• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 23-də “Ambassador” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2010-cu ilin yekunları və qarşıda duran vəzifələr ” mövzusunda konfrans keçirilib.

Konfransda Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Türkiyə Respublikasının Sosial Xidmətlər və Uşaq Müdafiəsi müdirliyinin, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Xidmətlər müdirliyinin və Gürcüstan Respublikası Əmək, Səhiyyə və Sosial Problemlər Nazirliyinin Sosial Xidmətlər agentliyinin rəhbər şəxsləri, sosial xidmətlər üzrə YUNİSEF-in beynəlxalq ekspertləri iştirak edib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlərin Azərbaycan hökumətinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələrin bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən Misir Mərdanov bu istiqamətdə aparılan işləri diqqətə çatdırıb. Nazir bildirib ki, son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaradıb. Sonra təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində son illər həyata keçirilmiş mühüm işlər haqqında geniş məlumat verib, proqramın icrasını təmin etmək məqsədilə görülən tədbirləri nəzərə çatdırıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi”,  “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” pilot layihələri həyata keçirilməkdədir. Misir Mərdanov əlavə edib ki, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsinin icrası ilə bağlı imzalanmış Anlaşma Memorandumu ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilib. Konfransda qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən hər rayon üzrə işə cəlb edilmiş 3 əməkdaş pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında layihənin icrası ilə bağlı vəzifələri yerinə yetirərək nəzərdə tutulan tədbirləri digər yerli qurumlarla əlaqələndiriblər. Layihə çərçivəsində uşaqların müəssisələrə düşməsinin qarşısı alınmaqla yanaşı, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlər təşkil edilib. Bildirilib ki, layihənin uğurla başa çatması nəticəsində uşaqlar üçün etibarlı müdafiə sisteminin qurulması, övladlığa, qəyyumluğa və himayədarlığa veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankının yaradılması nəzərdə tutulur. Daha sonra “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin əsas məqsədi və onun  icrası ilə bağlı görülən işlər barədə geniş məlumat verilib. Təhsil naziri Misir Mərdanov hər iki layihənin səmərəli icrasını təmin etmək məqsədilə Xəzər və Suraxanı rayonlarında Koordinasiya komitələrinin yaradıldığını diqqətə çatdıraraq vurğulayıb ki, Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, müvafiq təlimlərin keçirilməsidir. Nazir bu məqsədlə 2010-2011-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə 9 aylıq kurs təşkil edildiyini və dövlət uşaq müəssisələrindən 16 nəfərin seçilərək bu kurslara cəlb olunduğunu qeyd edib. Təhsil Nazirliyinin nəzdindəki dövlət uşaq müəssisələrində yaşayan uşaqlar barədə daim yenilənən məlumat bazası yaradıldığından bəhs edən Misir Mərdanov bildirib ki, hazırda 46 dövlət uşaq müəssisəsində 9874 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 3860 nəfər dövlət uşaq müəssisələrində təlim-tərbiyə almaqla yanaşı, eyni zamanda bu müəssisələrdə yaşayır. Təhsil Nazirliyinin tabeliyində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 internat məktəbində isə 2592 nəfər təlim-tərbiyə alır. Çıxışının sonunda təhsil naziri Misir Mərdanov Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərə baxmayaraq, qarşıda daha ciddi vəzifələrin olduğunu nəzərə çatdırıb. Tədbirdə Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, millət vəkilləri Hadı Rəcəbli və Qənirə Paşayeva çıxış edərək qeyd olunan Dövlət Proqramı çərçivəsində görülən işləri və əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Konfransda qonaqların de-institusionalizasiya prosesi və uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı təqdimatları dinlənilib.

Dekabrın 24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin yekununa dair mərasim olub.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov müsabiqə iştirakçılarına   uğurlar arzulayıb.     Sonra təhsil naziri Misir Mərdanov  çıxış edərək bildirib  ki, müsabiqə Xarici İşlər Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Nazir müsabiqənin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının uşaqlarında Azərbaycan tarixi, təhsili, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə keçirildiyini nəzərə çatdırıb.  Misir Mərdanov əlavə edib ki, 6-18 yaşlı uşaqlar arasında inşa, şeir, rəsm, rəqs və müxtəlif əl işləri nominasiyaları üzrə təşkil olunmuş müsabiqədə Avropa İttifaqı Nümayəndəliyi, Belorus Respublikası, Çexiya Respublikası, Koreya Respublikası, Qazaxıstan Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyasının ölkəmizdəki səfirliklərinin əməkdaşlarının uşaqları iştirak ediblər. Mərasimdə qeyd olunub ki, müsabiqəyə rəsm nominasiyası üzrə 14, inşa nominasiyası üzrə 5, şeir nominasiyası üzrə 1 iş təqdim olunub, həmin işlər isə münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib. Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova, mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva, gənclər və idman nazirinin müavini İ.Babayev, Azərbaycan Respublikası  Xarici İşlər Nazirliyinin idarə rəisi Ə. Əsgərov çıxış edərək ölkəmizdə belə bir müsabiqənin keçirilməsinin yüksək əhəmiyyətini qeyd edib, bildiriblər ki, illər keçəcək və bu uşaqlar Azərbaycanda qazandıqları uğurları  daim xatırlayacaqlar. Sonda “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Dekabrın 25-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) idarə heyətinin üzvləri və bu qurumla yaxından əməkdaşlıq edən bir qrup təhsil işçisi ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Milli Valideyn- Müəllim Assosiasiyasının fəaliyyəti barədə məlumat verib. Nazir bildirib ki, bu təşkilatın fəaliyyətinin əsas məqsədi valideynlərlə müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim- tərbiyəsinin daha səmərəli təşkili və valideynlərlə məktəb arasında faydalı ünsiyyət mühiti yaratmaqdan ibarətdir. Son 20 il ərzində Azərbaycanda təhsilin inkişafına dəstək olan təşkilatlar içərisində AMVMA-nın xüsusi yer tutduğunu söyləyən Misir Mərdanov təhsil ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyalarının (VMA) sayının getdikcə artığını və onların işinin günbəgün yaxşılaşdığını nəzərə çatdırıb. Bakıdakı 46 nömrəli orta məktəbdə Valideyn-Müəllim Assosiasiyasının uğurlu fəaliyyətindən söz açan təhsil naziri bu nailiyyətlərin qazanılmasında Azərbaycan Milli Valideyn- Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın əməyini yüksək qiymətləndirib. Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanı 50 yaşının tamam olması münasibətilə təbrik edərək onun Təhsil Nazirliyinin "Fəxri Diplom"u ilə təltif olunduğunu bildirib. Nazir, daha sonra Vlideyn-Müəllim Assosiasiyasının işinin təşkili və məktəb-valideyn əlaqələrinin qurulması sahəsindəki səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Təhsil Nazirliyinin Fəxri fərmanını təqdim edib, VMA-nın işinə uğurlar arzulayıb. Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində VMA-nın rolundan söz açan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova rəhbərlik etdiyi qurumun bir sıra təkliflərini nəzərə çatdırıb. Valideynlər arasında maarifləndirmə işinin aparılmasından bəhs edən T.Şərifova deyib ki, valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir. O, məktəbdə sağlam mühitin qorunması haqda fikirlərini bildirib, şagirdlərin vahid məktəbli formasına üstünlük verməsini müsbət hal kimi dəyərləndirib və bu məsələnin vacibliyini vurğulayıb. Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun "Təhsilin təşkili və idarəedilməsi" kafedrasının müdiri Nisə Cəlilzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Nailə Sərdarova, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, valideyn Nazim Quliyev və başqaları təhsil ocaqlarında VMA-nın fəaliyyəti barədə ətraflı danışıblar. Bildirilib ki, şagirdlərin məktəbə vahid məktəbli formasında gəlməsi və bu baxımdan valideynlər arasında müvafiq maarifləndirmə işinin gücləndirilməsi olduqca vacib məsələ kimi hər kəsi düşündürməlidir.

Dekabrın 27-də Təhsil Nazirliyində ilk peşə-ixtisas elektron təhsil sisteminin inkişafını nəzərdə tutan www.avel.edu.az portalının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Bakı” nəşriyyatı arasında bağlanmış müqaviləyə əsasən “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində 8 adda dərslik və elektron nəşr hazırlanıb. Həmin dərsliklər artıq ilk peşə-ixtisas təhsili müəssisələrinə paylanılıb. Təqdimat mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə tədbir iştirakçılarını salamlayıb. “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində hazırlanmış 8 adda dərsliyin elektron versiyasının yerləşdirildiyi portalın üstün cəhətlərindən bəhs edən nazir bildirib ki, ilk peşə-ixtisas təhsili sahəsində İKT-dən geniş istifadə olunması və bu resursların istifadəyə verilməsi peşə təhsilinin əhatə dairəsinin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Təhsil naziri Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində son 20 ildə ilk dəfə mərkəzləşdirilmiş qaydada 8 adda dərslik və elektron nəşrin hazırlanmasını yüksək dəyərləndirib, bütün bu resurslardan səmərəli istifadənin təşkili və müvafiq tələblərə cavab verən müəllimlərin hazırlanması üçün təlim kurslarının keçirilməsinin vacibliyi haqda fikirlərini bildirib. “Bakı” nəşriyyatının direktoru Zaur İsayev portalın (www.avel.edu.az ) hazırlanması prosesi, məzmunu və texniki imkanları haqqında ətraflı məlumat verib. Portal hazırlanarkən istifadəçilər üçün sadə idarəetmə imkanlarının yaradılmasının əsas götürüldüyünü vurğulayan Z.İsayev bildirib ki, elektron nəşrlərə dərsliklər, trenajorlar, animasiyalar, testlər, diskusiya zalı və digər bölmələr daxildir. Portalda yerləşdirilmiş bütün resurslardan sərbəst istifadə etmək imkanının yaradıldığını vurğulayan “Bakı” nəşriyyatının direktoru istifadəçilərin video dərslərlə yanaşı, internet şəbəkəsində mövcud olan resurslardan da geniş istifadə edə biləcəyini nəzərə çatdırıb. Zaur İsayev portalın hamı üçün açıq olduğunu qeyd edib, istifadəçilərin portaldakı müxtəlif mövzuları çat vasitəsilə müzakirəyə çıxarmaq, əldə etdikləri resursları dəyişdirmək və fikir mübadiləsi aparmaq imkanına sahib olduqlarını önə çəkib. Yeni portalın fəaliyyətinin düzgün təşkili istiqamətində atılacaq addımlardan bəhs edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov və peşə təhsili müəssisələrinin rəhbərləri bir sıra müvafiq təkliflərini bildiriblər.

Dekabrın 28-də Təhsil Nazirliyində uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilmiş Respublika müsabiqəsinin yekununa dair mərasim olub.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bədən tərbiyəsi və idmanın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu qeyd edib. Nazir bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idman sahəsinin inkişafına həmişə diqqət və qayğı ilə yanaşıb, hazırda bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdmanın şahmat və futbol növlərinin daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə Dövlət Proqramlarının qəbul olunduğunu nəzərə çatdıran Misir Mərdanov həmin proqramların yerinə yetirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər planının hazırlandığından və son illər bu sahədə görülən işlərdən bəhs edib. Nazir vurğulayıb ki, 2010-cu ildə Şamaxı, Cəlilabad, Gədəbəy, Sumqayıt və Mingəçevirdə şahmat məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Qeyd olunub ki, hazırda Quba və Xaçmaz rayon şahmat məktəblərinin binaları yenidən tikilib və istifadəyə verilmək üçün hazırdır. Ağcabədi, Ucar və Goranboy rayon şahmat məktəbləri üçün yeni binaların tikintisi isə davam etdirilir. Təhsil naziri Misir Mərdanov 2010-cu ildə şahmatçılarımızın uğurlarından söz açaraq bildirib ki, cari ildə yeniyetmə şahmatçılarımız Avropa, Dünya birinciliklərində və çempionatlarda 15 medal – 10 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Misir Mərdanov Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəblərinin yetirmələrinin 2010-cu ildə respublika və beynəlxalq yarışlarda 1886 medal əldə etdiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra nazir Təhsil Nazirliyi sistemində 159 idman məktəbinin fəaliyyət göstərdiyini, həmin məktəblərdə 27 idman növünün inkişaf etdirildiyini vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov ölkəmizi müxtəlif yarışlarda layiqincə təmsil edən idmançılarımızı təbrik edib və onlara uğurlar arzulayıb. Sonra 12 nominasiya üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər 19 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru Suliddin Fərzəliyev, gənclər arasında şahmat üzrə dünya çempionu Nərmin Kazımova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov çıxış edərək ölkəmizdə idmanın inkişafına olan dövlət qayğısından danışıb və idmançılarımızın uğurlarının daha da artacağına ümidvar olduqları bildiriblər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması uşaqlara, o cümlədən də uşaq evlərində, internat məktəblərdə yaşayıb təlim-tərbiyə alan balaca vətəndaşlara dövlət qayğısının güclənməsinə, vətəndaş cəmiyyəti qurumlarının uşaq problemlərinə diqqətinin artmasına səbəb olacaq.

Artıq üçüncü ildir ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan kimsəsiz, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqların müəssisələrdən bioloji və alternativ ailələrə verilməsini və onlara yaşadıqları ərazidə icmaəsaslı sosial xidmətlərin təşkil edilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” həyata keçirilir. Qeyd olunan proqramın icrası istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, əlaqədar qurumlarla birlikdə bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılıb, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilib, məlumat bazası yaradılıb və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb. Plana əsasən Bakı şəhər 2 saylı uşaq evi nəzdində “Günərzi Qayğı Mərkəzi” adlı alternativ xidmət növü təşkil olunub. Bundan əlavə, 7 internat tipli müəssisənin transformasiya edilməsi, onlardan 4-nün gimnaziya, 2-nin ümumtəhsil, 1-nin inkluziv komponentli məktəbə çevrilməsi istiqamətində işlər görülür. 2009-cu ildə 3 internat tipli müəssisə ümumtəhsil məktəb, gimnaziya, idman təmayüllü liseyə çevriləcək. Hazırda ölkəmizdə “Uşaq müdafiəsi sistemi”nin yaradılması üzrə iş gedir. Bununla əlaqədar pilot layihə çərçivəsində məlumat bankının, alternativ qayğının, ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması nəzərdə tutulub.

Dekabrın 29-da Təhsil Nazirliyində ali məktəb tələbələri arasında keçirilmiş XV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib. Nazir ölkəmizin ali məktəblərində təhsil alan tələbələr arasında respublika fənn olimpiadasının keçirilməsini onların müxtəlif fənlərə marağının artırılması, istedadlı tələbələrin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib. Azərbaycan təhsilinin, gənclərin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan təhsil naziri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələrin müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb.  Orta məktəblərdə təhsil alan istedadlı şagirdlərin xüsusi qayğı ilə əhatə olunduğuna diqqət çəkən Misir Mərdanov ali məktəb tələbələri arasında fənn olimpiadalarının mütəmadi olaraq keçirilməsinin və elmi konfransların təşkilinin uğurlu nəticələr verdiyini qeyd edib. Nazir bildirib ki, XV Respublika fənn olimpiadasının yekun turu 2010-cu il mayın 26-da Azərbaycan Texniki Universitetində 11 fənn – riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili üzrə keçirilib. Olimpiadanın final mərhələsinə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən 34 ali məktəbdən 458 tələbənin qatıldığını bildirən təhsil naziri iştirakçıların işlərinin Təşkilat Komitəsi və Münsiflər Heyəti tərəfindən qısa müddət ərzində yoxlanılaraq qaliblərin müəyyən edildiyini deyib. Misir Mərdanov əlavə edib ki, Münsiflər Heyətinin qərarına əsasən I yerə 11, II yerə 22, III yerə 33, həvəsləndirici mükafata isə 40 tələbə layiq görülüb və qaliblərə Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplom, pul mükafatı və hədiyyələrin təqdim olunması qərara alınıb. Çıxışının sonunda nazir istər orta məktəb şagirdlərinin, istərsə də tələbələrin müxtəlif olimpiada və elmi konfranslara xüsusi hazırlıq mərhələsindən keçməsinin vacibliyini nəzərə çatdırıb, XV Respublika fənn olimpiadasının təşkilində zəhməti olan hər kəsə təşəkkür edib. Məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan gənclərinin uğurlarının ilbəil artdığını vurğulayan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bütün bu nailiyyətlərin Təhsil Nazirliyinin səmərəli fəaliyyəti nəticəsində qazanıldığını bildiriblər. Daha sonra XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırılıb, onlara Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplom, pul mükafatı və hədiyyələr təqdim edilib.

21 fevral ölkəmizdə Beynəlxalq Ana dili günü kimi qeyd edilir. Hər il bu məqsədlə ölkəmizin ümumtəhsil məktəbləri və digər təhsil müəssisələrində müvafiq tədbirlər təşkil edilir. Belə tədbirlər biri də Bakının 190 saylı məktəbində keçirilib.

“Mənim ana dilim” mövzusunda təşkil olunan bu tədbirin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə qarşı sevgi və hörmət hissini daha da artırmaqdan ibarət olub. Tədbirdə Azərbaycan Dillər Universitetinin kafedra müdiri, filologiya elmlər doktoru Adil Babayev çıxış edərək ana dilinin əsrarəngiz gözəlliyindən, səlisliyindən və s. danışıb. Sonra şagirdlər ana dilində şer və monoloq söyləyib, mahnılar oxuyublar, eyni zamanda Azərbaycanın görkəmli yazıçı və şairlərinin foto albomundan ibarət təqdimat olub. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird, müəllim və valideynlər iştirak ediblər.

Dekabrın 30-da Təhsil Nazirliyində Lisenziya komissiyasının iclası keçirilib.

İclasda Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki “Dünya” məktəbi və Bakı Biznes Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılması məsələləri müzakirə edilib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib. Nazir Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki “Dünya” məktəbi və Bakı Biznes Universitetinin fəaliyyəti haqqında fikirlərini bildirib. Son illərdə ölkəmizin bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində ciddi nailiyyətlər qazandığını vurğulayan Misir Mərdanov Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərə olan tələbatdan söz açıb. Bu baxımdan hər iki universitetin əldə etdiyi uğurlara toxunan təhsil naziri bu ali təhsil müəssisələrini bitirmiş bir çox məzunların dünyanın nüfuzlu universitetlərində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini nəzərə çatdırıb. Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev hər iki universitetin fəaliyyətini araşdıran ekspert qruplarının işi barədə ətraflı məlumat verib. Xəzər Universiteti üzrə ekspert qrupunun sədri Fialə Abdullayeva, Bakı Biznes Universiteti üzrə ekspert qrupunun sədri Əfqan Abdullayev, Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin baş məsləhətçisi Məhərrəm Səfərov və Lisenziya komissiyasının digər üzvləri tədris ocaqlarının maddi-texniki bazası, tədris şəraiti, pedaqoji heyəti, beynəlxalq əlaqələri, ixtisaslar üzrə hazırlıq səviyyəsi barədə fikirlərini bildiriblər. Sonra iclasda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Lisenziya komissiyasının üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib. Sonda Lisenziya komissiyası Xəzər Universiteti, bu ali təhsil müəssisəsinin nəzdindəki “Dünya” məktəbi və Bakı Biznes Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılması barədə qərar qəbul edib.

Fevralın 20-də təhsil naziri Misir Mərdanov “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı ilə əlaqədar ölkəmizə səfərə gəlmiş İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tuveycri Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olublar.

Qonaqlar məktəbi gəzərək burada yaradılmış şəraitlə tanış olublar.  Misir Mərdanov qonağa məlumat verərək bildirib ki, ötən ildən fəaliyyət göstərən bu təhsil ocağı IX-XI sinifləri əhatə edir və burada istedadlı şagirdlərə informatika, xarici dil və riyaziyyat istiqamətləri üzrə dərinləşdirilmiş təhsil verilir.  Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika laboratoriyaları, idman zalı, müəllimlər otağına baş çəkən qonaqlar gördüklərindən məmnun qaldıqlarını bildiriblər. Sonda cənab Əbdüləziz bin Osman əl-Tüveycri məktəbin xatirə kitabına öz ürək sözlərini yazıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı