• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Qalib müəllim” müsabiqəsinin mükafatlandırma mərasimi

Mayın 27-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. 

 

Mərasimdə təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk iştirak edib. 

 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Vətən müharibəsi qəhrəmanlarının tanıdılması baxımından bu cür müsabiqələrin təşkilinin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib. 

 

Daha sonra çıxış edən Türkiyənin milli təhsil naziri Ziya Selçuk iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açıb. Ziya Selçuk belə bir tədbirdə iştirakı üçün məmnunluq hissi keçirdiyini dilə gətirib və hər kəsə uğurlar arzulayıb. 

 

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Münsiflər heyətinin seçiminə əsasən, 5 qalib müəyyənləşib. Belə ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev I yer, Laçın rayon C.Quliyev adına Çorman kənd ümumi orta məktəbinin Uşaq birliyi rəhbəri Türkan Nəsibova II yer, İctimai Televiziyanın böyük redaktoru Samirə Sultanova III yer, Azərbaycan Televiziyasının (AzTV) müxbiri Elnur Ələkbərov IV yer, "Kanal 35" televiziyası və “Naxçıvanın səsi” radiosunun müxbiri Əzim Cəfərli isə V yerə layiq görülüb. 

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılması olub. Müsabiqəyə ümumilikdə 55 videohekayə göndərilmişdi. 
 


3 il əvvəl