəyə təqdim edilən videohekayələrin  münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçimi mərhələsi baş tutub. Münsiflər heyəti tərəfindən 5 qalib müəyyənləşdirilib.    Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimi 27 may tarixində keçiriləcək. Qaliblərə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si və qiymətli hədiyyələr təqdim olunacaq.   Müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.    

Şəhidlərin xatirəsinə həsr olunmuş respublika turniri

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinə start verilib.   Atletika idman növü üzrə Gəncə şəhər Mərkəzi Stadionunda, voleybol üzrə Qusar Olimpiya İdman Kompleksində, basketbol üzrə Şirvan Olimpiya İdman Kompleksində, mini futbol üzrə Lənkəran Olimpiya İdman Kompleksində turnirin zona mərhələsinin açılışı olub. Tədbirdə tərəfdaş qurumların yerli idarəetmə orqanlarının nümayəndələri, təhsil, idman ictimaiyyəti iştirak edib.   Zona mərhələsinin nəticələrinə görə, atletika üzrə I yerə Bərdə rayonu, II yerə Gəncə şəhəri, III yerə Yevlax şəhərinin məktəbliləri, voleybol üzrə I yerə Abşeron rayonu, II yerə Qusar rayonu, III yerə Sumqayıt şəhərinin məktəbliləri, basketbol üzrə I yerə Şirvan şəhəri, II yerə Füzuli rayonu, III yerə Hacıqabul rayonunun məktəbliləri, mini futbol üzrə I yerə Cəlilabad rayonu, II yerə Lənkəran şəhəri, III yerə Biləsuvar rayonunun şagirdləri layiq görülüb.   Turnirin əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.   Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.   Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.   Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.     Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin keçirilməsində məqsəd  onların xatirəsini yad etmək, şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.   Turnir “COVID19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Milli qiymətləndirmənin təfərrüatları

Bildiyimiz kimi, 1-11 iyun 2021-ci il tarixlərində  ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.   Milli qiymətləndirmənin Azərbaycan və  rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platforması üzərindən) formatda təşkil olunacaq.    1 iyun tarixindən başlanılacaq milli qiymətləndirmə prosesində ilk növbədə IV, VI  və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandıracaqlar.   2 iyun tarixindən isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaqlar.   Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır (https://www.youtube.com/watch?v=TYD5z3Hq9vU). Onlayn milli qiymətləndirmədə iştirak edəcək şagirdlər öz nəticələrinə testi tamamlandıqdan sonra ekrana çıxacaq “Təhlil” (“Review”) bölməsindən baxa bilərlər. Şagirdlərin nəticələrinin əlavə olaraq elektron poçtla göndərilməsi nəzərdə tutulmayıb.   Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur.    Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.   “Virtual məktəb”də milli qiymətləndirmədə necə iştirak edək? –Videotəlimat     “Virtual məktəb”də şifrənin bərpası - Videotəlimat  

Lisey və gimnaziyalara şagird qəbulu

2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər konkret bir təhsil müəssisəsinə qəbul üçün deyil, imtahanda iştirak üçün onlayn qeydiyyatdan keçməlidirlər. Bu, daha sonra şagirdlərə imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməyə imkan yaradacaq. Yeni mexanizmə əsasən, şagirdlər bir neçə təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcək.   Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az) şəxsi kabinet vasitəsi ilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini seçə bilirlər.    Sözügedən elektron xidmət valideynlərə qəbul prosesinin bütün mərhələləri üzrə mövcud status barədə məlumat əldə etməyə, yeniliklər barədə anında xəbərdar olmağa və operativ dəstək xidmətindən faydalanmağa imkan yaradır.   Sistem istifadəyə verildiyi 2 gün müddətində artıq 3 mindən çox şagird mərkəzləşdirilmiş imtahanda iştirak üçün qeydiyyatdan keçib.   Qəbul imtahanlarının vaxtı aşağıdakı kimi təyin edilib:  • 16 iyun 2021-ci il tarixində VI siniflərə qəbul ( hazırda V sinifdə oxuyanlar üçün)  • 17 iyun 2021-ci il tarixində V siniflərə qəbul ( hazırda IV sinifdə oxuyanlar üçün)  • 18 iyun 2021-ci il tarixində VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün)  • 21 iyun 2021-ci il tarixində isə VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).    Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir:  • S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası; • A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya; • S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası; • S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya; • Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi;  • Kimya-biologiya Təmayüllü Respublika liseyi; • Texniki-Humanitar lisey;  • 2 nömrəli Texniki-Humanitar lisey;  • 147 nömrəli Texniki-Humanitar lisey; • 291 nömrəli Ekologiya liseyi;  • Şəki, Şəmkir və Şirvanda yerləşən Kimya-biologiya Təmayüllü Respublika liseyləri; • Quba və Gəncədə yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyləri.

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi

Mayın 26-da Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir.   Final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə Bakı, Sumqayıt şəhərləri  və Abşeron rayonu  ilə yanaşı 14 regionda yaradılmış  27 mərkəzdə təşkil olunub.  Ümumilikdə 2954 şagird bu mərhələdə iştirak hüququ qazanıb.   Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Təhsil naziri Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb

Mayın 25-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Qazi Universitetinin rektoru  Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı təhsil naziri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib.   Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qazi Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq protokolunun imzalanması yüksək qiymətləndirilib.

“Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib

Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.   Tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Nazir müavini vurğulayıb ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.   Ölkəmizdə icra olunan ikili diplom proqramlarından söz açan Firudin Qurbanov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramından artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Firudin Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faiz çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.   Nazir müavini 70 minlik tələbə kontingentinə və bir əsrlik tarixə malik Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimiz arasında imzalanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətinə toxunub. Firudin Qurbanov əlavə edib ki,  nümayəndə heyətinin səfəri çərçivəsində imzalanan müqavilələr və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirəcək. Təhsil sahəsində səmərəli və fəal əməkdaşlığımız, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizdə elmin və təhsilin inkişafına xidmət edəcək.   Sonra çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.   Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Təhsil naziri Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini videobağlantı ilə qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev 31 may 2021-ci il saat 16:00-da Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan rayon sakinləri 25-27 may (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) üzərindən elektron müraciətlə videoqəbula yazıla bilərlər.   Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.   Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.   Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda,  ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.   Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Fənn müsabiqələrinin final mərhələsi keçirilir

Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilir. VI-VII sinif şagirdləri arasında keçirilən final mərhələsi Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası ilə yanaşı, 15 regionda yaradılmış 37 mərkəzdə təşkil olunub.   Final mərhələsinə 4624 məktəbli vəsiqə qazanıb. Bu mərhələdə iştirak edən şagirdlərin hər fənn üzrə 5 nəfəri qızıl, 10 nəfəri gümüş, 15 nəfəri bürünc (30 nəfəri həvəsləndirici sertifikat) medalla mükafatlandırılacaq. Qaliblərin adları 1 iyun 2021-ci il tarixinə qədər elan olunacaq.   Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı