SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Türkiyənin milli təhsil naziri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində
Mayın 27-də Türkiyənin milli təhsili naziri Ziya Selçuk təhsil naziri Emin Əmrullayev ilə birgə Qəbələ Dövlət Peşə Mərkəzini ziyarət edib.
Mərkəzdə dərslərin gedişi ilə tanış olan qonağa burada tədrisin təşkili üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Birgə müzakirələr zamanı iki ölkə arasında peşə təhsili sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində birgə atılacaq addımlar istiqamətində bir sıra məsələlər müzakirə edilib.
Tərəflər yaxın zamanda Azərbaycanda Türkiyənin təcrübəsi əsasında iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını və Qəbələ Dövlət Peşə Mərkəzinin də bu tərəfdaşlığa daxil edilməsinin regionların inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Türkiyənin milli təhsil naziri Ziya Selçuk Mərkəzdə tələbələr üçün yaradılan imkanların artırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Görüşün sonunda qonağa tələbələrin əl işi, milli simvola çevrilmiş Xarı bülbül xatirə hədiyyəsi təqdim edilib.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl